18:35 / 15-10-2025
Hikmət Hacıyev Almaniyada görüşlər keçirib (Yenilənib)
18:10 / 15-10-2025
Azərbaycanlı və rusiyalı alimlər dərinlikdən gələn sirri açıblar - Foto
18:09 / 15-10-2025
Ramiz Mehdiyevin əmlakları müsadirə oluna bilər
17:59 / 15-10-2025
Mask "Cybertruck"in satışını süni şəkildə artırıb
17:44 / 15-10-2025
İranın hərbi gəmiləri Azərbaycana gəlib - Fotolar
17:37 / 15-10-2025
Cəlaloğlu: Məsələ Ramiz Mehdiyevin həbsi ilə məhdudlaşmamalıdır - Müsahibə
17:31 / 15-10-2025
Pakistan və Əfqanıstan arasında 48 saatlıq atəşkəs əldə olunub
17:28 / 15-10-2025
Bakıda Zəfər Günü parad olacaq
17:18 / 15-10-2025
Sabah Binəqədinin bəzi ərazilərində qaz olmayacaq
17:02 / 15-10-2025
Növbəti iki gündə bəzi rayonlara sulu qar yağacaq - Xəbərdarlıq
16:48 / 15-10-2025
Bəzi dairə seçki komissiyalarının tərkibi dəyişib
16:36 / 15-10-2025
Avropa İttifaqı Çin qarşısında şərtlər qoyacaq
16:32 / 15-10-2025
Deputat: “Ciddi şübhələr var ki, Ramiz Mehdiyev..."
16:17 / 15-10-2025
Deputatın mandatına xitam verilib
15:48 / 15-10-2025
DTX və DSX sərhəddə əməliyyat keçirib - Foto
15:48 / 15-10-2025
İnsan hüquqlarının pozulmasına dair şikayətvermə qaydası dəyişib
15:40 / 15-10-2025
Siyavuş Novruzov: "Hazırda iclasdayam..."
15:39 / 15-10-2025
Dolu siniflər, çətin dərsliklər və… - Vüqar Vəliyev yazır
15:18 / 15-10-2025
Ceyhun Bayramov ATƏT-in fəaliyyətdə olan sədri ilə görüşüb
15:15 / 15-10-2025
Bakalavr təhsili olan zabitlərin ehtiyata buraxılma qaydalarına dəyişiklik edilir
14:58 / 15-10-2025
Zərdabda qəsdən yanğın törədən şəxs cərimələnib
14:41 / 15-10-2025
Premyer Liqanın növbəti turunun oyun cədvəli açıqlanıb
14:38 / 15-10-2025
Rusiya dəmir yollarına hücumları artırıb
14:25 / 15-10-2025
Ukrayna neft terminalını yenidən vurub
13:59 / 15-10-2025
Vəzifədən çıxarılan general: "Artıq bu səbəbdən işləyə bilmirəm"
13:34 / 15-10-2025
Dövlət Xidməti işçilərinin sayı artırılıb
13:28 / 15-10-2025
Zülfüqarov: Yaxın Şərq probleminin həlli uzaqdadır
13:28 / 15-10-2025
Azərbaycanla Braziliya təhsil sahəsində əməkdaşlıq edəcək
13:25 / 15-10-2025
Prezident MDB ilə bağlı sazişi təsdiqləyib
00:42 / 11-10-2025

23:11 / 11-10-2025

22:29 / 10-10-2025

18:07 / 12-10-2025

18:04 / 11-10-2025

14:35 / 11-10-2025

09:00 / 12-10-2025

09:24 / 12-10-2025

10:19 / 12-10-2025

09:07 / 12-10-2025

19:49 / 10-10-2025

21:40 / 10-10-2025

Məhəmmədhüseyn xan Ayrım: tarixçi və tədqiqatçıların səhv münasibətində - Fotolar
Tarix: 24-05-2020 19:41 | Bölmə: Ənvər ÇİNGİZOĞLU

