00:04 / 16-09-2025
Qurban Qurbanov: “Benfika” ilə oyuna yaxşı hazırlaşa bilmədik”
23:12 / 15-09-2025
"Qarabağ"ın futbolçusu: "Benfika"nı yaxşı təhlil etmişik"
20:02 / 15-09-2025
Payız “Ulduz”u görüşünüzə gəlib - Foto
19:24 / 15-09-2025
Xalq artistinin nəşi Azərbaycana gətiriləcək
18:04 / 15-09-2025
İlham Əliyev Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisini qəbul edib
18:00 / 15-09-2025
Şuşada külli miqdarda silah-sursat aşkarlanıb
17:51 / 15-09-2025
Bakıda və rayonlarda leysan yağacaq - Xəbərdarlıq
17:49 / 15-09-2025
"Benfika"nın baş məşqçisi: "Qarabağ"la matçda 3 xal qazanmağı hədəfləyirik"
17:37 / 15-09-2025
Rusiyadan Ermənistana qaz tədarükü dayandırılacaq
17:30 / 15-09-2025
Azərbaycan INFE-yə tamhüquqlu üzv olub
17:20 / 15-09-2025
"Qarabağ" və "Neftçi"nin oyunlarını FIFA referiləri idarə edəcək
16:57 / 15-09-2025
İş adamı Vüsal Abbasov həbs edilib
16:52 / 15-09-2025
İcra başçısının sabiq müavini dələduzluqda ittiham olunur
16:39 / 15-09-2025
Mərkəzi Bank üç kredit ittifaqına icrası məcburi göstəriş verib
16:09 / 15-09-2025
İlham Əliyev ICESCO-nun Baş direktorunu təltif edib - (Yenilənib)
15:58 / 15-09-2025
Əli Əsədov sərəncam imzalayıb
15:55 / 15-09-2025
İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib - Yenilənib
15:27 / 15-09-2025
Prezident Qarabağda dörd kəndin sakinləri ilə görüşüb - Yenilənib
15:11 / 15-09-2025
Kəlbəcərə köç karvanı gedib - (Yenilənib)
15:07 / 15-09-2025
Ruslar daha bir yaşayış məntəqəsini işğal edib
15:00 / 15-09-2025
Həkim Azər Maqsudovun məhkəməsi qapalı keçiriləcək
14:54 / 15-09-2025
70 yaşlı müğənni: "Xalq artisti adı istəyirəm"
14:44 / 15-09-2025
Nazirliyin Aparat rəhbəri vəzifədən azad olunub
14:36 / 15-09-2025
Rusiyanın NATO sərhədlərini pozmasına səbəb nədir?
14:18 / 15-09-2025
Zeynəb Xanlarovanın nəvəsinin toyu olacaq
13:58 / 15-09-2025
Keyt Kelloq: Rusiya müharibəni uduzur
13:49 / 15-09-2025
Qərbi Azərbaycan İcması "Qərbi Azərbaycan TV" ilə bağlı məlumat yayıb
13:48 / 15-09-2025
Rusiya sərgi tankını cəbhə xəttinə göndərir
13:38 / 15-09-2025
Prezident Ərdoğan Qətərə gedib
13:13 / 15-09-2025
Masazırda 57 yaşlı kişini "tok" vurub
06:10 / 11-09-2025

13:31 / 11-09-2025

20:48 / 13-09-2025

15:14 / 12-09-2025

18:29 / 12-09-2025

09:46 / 11-09-2025

10:50 / 12-09-2025

18:40 / 14-09-2025

23:44 / 12-09-2025

10:33 / 11-09-2025

22:10 / 12-09-2025

Fanatizm və feminizm: iki ziddiyyət - Fotolar
Tarix: 16-07-2020 12:01 | Bölmə: Ənvər ÇİNGİZOĞLU

