11:51 / 16-09-2025
DİM sədri: buraxılış imtahanlarında yeni test modeli tətbiq ediləcək
11:46 / 16-09-2025
Makqreqor prezident olmaq niyyətindən əl çəkir
11:42 / 16-09-2025
İlin ikinci Günəş tutulması baş verəcək
11:39 / 16-09-2025
Paşinyanı impiçment etmək istəyirlər
11:13 / 16-09-2025
Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğuna direktor təyin olunub
11:10 / 16-09-2025
Dörd ölkədən Azərbaycana bəzi məhsulların idxalına məhdudiyyət qoyulub
11:06 / 16-09-2025
Trampın London səfəri: kral Uels şahzadəsini önə verəcək
11:00 / 16-09-2025
Xalq artistinin nəşi Azərbaycana gətirilib - Yenilənib
10:59 / 16-09-2025
Nazir: “Müharibə 60 və ya 90 günə bitə bilər”
10:49 / 16-09-2025
Rusiyanın komandanlıq məntəqələri vurulub
10:37 / 16-09-2025
Prokurorluq Əvəz Zeynallının telefonlarını və diktafonunu qaytarıb
10:28 / 16-09-2025
Tramp qəzetdən 15 milyard dollar təzminat istəyir
10:20 / 16-09-2025
“Formula-1” ilə əlaqədar əhaliyə müraciət edilib
10:16 / 16-09-2025
Çempionlar Liqası: bu gün 6 oyun keçiriləcək
10:08 / 16-09-2025
Dövlət Xidmətlərinin Elektron Reyestri yaradılacaq
10:05 / 16-09-2025
Vəkillər Kollegiyasının orqan və qurumlarının sayı artırılır
10:04 / 16-09-2025
Məşhurlar yeni ssenarini xüsusi kod altında qoruyurlar
09:49 / 16-09-2025
Biləsuvar sakini 6 kq narkotiklə saxlanılıb
09:45 / 16-09-2025
Rusiyaya qarşı yeni sanksiyanın qəbulu təxirə salınıb
09:40 / 16-09-2025
Feldşer Müdafiə Nazirliyini məhkəməyə verib
09:29 / 16-09-2025
Təranə Səmədova Ali Məhkəməyə müraciət edib
09:20 / 16-09-2025
Şirvan şəhərində bir neçə qurumda yoxlama aparılır
09:07 / 16-09-2025
Okeanlarda 14 min ton qızıl var
08:18 / 16-09-2025
“Emmi” mükafatı 77-ci dəfə təqdim olunub
08:12 / 16-09-2025
Fəalın qətlində təqsirləndirilən şəxsi edam edəcəklər
08:06 / 16-09-2025
Dini liderlər Astanada toplaşıb
08:02 / 16-09-2025
Ukraynada 1000-ə yaxın britaniyalı muzdlu həlak olub
07:55 / 16-09-2025
Rubio: Tramp münaqişəyə son qoymağa çalışır
07:48 / 16-09-2025
Baş nazir Qüdsdən qaçıb?
00:04 / 16-09-2025
Qurban Qurbanov: “Benfika” ilə oyuna yaxşı hazırlaşa bilmədik”
13:31 / 11-09-2025

20:48 / 13-09-2025

15:14 / 12-09-2025

18:29 / 12-09-2025

10:50 / 12-09-2025

18:40 / 14-09-2025

23:44 / 12-09-2025

22:10 / 12-09-2025

14:21 / 11-09-2025

09:10 / 12-09-2025

13:50 / 14-09-2025

Mirzə Cavad xan Sədəddövlə kimdir? - Fotolar
Tarix: 10-08-2020 19:14 | Bölmə: Ənvər ÇİNGİZOĞLU

Məşrutə hərəkatı. Bu prosesin inkişafına təsir edən şəxslərdən biri də Mirzə Cavad xan Sədəddövlədir. Tarixdən məlum olduğu kimi, bu hərəkat nəticəsində məzhəb çatışmalarına son verilmiş, Azərbaycan türkcəsində məktəblər açılmış, milli tədrisə nail olunmuş, türkcə mətbuat inkişaf etmiş, yeni siyasi təşkilatlar yaranmağa başlamış, fars kimliyi ilə yanaşı Azərbaycan türk siyasi kimliyi ortaya çıxmış, Şimali Azərbaycan ilə Cənubi Azərbaycan türklərinin siyasi, ideoloji və mədəni mərkəzi olan Təbriz arasında canlı əlaqə yaranmışdı.
Mirzə Cavad xan Hacı Mirzə Cabbar oğlu Sədəddövlə 1856-cı ildə Xoy şəhərində anadan olmuşdu. Atası təzkirəçi idi. Babası isə Hacı Səfərəli Xoyi Cənubi Azərbaycanın tanınmış varlılarından idi.
Mirzə Cavad xan mükəmməl təhsili görmüşdü. O, ana dilindən başqa fars və ərəb dillərini mükəmməl bilməklə bərabər, fransız dilini də yaxşı mənimsəmişdi.

