21:59 / 29-10-2025
800 min illik yeraltı su hövzəsi aşkarlanıb
20:24 / 29-10-2025
İlham Əliyev Federal Milli Şuranın sədrini qəbul edib - Fotolar
20:15 / 29-10-2025
Yaponiya Trampın tələbinə əməl etməyəcək
20:06 / 29-10-2025
Avropa yenə təbii qaz problemi ilə üzləşir
19:55 / 29-10-2025
Vitse-prezident: Hərbi əməliyyatlara son qoymağın vaxtıdır
19:20 / 29-10-2025
İlham Əliyev Rumıniya Senatının sədrini qəbul edib - Fotolar
19:15 / 29-10-2025
Nuriyev: Mehdiyevin siyahısında erməni qarışığı olanlar üstünlük təşkil edə bilər
19:05 / 29-10-2025
Polşa ilə Rusiya arasında gərginlik artır
18:57 / 29-10-2025
Kreml Trampın bəyanatına şərh verib
18:52 / 29-10-2025
Litva Belarusla sərhədi bağlayıb
18:21 / 29-10-2025
“İçərişəhər” Dövlət Qoruğuna Aparat rəhbəri təyin edilib
18:00 / 29-10-2025
Səfirlik Monteneqrodakı hadisələrlə bağlı açıqlama yayıb
17:45 / 29-10-2025
Ukraynanın iki şəhəri mühasirəyə alınıb
17:44 / 29-10-2025
Azərbaycanın Omandakı səfirliyinin rəsmi açılışı olub
17:26 / 29-10-2025
Macarıstan AB-nin Belarusa qarşı planını pozub
17:19 / 29-10-2025
"QHT işi": Zamin Zəkinin məhkəməsi başlayıb
17:07 / 29-10-2025
Prezident məhkəmələrə sədr və sədr müavinləri təyin edib
17:05 / 29-10-2025
Ruslar Pokrovsk şəhərini mühasirəyə almağa çalışır
17:01 / 29-10-2025
Şirvanda zəlzələ olub
16:59 / 29-10-2025
Prokuror Tağı İbrahimova 9 il cəza istəyib
16:47 / 29-10-2025
Məşhur aktrisa yeni filmlə ekrana qayıdır - Foto
16:30 / 29-10-2025
Baş Prokurorluq sabiq deputata xəbərdarlıq edib
16:29 / 29-10-2025
Assosiasiyaya sədr təyinatı olub
16:16 / 29-10-2025
Azərbaycan Kuboku: Daha iki komanda 1/8 finala vəsiqə qazanıb
15:42 / 29-10-2025
Rusiyada azərbaycanlı iş adamı itkin düşüb
15:38 / 29-10-2025
Sem Altman: ABŞ texnoloji yarışda Çindən geri qala bilər
15:30 / 29-10-2025
BŞİH: “Sovetski”-də tarixi binanın sökülməsi ilə bağlı məlumat yalandır
15:21 / 29-10-2025
"Qarabağ"-"Çelsi" oyununun biletləri satışa çıxarılıb
14:37 / 29-10-2025
Azərbaycan və Oman XİN başçıları arasında görüş olub
14:48 / 25-10-2025
Sədr postu uğrunda mübarizə ata-oğul qarşıdurmasına səbəb olub
20:19 / 27-10-2025
Nazir Emin Əmrullayevə bir neçə sual
14:34 / 29-10-2025
Baş rejissor: Hazırladığımız 12 tamaşanı “Axır Zaman”la yekunlaşdıracağıq - Müsahibə
18:00 / 25-10-2025
Anar Əsədlidən 4 şikayətçi var
23:17 / 25-10-2025
Vəkil Zabil Qəhrəmanov həbs olunub
16:17 / 27-10-2025
Ramiz Mehdiyevin Rusiyaya yazdığı gizli məktub üzə çıxıb - Fotofakt
16:57 / 27-10-2025
1500 illik qızıl sikkə xəzinəsi tapılıb
11:43 / 29-10-2025
Qafqazda sülh: Ağ ev Paşinyanı qorumalıdır
16:37 / 27-10-2025
Prezident səfirləri geri çağırıb - Yeni təyinatlar - (Yenilənib)
12:22 / 27-10-2025
Azərbaycanın Yaxın Şərq həmləsi: Vaşinqtondan dəstək var
18:09 / 26-10-2025
"Neftçi" qələbə qazanıb
00:01 / 25-10-2025
Qubadlı şəhərinin işğaldan azad olunmasından 5 il ötür
Müsəddiqin silahdaşı - Ənvər Çingizoğlu yazır
Tarix: 02-08-2020 09:37 | Bölmə: Ənvər ÇİNGİZOĞLU

İran tarixində və taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan bir sıra tarixi şəxsiyyətlər, görkəmli siyasət və dövlət adamları olub. Onlar zaman-zaman xalqın tarixində gördükləri böyük işlər və əməllərlə yadda qalıblar. Belə tarixi şəxsiyyətlərdən biri də görkəmli dövlət xadimi və dünya miqyaslı siyasətçi Şəmsəddin Əmir Əlayidir.