Birmənalı şəkildə qəbul olunmuş bir həqiqətdir ki, kifayət qədər mürəkkəb və ziddiyyətlərlə dolu dövr kimi xarakterizə edilən XX əsr öz qəhrəmanlarını yetişdirmişdir. Bu qəhrəmanlar dövlətçilik ənənələrini yaşatmaq, güclü və qüdrətli bir dövlətin möhkəm təməlini yaratmaq kimi, müqəddəs bir missiyanı şərəflə yerinə yetirmişlər. Bu yolda büdrəmələr də olmuşdur. Lakin bəlli bir hədəfin ardınca gedən bu şəxsər özlərini düzəltmiş, öz missiyalarını davam etdirmişlər. Bizim qəhrəman fars əsilli tarixçi və tədqiqatçılar tərəfindən təhqiramiz yazılara ünvan olub. Onu paklamağın vaxtıdır.
Məhəmmədhüseyn xan Ayrım əslən İrəvan xanlığındandır. Babaları Güney Azərbaycana köç etmişdilər. Ayrım elinin bir hissəsini Abbas mirzə Qacar Avacıq mahalında yerləşdirmişdi. Ayrımlar ən azı iki XIX əsr səyyahı tərəfindən təsvir edilmişlər. (Freyzer (A Winter’s Journey from Constantinople to Tehran, London, 1838. p. 327-328) və J. A. de Qobino (Trois ans en Asie de 1855 à 1858, Paris, 1922. p. 266-269) Onlar Avacığın Kilsəkəndi, Qarabulaq, Pirəhmədkəndi, Siyahçeşmə, Səngitəpə, Ərəb Dizəci, Camalkəndi və Bəykəndi şenliklərində məskunlaşmışdılar.

Məhəmmədhüseyn xan 1882-ci ildə Tehran şəhərində anadan olmuşdu. Rusiyada hərbi təhsil almışdır. Bir çox müəlliflərə görə çar ordusunda xidmət etmiş, 1920-ci ildən sonra İrana qaçmışdı. (Peykər 1/6, təhrir K. Şakeri (D. Bozorgue), Historical Documents: The Workers, Social Democratic, and Communist Movement in Iran VI, Tehran, 1358 Š./1979, pp. 158–59.) Əslində 1901-ci ildə İran Kazak briqadasına yazılmışdı. 1906-1909-cu illərdə Kazak briqadasının rəisi olan Vladimir Lyaxovun (1869-1920) tərcüməçisi idi. Rus və fransız dillərini bilirdi. Burda sərhəng (polkovnik) rütbəsinədək yüksəlmişdi. Polkovnik rütbəsində Mazandaran kazaklarına başçılıq etmişdi.
Məhəmmədhüseyn xan Ayrım 1921-ci ildə Şimal ordusunun komandanı təyin edilmişdi. Türkmənlərin qiyamını yatırmağa göndərilmiş, səyi uğurlu alınmışdı. (M. Fərrux, Xaṭerat-e siyasi-e Fərrux, Tehran, 1347 ş./1969, s. 359).
Məhəmmədhüseyn xan sərtib rütbəsi almışdı. (ʿĪ. Ṣadīq, Yadgar-e ʿomr I, Tehran, n.d. D. Wilber, Riza Shah: The Resurrection and Reconstruction of Iran, Hicksville, N.Y., 1975, p. 102; E. Xacənuri, Bazigəran-e ʿəsr-e ṭalaʾi, Tehran, 1357 ş./1978, s. 71).

Məhəmmədhüseyn xan Ayrım 1925-ci ildə (iyul ayı) şimal-qərbi ordusunun komandanlığını Abdulla xan Əmir Təhmasibidən təhvil almışdı. (D. Wilber, Riza Shah. S. 118).
Məhəmmədhüseyn xan Ayrım Rza xan Sipəhin yaxın adamlarından idi. Qacarların devrilməsində digər kazak komandirləri ilə birlikdə iştirak etmişdi. Məclisin müxalifət qanadına hədə-hərbə dolu teleqram göndərmişdi.( Ḥ. Məkki, Tarix-e bist sala-ye İran II-VI, Tehran, 1357-62 ş./1978-83. c. II, s. 549).
Məhəmmədhüseyn xan Ayrım avqust 1926-cı ildə kürdlərin qiyamını yatırmağa müvəffəq olmadığından Rza şah tərəfindən ordu komandanlığından azad edilmişdi. (D. Wilber, Riza Shah., s. 118; Ḥ. Əẓam Qüdsi, Ketab-e xeṭerat-e mən ya rövşən şüdən-e tarix-e ṣad sala II, Tehran, 1342 ş./1963. s. 87). Vəzifəsi kiçildilmiş, hərbi polisin rəisi, daha sonra ordunun xüsusi müfəttişi təyin edilmişdi. (Xacənuri, Bazigəran, s. 89).
Məhəmmədhüseyn xan Ayrım 22 mart 1931-ci ildə silahlı qüvvələrin tərkibində olan milli polisə rəis təyin edilmişdi. (Sadiq, Yadgar II, s. 327). Bu 1929-cu ildə sabiq rəis Məhəmməd xan Dərgahinin tutulmasından sonra şahın üçüncü təyinatı idi.

