21:46 / 18-09-2025
Ceyhun Bayramov Aİ komissarı ilə müzakirə aparıb
21:18 / 18-09-2025
Bakıda onlayn qumar təşkil edənlər saxlanılıb - Video
18:23 / 18-09-2025
ABŞ istehsalı olan raket rekord qırıb
18:00 / 18-09-2025
Mourinyonun yeni klubu bəlli olub
17:52 / 18-09-2025
MEDİA-nın Müşahidə Şurasının iclası keçirilib - Fotolar
17:47 / 18-09-2025
Müğənni cinsi təcavüzdə təqsirli bilinib - Video
17:38 / 18-09-2025
Yılmaz Vural baş məşqçi təyin olunub
17:16 / 18-09-2025
Yeni film tənqidçilərdən yüksək qiymət alıb - Foto
17:08 / 18-09-2025
Oleq Bakinskinin şikayəti təmin olunmayıb
17:00 / 18-09-2025
Rusiya və Ukrayna hərbçilərin meyitlərini mübadilə edib
16:54 / 18-09-2025
Xalq artisti xəstəxanadan evə buraxılıb
16:37 / 18-09-2025
Prezident Memar Əcəminin adibəsinin ucaldılması ilə bağlı sərəncam imzalayıb
16:32 / 18-09-2025
Bakıda və rayonlarda güclü külək əsəcək - Xəbərdarlıq
16:21 / 18-09-2025
İlham Əliyev BP şirkətinin rəsmisini təltif edib
16:11 / 18-09-2025
Əkrəm Həsənov: “Qeyri-rəsmi işçilərin sayı artacaq”
15:40 / 18-09-2025
Bakıda iş yerində yıxılan qadın ölüb
15:33 / 18-09-2025
Beyləqanda ər arvadını bıçaqlayıb
15:25 / 18-09-2025
"İmişli" klubu AFFA-nın qərarından narazı qalıb
15:15 / 18-09-2025
Milli Məclisdə tələbələrin iştirakı ilə ictimai dinləmə keçiriləcək
15:04 / 18-09-2025
"Plastik cərrah"la bağlı sensasiyalı xəbər yayılıb
14:30 / 18-09-2025
Paşinyan: "İranla sərhəd körpüsünün tikintisi gündəlikdə qalır"
14:16 / 18-09-2025
Ölkəmizdə ət bahalaşıb
14:14 / 18-09-2025
Taylandla Kamboca arasında gərginlik yenidən artıb
13:42 / 18-09-2025
Bişkekdə TDT ölkələrinin hökumət başçılarının görüşü başlayıb
13:20 / 18-09-2025
Su problemi milyardlarla insanı risk altında qoyur
13:09 / 18-09-2025
Naxçıvanda kişi geyimində oğurluq edən qadın tutulub
12:57 / 18-09-2025
Zakir Həsənov Çinə gedib
12:49 / 18-09-2025
İlham Əliyev Avropa İttifaqının komissarını qəbul edib - Fotolar
12:47 / 18-09-2025
Sabah yağış yağacaq
12:36 / 18-09-2025
Azərbaycan yığması 124-cü sıraya yüksəlib
13:31 / 16-09-2025

18:40 / 14-09-2025

13:50 / 14-09-2025

15:37 / 14-09-2025

13:02 / 15-09-2025

13:17 / 14-09-2025

15:11 / 15-09-2025

13:39 / 16-09-2025

00:04 / 16-09-2025

22:16 / 17-09-2025

20:02 / 15-09-2025

Hadi xan Şəqaqi: Şatiranlının şir balası... - Foto
Tarix: 31-05-2020 11:04 | Bölmə: Ənvər ÇİNGİZOĞLU