XX əsrdə İranda bir çox qadın təşkilatları yaranmışdı. Bu təşkilatlar öz proqramına qadının ictimai həyata cəlb edilməsi kimi mühüm və olduqca çətin bir vəzifəni də daxil etmişdi. Fanatik adətlər, ağır güzəran, savadsızlıq, ictimai həyatdan təcrid olunmuş şəraitdə yaşamaq, cəmiyyətdə qadın sərbəstliyinə etimadsızlıq üzündən bu zümrənin sosial həyatdan kənarda qalması onların şəxsi həyatı üçün bir sıra çətinliklər yaratmışdı və təşkilatlar bu problemləri qaldırmaq, xalqa çatdırmaq yolunda mühüm addımlar atmışdılar. Qadın təşkilatlarının yaradıcılarından biri də Mahnaz Əmir İbrahimi idi. Kimdir bu qadın?
Mahnaz xanım Qacar elinin Qovanlı oymağına məxsusdur. Ulu babası Mеhdiqulu xan Məhəmmədhəsən xan Qacarlar dövlətinin yaradıcılarından və Ağaməhəmməd şah Qacarın kiçik qardaşı idi.
Mеhdiqulu xan Asiya xanım Məhəmməd xan qızı Dəvəli ilə ailə qurmuşdu. Məhəmməd İbrahim xan, Məhəmməd Kərim xan adlı оğulları vardı.
Məhəmməd İbrahim xan Mеhdiqulu xan oğlu Tehran şəhərində dоğulmuşdu. Mükəmməl ailə təlim-tərbiyəsi, təhsili almışdı.

Məhəmməd İbrahim xan sərkərdə idi.
Məhəmməd İbrahim xan Qacar 1825-ci ildə Tehran şəhərində vəfat edib.
Məhəmməd İbrahim xanın törəməsi Əmir İbrahimi sоyadını daşıyır.
Məhəmməd İbrahim xan öncə bir nеçə arvadla, sоnra Fətəli şahın qızı Hümayun Sultan xanımla ailə qurmuşdu. Məhəmmədkərim xan, Məhəmmədrəhim xan, Zеynalabdin xan, Nəsrulla xan, Rüstəm xan, Xоsrоv xan, Musa xan, İsmayıl xan, Şahrux xan, Əsədulla xan, Əliməhəmməd xan, Əliqulu xan, İsa xan, Məhəmmədtağı xan, Qulamhüsеyn xan, Qulaməli xan, Məhəmmədhəsən xan, Əbdürrəhim xan, Ələkbər xan, Bəhram xan, Xudaverdi xan, şahzadədən isə Əmir Abbasqulu xan, Əmir Əbülfət xan adlı оğulları vardı.
Əmir Məhəmmədibrahim xanın yеddinci оğlu Musa xan Kеrman şəhərində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Müqəddəs Məkkəyi-mükərrəmi ziyarət etmişdi.
Hacı Musa xanın Həsən xan adlı oğlu və bir neçə qızı vardı.
Həsən xan Hacı Musa xan oğlu Kеrman şəhərində doğulmuşdu. İbtidai təhsilini ailə şəraitində almışdı. Sonra mədrəsədə oxumuşdu. Savadlı olduğundan mirzə ünvanı daşıyırdı. Şah tərəfindən isə Muxtarülmülk ləqəbinə layiq görülmüşdü.

Mirzə Həsən xan Muxtarülmülk bir müddət Kerman şəhərini idarə etmişdi. 1904-cü ildə şahzadə Əlinağı mirzə Rüknüddövlə Kermana vali təyin ediləndə, Muxtarülmülk şəhərin kələntəri olmuşdu. Rüknüddövlədən sonra Kermana vali şahzadə Əzizulla mirzə Zəfərüssəltənə təyin edilmişdi. Zəfərüssəltənə Muxtarülmülkü işdən kənarlaşdırmaqla yanaşı onun məxsus olduğu şeyxiyyə təriqətinin kərimxani qolunu Kermanda sıxışdırmışdı.
Mirzə Həsən xan Muxtarülmülk İran Milli Məclisinin 6-cı çağırışına Kermandan nümayəndə seçilmişdi.
Mirzə Həsən xanın Məcid xan adlı oğlu vardı.
Məcid xan Mirzə Həsən xan Əmir İbrahimi Kеrman şəhərində dünyaya gəlmişdi. Mükəmməl mədrəsə təhsili almışdı. Sonra Fransaya yollanmış, Parisdə musiqi təhsili almışdı.
Mirzə Məcid xan Fərdus xanım Nəfisi ilə ailə qurmuşdu. Nəfisilərin son nümayəndələri bəhai idilər. Üç oğlu və Mahnaz xanım adlı qızı var.