Mirzə Cavad xan teleqraf idarəsində və qəzet redaksiyasında çalışmışdı. Publisist, naşir kimi də fəaliyyət göstərmişdi. Bir müddət də Təbriz şəhərində "Müzəffəriyyə" mədrəsəsində işləmişdi. Əliqulu xan Müxbirəddövlə Azərbaycana gələndən sonra onun yanına işə düzəlmişdi. Müxbirəddövlə onu teleqraf idarəsinə rəis təyin etmişdi.
Mirzə Cavad xan sonra Xarici İşlər nazirliyinə daxil olmuşdu. Tehran şəhərində çalışarkən yaxşı əlaqələr qurmuşdu. 1893-cü ildən 1896-cı ilədək Qacarlar dövlətinin Belçikada səfiri olmuşdu. O, Nəzər ağa Yəminüddövləni əvəz etmişdi. Ondan sonra da həmin vəzifəyə Mirzə Əhməd xan Nəsrüddövlə Bədr təyin olunmuşdu.
Mirzə Cavad xan Sədəddövlə Müzəffərəddin şah Qacarı Fransa səfərində müşaiyət etmişdi. Əbdülməcid mirzə Eynəddövlənin Baş nazirliyi dönəmində Tehrana dönmüş, hökumətdə vəzifə tutmuşdu. Ticarət naziri təyin olunmuşdu.
Mirzə Cavad xan Sədəddövlə Məşrutə hərəkatının tərəfdarlarından idi. İlk məclis seçimində əşraf (dövlətin varlı təbəqəsi) tərəfindən nümayəndə seçilmişdi. Onun fəaliyyəti nəticəsində belçikalı Cozef Naus vəzifəsindən kənarlaşdırılmışdı. Belə ki, 1905-ci ildə ölkədə iqtisadi böhran şiddətləndi. Xalq bunun günahkarı olaraq gördüyü belçikalı müşavir Nausun qovulmasını tələb etdi. Şah bu sırada xaricdə olduğundan üsyan edənlərin tələblərini qəbul edəcəyini bildirdi. Daha sonra Nausu bir din adamı qiyafətində göstərən fotosunu küçələrə asdılar. Bu, əhalinin Nausa olan nifrətini daha da artırdı. “Şiə məzhəbinin əsaslarına” xəyanət etməklə suçlandı və bütün müsəlmanlar Nausu öldürməyə dəvət edildi. Buna görə Naus şahdan istefasını istədi. Şah isə Nausa bu söyləmlərə baş qoşmamasını məsləhət gördü və gözəl sözlərlə onun könlünü oxşadı. Lakin Naus əleyhinə aparılan üsyanlar sona çatmaq bilmədi. Nausun vəzifədən alınmamasına görə iki müctəhid Təbatəbai və Bəhbəhani öndərliyində əhali Şah Əbdüləzim türbəsində bəstə əyləşdi. [Firudun Adəmiyət, İdeoloji-i Nehzet-i Məşrutiyət-i İran (Tehran, Qanun kitab, 1940) s.152-155]
Mirzə Cavad xan Sədəddövlə məclisdə olarkən demokratik fikirli deputatlarla məsləhətləşmələr aparırdı. Seyid Həsən Tağızadə, Mirzə Sadıq xan Müstaşarüddövlə, Hacı Əminüzzərblə birləşib Nausu İrandan rədd etdilər. (Seyid Əhməd Kəsrəvi, Tarixi Məşrutiyyət, I cild, s.224)
Xaricilər İranda, o cümlədən Cənubi Azərbaycanda hökmranlığı, imperialist dövlətlərinin İranda agentləri olan belçikalıların və ümumiyyətlə xarici məmurların özbaşınalığı İran xalqlarının narazılıq və hiddətinin yüksəlməsinə səbəb olurdu. Xarici məmurların İranın mühüm idarə və müəssisələrinə rəhbərliyi, oların öz vəzifələrindən sui-istifadə edərək İranın dövlət vəsaitini mənimsəmələri, hətta gömrük və rabitə müəssisələri kimi dövlət üçün ən gəlirli sahələrin də kəsirlə və ya ziyanla işləməsinə səbəb oldu. Bütün bunlara əlavə olaraq, xarici məmurlar özlərini görünməmiş dərəcədə dikbaş, təkəbbürlü aparır, iranlı fəhlə və qulluqçulara alçaq nəzərlə baxır, onları özbaşına işdən azad edir və ya sıxışdırırdılar. ["Кавказ", 24 II, 1907, "Закавказье", 9. 11. 1907]
Tehranda-məclisdə olduğu kimi, Cənubi Azərbaycanda da Naus başda olmaqla belçikalılara və ümumiyyətlə xaricilərə qarşı mitinqlər və çıxışlar genişləndi. Məşhur mücahid, inqilab fədaisi Şeyx Səlim yanvarın 31-də əncüməndəki çıxışında Naus və Primlə yanaşı şahın məsləhətçisi, çar nümayəndəsi Şapşalın İrandan qovulmasını tələb etdi. [ЦГВИА, ф. 400, Главный штаб, дело 26, л.70] Cənubi Azərbaycanda imperialistlərə və onların agentlərinə qarşı genişlənən hərəkatın qarşısını almaq üçün Təbriz gömrükxanasının rəisi, belçikalı Lavers vəzifədən azad edildi.
Cənubi Azərbaycan nümayəndələrinin tələbi ilə Məclisin yanvarın 27-də şaha verdiyi yeddi tələbdən biri də Naus və Primin istefası ilə bağlı idi. Lakin onlar öz vəzifələrində qalmaqal idilər. Bu, şaha, irtica qüvvələrinə və xaricələrə qarşı nifrəti artırmaqla hərəkatın yeni vüsətlə genişlənməsinə səbəb oldu.

