00:02 / 17-10-2025
Bu gün Füzulinin işğaldan azad olunmasından beş il ötür
22:40 / 16-10-2025
Mehriban Əliyeva Vatikanda - Fotolar (Yenilənib)
22:06 / 16-10-2025
Abid Şərifov insult keçirib, vəziyyəti ağırdır
21:46 / 16-10-2025
Trampla Putin Budapeştdə üz-üzə görüşəcək
20:20 / 16-10-2025
Ermənilər Bakıda hakim qarşısına çıxarılıblar
19:43 / 16-10-2025
Döyüş robotu müharibəyə hazırdır
18:48 / 16-10-2025
Yeni tikinti matrealı satışa çıxarılıb - Foto
18:01 / 16-10-2025
Fərhad Əhmədov məhkəmədə: "İnandırmışdılar ki, yaxtanı azad edəcəklər"
17:56 / 16-10-2025
Ramiz Mehdiyevin planının üstü necə açılıb? - Şok detallar
17:09 / 16-10-2025
Daha bir vəzifəli şəxs saxlanılıb - Foto
16:56 / 16-10-2025
Müdafiə Nazirliyi paradla bağlı məlumat yayıb
16:31 / 16-10-2025
Azərbaycan prezidenti Fransa səfirinin etimadnaməsini qəbul edib - Fotolar
16:25 / 16-10-2025
Füzulidəki qəzada dörd nəfər xəsarət alıb
15:57 / 16-10-2025
Çin demoqrafik böhranı texnoloji üstünlüklə həll edir - Foto
15:43 / 16-10-2025
Keçmiş diplomata hökm oxunub
15:17 / 16-10-2025
Avropanın müharibəyə hazırlaşmaq üçün beş il vaxtı var
15:02 / 16-10-2025
Xalq artisti II Fəxri xiyabanda dəfn olunub
14:56 / 16-10-2025
Məhkəmə hakiminin fəaliyyətinə xitam verilib - Foto
14:10 / 16-10-2025
“Ramiz Mehdiyev anti-milli ünsürdür” - DQC sədri
13:44 / 16-10-2025
Ticarət müharibəsi dolları ucuzlaşdırır
13:23 / 16-10-2025
Daha bir səfirin etimadnaməsi təqdim olunub - Fotolar
13:13 / 16-10-2025
Tramp: Hindistan Rusiyadan neft almayacaq
13:05 / 16-10-2025
Təndir çörəyinin ətri - Etibar Cəbrayıloğlu yazır
12:54 / 16-10-2025
Qazaxıstan Çindən Rusiyaya gedən minlərlə yük maşınını sərhəddə saxlayıb
12:38 / 16-10-2025
Sabah yağış yağacaq - Proqnoz
12:29 / 16-10-2025
"QHT işi" üzrə həbs olunan şəxsin məhkəməsi başlayır
12:29 / 16-10-2025
Prezident yeni səfirin etimadnaməsini qəbul edib - Foto
12:23 / 16-10-2025
İlham Əliyev BMT nümayəndəsini qəbul edib - Fotolar
12:12 / 16-10-2025
Ukraynaya yenidən hücum olub, dağıntılar var
12:02 / 16-10-2025
Rusiya təcavüzün ikinci mərhələsinə hazırlaşır
18:07 / 12-10-2025

09:00 / 12-10-2025

09:24 / 12-10-2025

10:19 / 12-10-2025

09:07 / 12-10-2025

17:37 / 15-10-2025

12:30 / 13-10-2025

10:12 / 13-10-2025

12:32 / 13-10-2025

22:14 / 14-10-2025

08:06 / 13-10-2025

13:38 / 13-10-2025

Əhməd Əmir-Əhmədi: Rza şahın cəlladı - Fotolar
Tarix: 17-05-2020 14:55 | Bölmə: Ənvər ÇİNGİZOĞLU