Mahnaz xanım Əmir İbrahimi 1940-cı ildə İranın Kerman şəhərində dünyaya göz açmışdı. Atası şeyxiyyə, anası bəhai idi. Onun 11 yaşı olanda anası atasından ayrılıb, ABŞ-a yollandı. Mahnaz anası ilə getməli oldu. Orta məktəbi San-Fransiskoda oxudu. Sonra San-Fransisko universitetində və daha sonra Boulderdə Kolorodo universitetində ali təhsil aldı.
Mahnaz Əmir İbrahimi 1965-1966-cı illərdə Kolorodo universitetində redaktor asisenti kimi çalışmışdı. İngilis dilində tezislər hazırlayırdı.
Mahnaz Əmir İbrahimi 1966-1967-cı illərdə Kolorodo universitetində lektor kimi tələbələrə ədəbiyyat öyrədirdi.
Mahnaz Əmir İbrahimi 1967-ci ildə İrana döndü. Ədəbiyyat professoru kimi Tehran Milli universitetində dərs deməyə başladı. Bu universitetdə professor-mühazirəçi kimi 1968-ci ilədək fəaliyyət göstərdi.
Mahnaz Əmir İbrahimi 1968-1970-cı illərdə Tehran Milli universitetinin ingilis dili fakültəsində dekan kimi çalışdı.

Mahnaz Əmir İbrahimi 1970-1979-cu illərdə İran Qadın təşkilatının baş katibi olmuşdu. O, öyrətməyə çalışırdı ki, feminizm kişilərə deyil, patriarxata qarşı mübarizədir. Bu, ictimai həyatın istənilən sahəsində – siyasətdə, ailədə, biznesdə hakimiyyətin kişilərin əlində cəmləşdiyi sistemə qarşı mübarizədir. Yazırdı ki, ümumiyyətlə din və feminizm bir-birinə zidd anlayışlardır. Ona görə İranda bərabərhüquqluluq ideyasını tanıyan, amma feminist kimi qəbul edilməsini istəməyən qadınlar var. Bu, feminizm anlayışının tez-tez marqinallaşdırılması, feminist qadınların şəxsi həyatda bəxti gətirməyən aqressiv qadın kimi təqdim olunması səbəbindən baş verir.
Mahnaz Əmir İbrahimi 1976-1978-ci illərdə İranın Qadın işləri üzrə naziri vəzifəsində çalışmışdı.
Mahnaz Əmir İbrahimiyə görə, insanlar müxtəlif «niqab» - qrimlərdən istifadə edərək öz surətlərini sanki dəyişmiş qorxu, zəhm kimi «Dünya» adlı başqası üçün çətinliklər yaratmışdır. Əxlaqi - mənəvi göstərişlər yazılmamış qanunlarla kişi və qadınlar üçün – cinsi ayrıseçkilik- (gender fərqi) bir tərəfdə Vahid Allah xofu yaratmışdır (bu kişi göstəricisidir). Bu tip qorxular yaratmaqla, insanlar yenə də başqasına, bəzən özünə də çətinlik yaratmaq ideyasına qulluq edirdilər.
Mahnaz Əmir İbrahimi 1978-ci ildə ABŞ-a döndü. Amma İranın qadın hüquqlarının müdafiəsindən əl çəkmədi.
Mahnaz Əmir İbrahimi 1979-1981-ci illərdə Kaliforniyanın Palo-Alto şəhərində qadın hüquqları üzrə məsləhətçi kimi işləmişdi.
Mahnaz Əmir İbrahimi 1981-ci ildə İran Tədqiqatları Fondunun əsasını qoydu və günümüzədək icraçı direktorudur.
Mahnaz Əmir İbrahimi 1989-1996-cı illərdə Qlobal Bacılıq İnstitutunun (Sisterhood Is Global Institute) vitse-prezidenti işləmişdi.
Mahnaz Əmir İbrahimi 1992-1996-cı illərdə Qlobal Bacılıq İnstitutunun (Sisterhood Is Global Institute) icraçı direktoru idi.
Mahnaz Əmir İbrahimi 1996-1999-cu illərdə Qlobal Bacılıq İnstitutunun (Sisterhood Is Global Institute) prezidenti işləmişdi.