Ayrımı istənilən qədər sərt və ciddi şəxs hesab edirdilər. Onun SSRİ ilə əlaqəsi olmadığı bilinirdi. (Резун, Советский Союз, с. 175-77). Polis rəisi olarkən onun vəzifəsinə əks-kəşfiyyat da artırıldı. Şahın əleyhdarlarının qorxudulmasında əvəzsiz idi. Şah onun ofisindən digər yüksək çinli məmurları da izləyirdi. Beləliklə, şahın ən yaxın və etibarlı adamlarının birinə çevrildi. Hətta şahla qohumluğun binasını da qoydu. (Sadiq, Yadgar II, s. 327). Aliməqam məmurların hər addımını şaha məruzə etdiyindən gözə girmişdi. (Məkki H., Tarix, c. VI, s. 109). Əmisi Teymur xan Ayrımın qızı Tacülmülk xanım Rza şahla ailə qurmuşdu.
Məhəmmədhüseyn xan Ayrım öz siyasi rəqiblərini, o cümlədən şahın yaxınlarından olan, Tehranın meri Kərim ağa Buzarcomehrini sıradan çıxarmışdı. (Məkki H., Tarix, c.VI, s. 112-113). Mənbələrə görə, Əbdülhüseyn xan Teymurtaşın, Sərdari Əsəd Cəfərqulu xan Bəxtiyarinin və digər seçkin şəxslərin aradan götürülməsində, məhv edilməsində Məhəmmədhüseyn xan Ayrım gərəkli rol oynamışdı. (Q. Qani, Xaṭerat-e Doktor Qasem Qani, 12 vols., London, 1980-84. I, p. 221).

Məhəmmədhüseyn xan Ayrım sərt və amansız davranışı şahın qəbuledilməz tələblərini həyata keçirmişdi. Şahın siyasi rəqiblərinin ortaya çıxarılması, izlənilməsi, tutulması, suçlanması və istintaqa cəlb edilməsi onu qorxunc bir şəxsə çevirmişdi. (Məkki H., Tarix, c. VI, стр. 238; Sadiq, Yadgar II, s. 327).
Məhəmmədhüseyn xan Ayrım təkcə siyasi rəqiblərlə məşğul olmurdu, eyni zamanda da şah ailəsinin varlanmasına çalışırdı. Zəngin Qacar şahzadələrin, zadəganları qorxudub, soyur, talayır, varidatlarını ailəyə çatdırırdı. Mazandaranda əyan və əşrəflərin malikanələrini ələ keçirir, əmlaklarına əl qoyur, hamısının qəbaləsini şahın adına yazdırırdı. Onun sayəsində Mazandaranda, Savadkuhda şəxsi həyətləri belə olmayan Rza şah ailəsinin topdağıtmaz mülkü olmuşdu. (Ḥ. Məkki, Tarix, c. VI, s. 252-259).
Kərim ağa Buzarcomehri şahın əmlak sərkarı vəzifəsindən uzaqlaşdırılandan sonra Ayrım bu vəzifəyə yiyələndi. (Ḥ. Məkki, Tarix, c. VI, s. 112-113). Eləcə də Teymurtaşın qeyri-rəsmi vəzifəsi olan şahın mətbuat xidmətinin rəisliyi vəzifəsini də ələ keçirdi. Mətbuatla əlaqə üçün mülayim davranış, ali savad, hiyləgər siyasət gərəkirdi. Bunlar Ayrımın təbiətinə uyuşmurdu. Zabitə və zülm onun xarakterinin ayrılmaz hissəsi idi. Mənbələr Ayrımın bu sonuncu vəzifəni yarıtmadığını bildirlər. (Ə. Dəşti, Əyyam-e məḥbəs, Tehran, 1339 ş./1960, s. 252; M. Bahar, Tarix-e müxtəsər-e əḥzab-e siyasi, Tehran, 1323 ş./1944.).
Məhəmmədhüseyn xan Ayrım şaha təmtəraqlı təvəllüd günü keçirmək istədi. İcazə istədikdə şahın qəzəbinə düçar oldu. (Eṭṭelaat dər yek rübʿ-e qərn, s. 227-229; Ḥ. Məkki, Tarix, c. V, s. 151-152). Şahın bütün yaxın yardımçıları qəzəbə düçar olmuş, zindanlara atılmış, orda öldürülmüşdü. Amma Ayrım uzaqgörən və hiyləgər bir şəxsiyyət idi. 1935-ci ildə özünü xəstəliyə vurdu. Yanına yoluxmağa gələn adamlara hey-hərəkəti olmadığını bildirdi. Şahdan müalicə üçün Avropaya getməyə izn-icazə istədi. İcazəni alınca xərəkdə aeroporta getdi. Ayağını Berlinə qoyunca qayıtmaqdan imtina etdi. Şah onu mal-mülk, maliyyə ilə şirnikləndirsə də, qayıtmadı. Rza şahı ondan yaxşı tanıyan olmadı. (Fərruḵ, xaṭerat, s. 367).