Sovet tarixşünaslığında müəyyən səbəblərə görə Qacarlar dövlətində xidmət edən azərbaycanlıların rolu və mövqeyini tədqiq etmək, eləcə də onların pəhləvilərlə münasibətlərinə dair həqiqətləri üzə çıxarmaq mümkün olmamışdır. İndi əlimizə fürsət düşüb. Milli tarixşünaslıqda üzə çıxarılan yeni faktlar və inkarolunmaz həqiqətlər hər bir oxucunu sevindirməlidir. Beləliklə, o taydakılardan biri...
Hadi xan Güney Azərbaycanın Sərab vilayətində, eləcə də bütün İranda məşhur olan Şəqaqi soyuna mənsubdur. Bu soyun ulu babası Salehməhəmməd bəy Şatiranlı-Şəqaqidir. O, el içində Ocaq ləqəbi ilə tanınırdı.
Salehməhəmməd bəyin Məhəmmədsaleh bəy adlı oğlu vardı.
Məhəmmədsaleh bəy Salehməhəmməd bəy oğlu Şatiranlı-Şəqaqi Sərab vilayətində anadan olmuşdu. Elə başçılıq etmişdi. Səfəvilər dövlətinin bir çox savaşlarına qatılmışdı. Müqəddəs Məkkəyi-mükərrəmi ziyarət etmişdi.
Hacı Məhəmmədsaleh bəyin Xəlifəqulu bəy adlı oğlu vardı.
Xəlifəqulu bəy Hacı Məhəmmədsaleh bəy oğlu Sərab vilayətində doğulmuşdu. Molla yanında oxumuşdu. O, Sərab vilayətində dövran sürən Şəqaqi elinin başçısı idi. Məhin kəndində yaşayırdı. Müqəddəs Məkkəyi-müəzzəmi ziyarət etmişdi.
Hacı Xəlifəqulu bəyin Məhəmmədsaleh bəy adlı oğlu vardı.