Elə əməllər var ki, bütün bəşəriyyəti dəhşətə gətirir. Bu əməlləri törədənlər daim qınanırlar. Tarix unurmur. Dünyanın tərəqqipərvər insanları Əhməd Əmir-Əhmədinin Lorista əyalətində etdiyi qırğınları insanlığa qarşı yönəldilmiş ən ağır cinayətlərdən biri kimi qiymətləndirir. Azərbaycan oxucusu bu şəxsi tanımır. Ona görə tanış olun:
Əhməd Əmir-Əhmədi 1884-cü ildə İsfahanda doğulmuşdu. Atası Tağı ağa Əmir-Əhmədi Qacar ordusunda general-briqadir (sərtib) rütbəsinədək yüksəlmişdi. Oğluna da hərbi təhsil vermişdi. Əhməd mədrəsə təhsilini tamamlayandan sonra Kazak briqadasının hərbi məktəbinə daxil olmuşdu. Hərbi məktəbi naib (leytenant) rütbəsi ilə bitirib İran Kazak briqadasında xidmətə başlamışdı. Dörd il sərasər xidmətdən sonra vəkilbaşı dərəcəsinə çatdırılmışdı.

Məhəmmədəli şah Qacar konstitusiyanı ləğv etdi. Rusiyadan, Böyük Britaniyadan dəstək aldıqdan sonra 1908-ci ildə parlamenti bombardman etdi. Həmin zaman Əhməd Əmir-Əhmədi Milli Məclisdə növbətçi dəstənin rəisi idi. Şahın tərəfdarlarından olan ruhani Şeyx Mahmud Vəramini onu xəbərdar etmişdi ki, məşrutəçilərə dəstək verməsin. Heç bir vəkili müdafiə etməsin. O isə Kaşanın qarətçi naiblərindən olan, Tehranda şər işlərlə ilgilənən Naib Hüseynlə bağlantı quraraq xidmətinə davam etdi.
Əhməd Əmir-Əhmədi Birinci Dünya Müharibəsi ərəfəsində Kirmanşahda xidmət edirdi. Burda olan rus və ingilis konsulları yola getmirdilər. Əyalətdə məğşuşluq başladığından, yayınıb Həmədana getmişdi. Burda sarvan (kapitan) rütbəsi almışdı. Daha sonra yuxarılara göstərdiyi qüsursuz xidməti sayəsində əvvəlcə yavər (mayor), sonra sərhəng (polkovnik) rütbəsinə layiq görülmüşdü.

Əhməd Əmir-Əhmədi 1919-cu il hadisələri zamanı Rza xanın yanında idi. Onun hər tapşırığına əməl edirdi. Bacısı Püsyan ailəsinin nümayəndəsi ilə ailə qurmuşdu. Heydərqulu xan Püsyanın xanımı idi. 3 oktyabr 1921-ci ildə Məhəmmədtağı xan Püsyan öldürüləndə bacısı bu qohumluğu Rza xandan gizlədə bildi.
Əhməd Əmir-Əhmədi Rza xan və Seyid Ziyaəddin Təbatəbai ilə bərabər Əhməd şah Qovanlı-Qacarın devirilməsində önəmli rol oynamışdı.
Əhməd Əmir-Əhmədi Rza şah Pəhləvidən sepahbud (general-leytenant) rütbəsi almışdı.
Rza şahın hakimiyyətində Əhməd Əmir-Əhmədi yeganə adam idi ki, ondan qorxurdular və hörmət edirdilər.

1920-1930-cu illərdə lorların qiyamının yatırılmasına başçılıq etmişdi. Belə ki, həmin dövrdə Əhməd Əmir-Əhmədi Loristan qoşununun komandanı olmuşdu. Lorların tayfa başçısı Qulaməli xan Piranvənd onun çağrışına və əmrlərinə məhəl qoymurdu. Komandan ona qulaqburması vermək fikrinə düşdü. Qulaməli xan bütün lorları ayağa qaldırdı. Sonrakı araşdırmalardan məlum olur ki, Əmir-Əhmədi əhaliyə qarşı amansız cəzalar tətbiq etmişdi.
Əbdüləli xan Etimad-Müqəddəm ilə dost idi. O, 1320-ci h.ş. (1941-ci) ilinin şəhrivər ayının 20-də Tehranda hərbi vəziyyət elan edildikdə general-leytenant Əmir-Əhmədinin təklifi ilə bu şəhərin hərbi komendanti təyin edildi. (Aqil Baqiri, Xanədanhaye-hökumətgəri, Tehran, Namək, 1386, I cild, s.446)