Şəmsəddin xan Əmir Əlayi 1900-cü ildə Tehran şəhərində doğulub. O, Ələkbər xan Nəcdüddövlənin oğlu və Məhəmmədrəhim xan Əlaüddövlənin nəticəsidir. Qacar elinin Dəvəli oymağına bağlıdır. O, Tehranın Senluyis məktəbində, Darülfünunda və Hüquq məktəbində təhsil alıb və təhsilini davam etmək üçün 1930-cu ildə Avropaya gedib (Baqir Aqili, Ruzşumari tarix əz məşrutə ta inqilabi-islami İran, I cild, Tehran, "Narmək", s.205) və bakalavr diplomunu Parisin Monpulye universitetindən əldə edib. (Nəsrulla Şiftə, Ricali beduni masəki İran, Tehran, 1331, s.43) Fransada bakalavr ixtisasını bitirəndən sonra öz iranlı həmsiniflərilə yanaşı “İran partiyası”nı yaradıb. (Yervand İbrahimyan, İran beyn du inqilab, Tehran, s. 298)

Şəmsəddin xan Əmir Əlayi jurnalistika ilə də məşğul olurdu. O, “Məcmueyi Hüquqi” adlı bir jurnalda bir çox dəyərli məqalələr yazıb və bu jurnalın fəal müəlliflərindən biri olub. (Baqir Aqili, Xatirat yek nəxost vəzir, Tehran, s.92-93) O, İrana gəlib və məhkəmədə qısa bir müddət işləyəndən sonra Əliəkbər Davərin tapşırığı ilə Maliyyə nazirliyində işə qəbul olunub, Davər öləndən sonra məhkəməyə qayıdıb və 1943-cü ildə dövlət işçiləri üzrə məhkəməyə hakim seçilib. İqtisadi korrupsiyanın əleyhinə çalışıb və elə bu mövqeyinə görə işdən azad olunub.
Şəmsəddin xan Əmir Əlayi 1944-cü ildə “İran partiyasını” tərk edib. (Yervand İbrahimyan, İran beyn du inqilab, Tehran, s.298) Həmin il Kənd Təsərrüfatı nazirliyinin başçısı kimi Nazirlər Kabinetinə daxil olub və kabinə dəyişikliyi zamanı bu quruma nazir seçilib. O, 1944-cü ildə Əhməd Qəvamın II kabinəsində öz vəzifəsinə davam edib. Bir müddətdən sonra Rza şahın cənazəsinin Misirdən İrana gətirilməsinə və İranda dəfn olmasına müxalif olan Şəmsəddin xan Əmir Əlayi öz mövqeyinə görə kabinədən istefa verib. Əhməd Qəvamın kabinəsi süqut edəndən sonra, hakimiyyətə gələn general-leytenant Hacı Əli Rəzmara Şəmsəddin Əmir Əlayini bir düzgün və ləyaqətli adam kimi tanıyaraq onu öz kabinəsinə üzv olmağa dəvət edib və Əmir Əlayi bu dəvəti qəbul etməyib. (Amuzqar Cahangir, Fəraz və fərud dudmani Pəhləvi, tərcümə Ərdəşir Lütfəliyan, Nəşri mərkəzi tərcümə və nəşri kitab, Tehran, sali75, s.536)

Şəmsəddin xan Əmir Əlayi 1950-ci il H. Rəzmara kabinəsi iş üstə olan zaman M. Müsəddiqin icazəsilə Gilan əyalətinə vali təyin edilib (Baqir Aqili, Ruzşumari tarix əz məşrutə ta inqilabi-islami İran, I cild, Tehran, "Narmək", s.206) və H. Rəzmara öldürüləndən sonra Hüseyn Əlanın ilk kabinəsində Maliyyə naziri vəzifəsində çalışıb. (Hərui Mehdi, Səmia Əhməd, gös.əsəri, s.472) O, Əla kabinəsində “Milli cəbhə” partiyasından olan tək üzvü hesab olunurdu. (Şiftə, gös. əsəri, s. 44)