Məhəmmədsaleh bəy Hacı Xəlifəqulu bəy oğlu Sərab vilayətinin Məhin kəndində doğulmuşdu. Molla yanında oxumuşdu. Şəqaqi elinə başçılıq etmişdi. Elxan ünvanı ilə el əhlini döyüşlərə aparmış, vergi toplamışdı. Şahdan əvvəlcə sultan, sonra xan ünvanı almışdı. Müqəddəs Məkkəyi-mükərrəmi ziyarət etmişdi.
Hacı Məhəmmədsaleh xanın Xəlifəqulu bəy adlı oğlu vardı.
II Xəlifəqulu bəy Hacı Məhəmmədsaleh xan oğlu Sərab vilayətinin Məhin kəndində dünyaya gəlmişdi. Molla yanında oxumuşdu. Şəqaqi elinə başçılıq etmişdi. Şahdan əvvəlcə sultan, sonra xan ünvanı almışdı. Müqəddəs Məkkəyi-mükərrəmi ziyarət etmişdi.
Hacı Xəlifəqulu bəyin Əli bəy, Mehdiqulu bəy adlı oğlanları vardı.
Hacı Xəlifəqulu bəyin ikinci oğlu Mehdiqulu bəy Sərab şəhərində anadan olmuşdu.
Hacı Mehdiqulu xanın Məhəmmədkərim xan, Cəfər xan, Rzaqulu xan, adlı oğlanları vardı.
Məhəmmədkərim xan Hacı Mehdiqulu xan oğlu Sərab şəhərində doğulmuşdu. Şair və alim idi.
Hacı Mehdiqulu xanın ikinci oğlu Cəfər xan Sərab şəhərində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Sərab xanlarının vəziri olmuşdu.
Hacı Mehdiqulu xanın üçüncü oğlu Rzaqulu xan Sərab şəhərində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Əvvəlcə Sərab şəhərində yaşayıb, fəaliyyət göstərmiş, sonra Qacar şahlarına xidmət etmişdi. Tarixçi idi.
Rzaqulu xanın Mehdi xan adlı oğlu vardı.
Mirzə Mehdi xan Rzaqulu xan oğlu 1844-cü ildə Tehran şəhərində anadan olmuşdu. Memar idi.
Mirzə Mehdi xan 1920-ci ildə vəfat edib.
Hadi xan Mirzə Mehdi xan oğlu 1898-ci ildə Tehran şəhərində doğulmuşdu. İbtidai təhsilini Rüşdiyyə məktəbində almışdı. Sonra darülfünunda oxumuşdu. O, təhsilini davam etdirmək üçün Parisə yollanmış, Sensir institutunda elm öyrənmişdi. 1912-ci ildə institutu tamamlamışdı.
Hadi xan Şəqaqi Birinci Dünya Müharibəsinin əvvələrində İrana qayıtmışdı. İran Kazak Dviziyasında naib rütbəsində xidmətə başlamışdı.
Hadi xan Şəqaqi 1922-ci ildə polkovnik rütbəsi almışdı. Həsənəddövlə ləqəbinə layiq görülmüşdü.
Hadi xan Şəqaqi 1937-ci ildə general-mayor rütbəsinə layiq görülmüşdü. Bu rütbədə olarkən qərargahda, akademiyada və nizami ordunun müxtəlif bölmələrində xidmət etmişdi.
Hadi xan Şəqaqi 1942-ci ildən İsfahan qoşunun komandanı, sonra şahın adyutantı olmuşdu.
Hadi xan Şəqaqi rusca, fransızca bilirdi.
Hadi xan Şəqaqi 1958-ci ildə vəfat edib.
Hadi xan Şövkətülmülk xanım Xacənuri ilə ailə qurmuşdu. Huşəng xan adlı oğlu vardı.
Hadi xan Şəqaqi. Bir tarixi şəxsiyyət. Biz xatırladıq. Həssas və mahir loğman adlandırılan zaman keçmişə nəzər salmağa məcbur edir. Ötən günlərin səciyyəvi xüsusiyyətlərinin hərtərəfli təhlili həmvətənlərimizin hər birini olub-keçənlərə bir növ yekun vurmağa səsləyir. Gəlin xatırlayaq ki, biganəliyimizi tarix bağışlamayacaq.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Ənvər ÇİNGİZOĞLU
Bölməyə aid digər xəbərlər
11-04-2022, 21:25
Mazandaran alimi - Ənvər Çingizoğlu yazır
23-03-2022, 18:55
Rəşid Yasəmi: ədəbiyyatda nəciblik nümunəsi
17-03-2022, 09:49
Vahid Dəstigirdi: Nizaminin tədqiqatçısı
12-03-2022, 22:31
Ənvər ÇİNGİZOĞLU - Səid Nəfisi: Azərbaycan qəhrəmanı Babək Xürrəmdin əsərinin müəllifi
19-10-2021, 09:58
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədəli Füruği: siyasətçi, diplomat, tarixçi, tərcüməçi və millətçi kimi
16-10-2021, 01:06
Ənvər ÇİNGİZOĞLU - Hacıəli xan Rəzmara: Qurban bayramında doğuldu, terror qurbanı oldu
13-09-2021, 16:31
Ənvər ÇİNGİZOĞLU - Şəkinskilərin İran qolu haqqında... - Ənvər Çingizoğlunun araşdırması
10-09-2021, 17:27
Nəcəfqulu xan Sərşar: Qaradağın ağ gün görməmiş şairi
27-08-2021, 16:48
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədqulu xan Alar: inqilabda sərkərdə, işdə sərkar.. - Fotolar
20-08-2021, 13:38
Ənvər ÇİNGİZOĞLU - İsmayıl xan Şəfai: Tehran-43 konfransında şahın tərcüməçisi - Fotolar
16-08-2021, 15:51
Ənvər ÇİNGİZOĞLU - Seyid Məhəmməd Dəbirsiyaqi: tədqiq və tədrisin işığında - Fotolar
24-07-2021, 16:15
Ənvər ÇİNGİZOĞLU - Qaradağ elləri: beloğludan eloğluya qədər - Ənvər Çingizoğlu yazır