General-leytenant Əmir-Əhmədi Tehranın hərbi komendantılığına təyin olduqdan sonra general-leytenant Etimad-Müqəddəm baş polis idarəsi rəisi vəzifəsinə gətirildi. [Yenə orda. s. 352.]
Əhməd Əmir-Əhmədi orduda “Rza xanın cəlladı” ayaması ilə tanınırdı. Rza şah insanlarda xof yaratmaq, kütlələri qorxu içində saxlamaq üçün Əhməd Əmir-Əhmədidən hər üzünə istifadə edirdi. Asmaq, kəsmək kimi əməllər Əmir-Əhmədinin siyasi karyerasında fərqləndirici və ürküdücü xüsusiyyətlərdir.
Əhməd Əmir-Əhmədi İran jandarmeriyasın rəisi olmuşdu. Onun əməlləri nəticəsində İran əhalisi ağır məhrumiyyətlərə, faciə və məşəqqətlərə məruz qalmışdır. Mərhələ-mərhələ gerçəkləşdirilən xeyli qeyri-insani siyasət nəticəsində iranlılar dəhşətlərə düçar olmuşdular. Onun bu xüsusiyyətləri qiymətləndirərkən təkcə cəllad xislətli məmur kimi onun şəxsi keyfiyyətlərini deyil, həm də həll edilməli ümumi dövləti vəzifələri ifadə etmək qabiliyyətini vurğulamaq lazımdır.

O, 1942-ci ildə Əli Süheylinin və 1948-ci ildə Əbdülhüseyn Hazhırın kabinəsində hərbi nazir postunu tutmuşdu. Məclisin üzvü idi. Tehrandan məclisə senator seçilmişdi.
Əhməd Əmir-Əhmədi İranın “Zülfiqar” və Rusiyanın III dərəcəli “Müqəddəs Anna” ordenləri ilə təltif olunmuşdu.

O, “Sepəhbüd Əhməd Əmir-Əhmədin xatirələri” adlı memuarın müəllifidir.
Əhməd Əmir-Əhmədi 25 noyabr 1965-ci ildə vəfat edib.

Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Ənvər ÇİNGİZOĞLU
Bölməyə aid digər xəbərlər
11-04-2022, 21:25
Mazandaran alimi - Ənvər Çingizoğlu yazır
23-03-2022, 18:55
Rəşid Yasəmi: ədəbiyyatda nəciblik nümunəsi
17-03-2022, 09:49
Vahid Dəstigirdi: Nizaminin tədqiqatçısı
12-03-2022, 22:31
Ənvər ÇİNGİZOĞLU - Səid Nəfisi: Azərbaycan qəhrəmanı Babək Xürrəmdin əsərinin müəllifi
19-10-2021, 09:58
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədəli Füruği: siyasətçi, diplomat, tarixçi, tərcüməçi və millətçi kimi
16-10-2021, 01:06
Ənvər ÇİNGİZOĞLU - Hacıəli xan Rəzmara: Qurban bayramında doğuldu, terror qurbanı oldu
13-09-2021, 16:31
Ənvər ÇİNGİZOĞLU - Şəkinskilərin İran qolu haqqında... - Ənvər Çingizoğlunun araşdırması
10-09-2021, 17:27
Nəcəfqulu xan Sərşar: Qaradağın ağ gün görməmiş şairi
27-08-2021, 16:48
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədqulu xan Alar: inqilabda sərkərdə, işdə sərkar.. - Fotolar
20-08-2021, 13:38
Ənvər ÇİNGİZOĞLU - İsmayıl xan Şəfai: Tehran-43 konfransında şahın tərcüməçisi - Fotolar
16-08-2021, 15:51
Ənvər ÇİNGİZOĞLU - Seyid Məhəmməd Dəbirsiyaqi: tədqiq və tədrisin işığında - Fotolar
24-07-2021, 16:15
Ənvər ÇİNGİZOĞLU - Qaradağ elləri: beloğludan eloğluya qədər - Ənvər Çingizoğlu yazır