Məhəmmədhüseyn xan Ayrım II Dünya müharibəsi dönəmində Almaniyanın dəstəyi ilə Berlində mühacirətdə olan İran-e azad (Azad İran) adlı hökumət yaratmaq fikrinə düşdü. Bu hökumət anti-ittifaq mövqe tuturdu və Almaniyanın tam qələbəsindən sonra İranı ələ keçirmək istəyirdi. (H. Məkki, Tarix, c. VI, s. 230-238). Bu kimi təşəbbüslər şah tərəfdarlarının acığına getdi və Almaniya hökumətindən onun tutulması istəndi. O, müharibədən sonra həbs edildi. (Q. Qani, Xaterat, c. VIII, s. 314; Məkki, Tarix, c. VI, s. 238). Bir kənddə qapalı şəkildə saxlanılırdı.
Məhəmmədhüseyn xan Ayrım 31 mart 1848-ci ildə Lixtenşteyndə vəfat etdi.
Məhəmmədhüseyn xan Ayrım ictimai həyatın bütün sahələri üzrə yeniləşən bir dövlətdə sabitliyin, qanunçuluğun, hüquq qaydalarının təminatında, dövlətçiliyin cinayətkar qəsdlərdən qorunmasında, kriminogen durumun yaxşılaşdırılmasında, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsində xeyli iş görmüşdü. O, bir qəhrəman timsalındadır, hətta səhvləri olsa da...
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Ənvər ÇİNGİZOĞLU
Bölməyə aid digər xəbərlər
11-04-2022, 21:25
Mazandaran alimi - Ənvər Çingizoğlu yazır
23-03-2022, 18:55
Rəşid Yasəmi: ədəbiyyatda nəciblik nümunəsi
17-03-2022, 09:49
Vahid Dəstigirdi: Nizaminin tədqiqatçısı
12-03-2022, 22:31
Ənvər ÇİNGİZOĞLU - Səid Nəfisi: Azərbaycan qəhrəmanı Babək Xürrəmdin əsərinin müəllifi
19-10-2021, 09:58
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədəli Füruği: siyasətçi, diplomat, tarixçi, tərcüməçi və millətçi kimi
16-10-2021, 01:06
Ənvər ÇİNGİZOĞLU - Hacıəli xan Rəzmara: Qurban bayramında doğuldu, terror qurbanı oldu
13-09-2021, 16:31
Ənvər ÇİNGİZOĞLU - Şəkinskilərin İran qolu haqqında... - Ənvər Çingizoğlunun araşdırması
10-09-2021, 17:27
Nəcəfqulu xan Sərşar: Qaradağın ağ gün görməmiş şairi
27-08-2021, 16:48
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədqulu xan Alar: inqilabda sərkərdə, işdə sərkar.. - Fotolar
20-08-2021, 13:38
Ənvər ÇİNGİZOĞLU - İsmayıl xan Şəfai: Tehran-43 konfransında şahın tərcüməçisi - Fotolar
16-08-2021, 15:51
Ənvər ÇİNGİZOĞLU - Seyid Məhəmməd Dəbirsiyaqi: tədqiq və tədrisin işığında - Fotolar
24-07-2021, 16:15
Ənvər ÇİNGİZOĞLU - Qaradağ elləri: beloğludan eloğluya qədər - Ənvər Çingizoğlu yazır