Mirzə Cavad xan Sədəddövlə Milli Məclisin sədri Mürtəzaqulu xan Səniüddövlə ilə ixtilafa düşdü. Mirzə Ələsgər xan Atabəyi-Əzəmlə birləşib, Məhəmmədəli şahın qulağını doldudmağa başladılar. Kamran mirzə Naibüssəltənə və müctəhid Şeyx Fəzlullah Nuri də onunla həmfikir oldu. Qərara aldılar ki, Milli Məclis qapansın.
23 iyun 1908-ci ildə Məhəmmədəli şahın hərbi birlikləri Tehranda Milli Məclisi bombardman edərək Məşrutəyə agır zərbə vurmuşdu. Mirzə Yəhya Dövlətabadi hesab edir ki, Milli Məclisin topa tutulmasında Sədəddövlənin əli var. [Mirzə Yəhya Dövlətabadi, Həyati-Yəhya, II cild, Tehran, İntişarati Firdovsi, səh. 153.]
Mirzə Cavad xan Sədəddövlə 1909-cu ildə Qacarlar dövlətinın Baş naziri olmuşdu. O, Nasirülmülk Əbülqasim xan Qaragözlünü əvəz etmiş, ondan sonra da həmin vəzifəyə Məhəmmədvəli xan Tənakabuni gəlmişdi.
Mirzə Cavad xan Sədəddövlə Qacarlar dövlətinin Xarici İşlər naziri olmuşdu.
Mirzə Cavad xan Sədəddövlə 1930-cu ildə vəfat edib. İmamzadə Abdulla gorgahında dəfn edilib.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Ənvər ÇİNGİZOĞLU
Bölməyə aid digər xəbərlər
11-04-2022, 21:25
Mazandaran alimi - Ənvər Çingizoğlu yazır
23-03-2022, 18:55
Rəşid Yasəmi: ədəbiyyatda nəciblik nümunəsi
17-03-2022, 09:49
Vahid Dəstigirdi: Nizaminin tədqiqatçısı
12-03-2022, 22:31
Ənvər ÇİNGİZOĞLU - Səid Nəfisi: Azərbaycan qəhrəmanı Babək Xürrəmdin əsərinin müəllifi
19-10-2021, 09:58
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədəli Füruği: siyasətçi, diplomat, tarixçi, tərcüməçi və millətçi kimi
16-10-2021, 01:06
Ənvər ÇİNGİZOĞLU - Hacıəli xan Rəzmara: Qurban bayramında doğuldu, terror qurbanı oldu
13-09-2021, 16:31
Ənvər ÇİNGİZOĞLU - Şəkinskilərin İran qolu haqqında... - Ənvər Çingizoğlunun araşdırması
10-09-2021, 17:27
Nəcəfqulu xan Sərşar: Qaradağın ağ gün görməmiş şairi
27-08-2021, 16:48
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədqulu xan Alar: inqilabda sərkərdə, işdə sərkar.. - Fotolar
20-08-2021, 13:38
Ənvər ÇİNGİZOĞLU - İsmayıl xan Şəfai: Tehran-43 konfransında şahın tərcüməçisi - Fotolar
16-08-2021, 15:51
Ənvər ÇİNGİZOĞLU - Seyid Məhəmməd Dəbirsiyaqi: tədqiq və tədrisin işığında - Fotolar
24-07-2021, 16:15
Ənvər ÇİNGİZOĞLU - Qaradağ elləri: beloğludan eloğluya qədər - Ənvər Çingizoğlu yazır