Mahnaz Əmir İbrahimi 2000-ci ildən günümüzədək Qadınların Hüquq, Tərəqqi və Sülh tərəfdaşlığı Fondunun yaradıcısı və prezidentidir. Ona görə, qloballaşma prosesində müasir mədəniyyətlərdə və onun inkişafında ən başlanğıc və əsas qüvvələrdən biri sayılan müxtəliflik nədir? Bu etnik, milli, konfessional və bu kimi müxtəlif ənənələrin qarşılıqlı mövcudluğu və dialoq problemidir. Eyni bərabərlik ideyasına söykənən bu baxışlar müasir dünyada (əsas da Qərbi Avropada və ABŞ-da) yayılmış multimədəni cəmiyyətin konsepsiyasını təşkil edir. Bu prosesin bir qolu da - Gender dialoqudur. Çoxölçülü, müxtəlif, fərqli mədəniyyətlərin mövcudluğu məhz dialoqun nəticəsidir.
Mahnaz Əmir İbrahimi Qulamrza Əfxəmi ilə həyat qurub. Bir oğlu və iki nəvəsi var.
O, bütün ömrünü İran qadınının maariflənməsinə, azadlığına həsr edən Mahnaz Əmir İbrahimi hələ də mübarizə aparır..
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Ənvər ÇİNGZİOĞLU
Bölməyə aid digər xəbərlər
11-04-2022, 21:25
Mazandaran alimi - Ənvər Çingizoğlu yazır
23-03-2022, 18:55
Rəşid Yasəmi: ədəbiyyatda nəciblik nümunəsi
17-03-2022, 09:49
Vahid Dəstigirdi: Nizaminin tədqiqatçısı
12-03-2022, 22:31
Ənvər ÇİNGİZOĞLU - Səid Nəfisi: Azərbaycan qəhrəmanı Babək Xürrəmdin əsərinin müəllifi
19-10-2021, 09:58
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədəli Füruği: siyasətçi, diplomat, tarixçi, tərcüməçi və millətçi kimi
16-10-2021, 01:06
Ənvər ÇİNGİZOĞLU - Hacıəli xan Rəzmara: Qurban bayramında doğuldu, terror qurbanı oldu
13-09-2021, 16:31
Ənvər ÇİNGİZOĞLU - Şəkinskilərin İran qolu haqqında... - Ənvər Çingizoğlunun araşdırması
10-09-2021, 17:27
Nəcəfqulu xan Sərşar: Qaradağın ağ gün görməmiş şairi
27-08-2021, 16:48
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədqulu xan Alar: inqilabda sərkərdə, işdə sərkar.. - Fotolar
20-08-2021, 13:38
Ənvər ÇİNGİZOĞLU - İsmayıl xan Şəfai: Tehran-43 konfransında şahın tərcüməçisi - Fotolar
16-08-2021, 15:51
Ənvər ÇİNGİZOĞLU - Seyid Məhəmməd Dəbirsiyaqi: tədqiq və tədrisin işığında - Fotolar
24-07-2021, 16:15
Ənvər ÇİNGİZOĞLU - Qaradağ elləri: beloğludan eloğluya qədər - Ənvər Çingizoğlu yazır