Şəmsəddin xan Əmir Əlayi 1952-ci ildə Dr. M. Müsəddiqin kabinəsində də Maliyyə naziri təyin edilib. (Baqir Aqili, Ruzşumari tarix əz məşrutə ta inqilabi-islami İran, I cild, Tehran, "Narmək", s.449) Həmin ildə də eyni zamanda Xuzestan əyalətində kabinənin özəl məmuru kimi VI əyalətin valisi seçilib və həmçinin neft təsərrüfatının milliləşdirilməsində tam ixtiyarlı kabinə nümayəndəsi olub. (Əmir Əlayi Şəmsəddin, Xaliyi yəd əz şirkəti neft ingilis və İran, İntişarati kitabfüruşi Dehxuda, Tehran, 1357, s.5) Çox keçməmiş Fəzlullah Zahidinin yerinə Müsəddiq kabinəsinin Daxili işlər naziri seçilib. (Hərui Mehdi, Səmia Əhməd, gös.əsəri, s.473) Eyni ildə də M. Müsəddiq kabinəsində dəyişiklik baş verməsi nəticəsində Ədliyyə naziri olub. (Baqir Aqili, Ruzşumari tarix əz məşrutə ta inqilabi-islami İran, I cild, Tehran, "Narmək", s 457)
1953-cü ildə baş verən hadisələr şahı rahatsız edirdi. Şah sarayı məhkəmədə nüfuz tapmadığına görə (Tuluyi Məhəmməd, Baziqrani əsri Pəhləvi: Əz Füruği ta Fərdust, II cild, Nəşri Ülum, Tehran, Sali 83, s.859); Əmir Əlayi ilə şahın yaxşı münasibəti yox idi və elə bu səbəbdən şah ona güvənmirdi. (Yenə orda, I cild, s.335)

1953-cü ildə Şəmsəddin Əmir Əlayı ilə Ayətulla Kaşanı arasında ixtilaf yaranıb. Bu səbəbdən Məhəmməd Müsəddiq məcburi halda onu işdən azad edib. Bu hadisədən sonra Əmir Əlayı səlahiyyətli səfir kimi Belçikaya göndərilib və həmin ilin avqust ayının 28-ə qədər bu vəzifədə işləyib. (Baqir Aqili, Ruzşumari tarix əz məşrutə ta inqilabi-islami İran, I cild, Tehran, "Narmək", s 457) O, bir müddət Avropada yaşadıqdan sonra İrana qayıdıb. İranın xarici ölkələrdə olan 5 nümayəndəsi ilə yanaşı onu da səfirlikdən geri çağırmışdılar. Səbəb sadə idi. Devrilmiş Məhəmməd Müsəddiqi müdafiə etdiyinə görə İrana çağırılıb və işdən azad olunub. (Huşəng Məhdəvi Əbdülrza, Siyasiyi xarici İran dər dövrani Pəhləvi, Tehran, Nəşri-Peykan, Sali 80, çapi pəncüm, s.220)
Şəmsəddin xan Əmir Əlayi İranda öz fəaliyyətini hakimiyyətə qarşı davam etdirib. Nəhayət 1955-ci ildə yaxalanıb və sonra Cənuba sürgün olunub. (Baqir Aqili, Ruzşumari tarix əz məşrutə ta inqilabi-islami İran, II cild, Tehran, "Narmək", s.52) Dustaqlıqdan azad olunandan sonra Avropaya yollanıb, təhsilini davam etdirib və iki dəfə Sarbonna Univesitetindən doktorluq diplomunu almağa nail olub. O, “Milli cəbhə” partıyasının rəhbərlərindən və M. Müsəddiqin yaxın adamlarından və dəstəkçilərindən idi. (Siyasət və sazmani hizbi Tude əz ağaz ta fəripaşi, I cild, Tehran, 1370, s.150)
Şəmsəddin xan Əmir Əlayi 1961-ci ildə “Milli cəbhə” partiyasının rəhbərlərinin biri kimi Tehran Universitetində və oktyabr ayının 16-da Tehran əhalisi tərəfindən baş verən aksıyada iştirak edib. (Hərui Mehdi, Səmia Əhməd, gös.əsəri, s.204-390)
İslam inqilabı uğur qazanandan və şah süqut edəndən sonra mühəndis Mehdi Bazərqan kabinəsinin Xarici işlər naziri idi. Kərim Səncabi Fransada yaşayan yaxşı və alıcənab adam kimi tanınan Şəmsəddin xan Əmir Əlayini Parısdə İran səfiri vəzifəsində işləməyi təklif edəndən sonra o, bu təklifi qəbul edib. (Müsəddiq həm milli bud, həm müsəlman, Risaleyi doktor Məhəmməd Müsəddiq, tərcümeyi doktor Şəmsəddin Əmir Əlayi, İntişarati Mitra, Tehran, Sali 70, s.4.) 1980-ci ildə Xarici işlər naziri olan Sadiq Qütbzadə ilə ixtilafa düşərək istefa verərək İrana dönüb.
Şəmsəddin xan Əmir Əlayi xeyli kitab yazıb. O, dünyanın bənzərsiz, böyük amalları və misilsiz əməlləri ilə seçilən siyasət adamı idi. Doktor Əlayi tək İran səviyyəsində deyil, hətta Qərb miqyasında sözünün keçəri, çəkisi olan lider idi.

Dr. Şəmsəddin xan Əmir Əlayi İranda bir neçə il yaşayandan sonra 1373-cü ildə (1994-cü ildə-Ə.Ç.) həyatını dəyişib. (Baqir Aqili, Ruzşumari tarix əz məşrutə ta inqilabi-islami İran, II cild, Tehran, "Narmək", s.207)
Dr. Şəmsəddin xan Əmir Əlayi siyasi uzaqgörənliyi, fitri istedadı, müdrikliyi, ölçülüb-biçilmiş qərarları, qətiyyətliliyi, siyasi iradəsi, dərin zəkası, ensiklopedik biliyə malik olması, geniş dünyagörüşü, milli maraqlara əsaslanması, tarixi şəraitdən düzgün baş çıxarması, zaman və məkan amilini obyektiv qiymətləndirməsi, dözüm və səbrliliyi, nəzəriyyəyə istinad etməsi və praktik həyatdan baş çıxarması – bir sözlə, fenomenal şəxsi keyfiyyətləri onu qüdrətli siyasi və dövlət xadimi səviyyəsinə ucaldıb.
İran xalqının yaddaşında dürüst və çevik dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan lider kimi qalıb. Xalqın tarixi taleyində, mənəvi, siyasi və ictimai həyatında, dövlət quruculuğunda onun qədər misilsiz xidmətlər göstərən ikinci dövlət adamı tapmaq mümkün deyildir.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Ənvər ÇİNGİZOĞLU
Bölməyə aid digər xəbərlər
11-04-2022, 21:25
Mazandaran alimi - Ənvər Çingizoğlu yazır
23-03-2022, 18:55
Rəşid Yasəmi: ədəbiyyatda nəciblik nümunəsi
17-03-2022, 09:49
Vahid Dəstigirdi: Nizaminin tədqiqatçısı
12-03-2022, 22:31
Ənvər ÇİNGİZOĞLU - Səid Nəfisi: Azərbaycan qəhrəmanı Babək Xürrəmdin əsərinin müəllifi
19-10-2021, 09:58
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədəli Füruği: siyasətçi, diplomat, tarixçi, tərcüməçi və millətçi kimi
16-10-2021, 01:06
Ənvər ÇİNGİZOĞLU - Hacıəli xan Rəzmara: Qurban bayramında doğuldu, terror qurbanı oldu
13-09-2021, 16:31
Ənvər ÇİNGİZOĞLU - Şəkinskilərin İran qolu haqqında... - Ənvər Çingizoğlunun araşdırması
10-09-2021, 17:27
Nəcəfqulu xan Sərşar: Qaradağın ağ gün görməmiş şairi
27-08-2021, 16:48
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədqulu xan Alar: inqilabda sərkərdə, işdə sərkar.. - Fotolar
20-08-2021, 13:38
Ənvər ÇİNGİZOĞLU - İsmayıl xan Şəfai: Tehran-43 konfransında şahın tərcüməçisi - Fotolar
16-08-2021, 15:51
Ənvər ÇİNGİZOĞLU - Seyid Məhəmməd Dəbirsiyaqi: tədqiq və tədrisin işığında - Fotolar
24-07-2021, 16:15
Ənvər ÇİNGİZOĞLU - Qaradağ elləri: beloğludan eloğluya qədər - Ənvər Çingizoğlu yazır

ADP sədri ehtimal edir ki, “Tərtər işi” yaxşı araşdırılsa, onun da altından Mehdiyev və əlaltıları çıxacaq
Xalq artisti deyir ki, rəqqasların səhnə ömrü çox qısa olur. Bu az müddətdə uğur qazanmaq, əsl sənətkar kimi yetişmək üçün daha çox zəhmət çəkmək lazımıdır
Rus Dram Teatrının aktyoru deyir ki. bölgə teatrlarında diplomlu aktyor və rejissor tapmaq müşkül məsələdir
Qüdrət Həsənquliyevin fikrincə, Tramp görsə ki, Ukrayna qalib gəlir, Rusiyaya təkcə siyasi yox, hərbi dəstək də verəcək