00:02 / 17-10-2025
Bu gün Füzulinin işğaldan azad olunmasından beş il ötür
22:40 / 16-10-2025
Mehriban Əliyeva Vatikanda - Fotolar (Yenilənib)
22:06 / 16-10-2025
Abid Şərifov insult keçirib, vəziyyəti ağırdır
21:46 / 16-10-2025
Trampla Putin Budapeştdə üz-üzə görüşəcək
20:20 / 16-10-2025
Ermənilər Bakıda hakim qarşısına çıxarılıblar
19:43 / 16-10-2025
Döyüş robotu müharibəyə hazırdır
18:48 / 16-10-2025
Yeni tikinti matrealı satışa çıxarılıb - Foto
18:01 / 16-10-2025
Fərhad Əhmədov məhkəmədə: "İnandırmışdılar ki, yaxtanı azad edəcəklər"
17:56 / 16-10-2025
Ramiz Mehdiyevin planının üstü necə açılıb? - Şok detallar
17:09 / 16-10-2025
Daha bir vəzifəli şəxs saxlanılıb - Foto
16:56 / 16-10-2025
Müdafiə Nazirliyi paradla bağlı məlumat yayıb
16:31 / 16-10-2025
Azərbaycan prezidenti Fransa səfirinin etimadnaməsini qəbul edib - Fotolar
16:25 / 16-10-2025
Füzulidəki qəzada dörd nəfər xəsarət alıb
15:57 / 16-10-2025
Çin demoqrafik böhranı texnoloji üstünlüklə həll edir - Foto
15:43 / 16-10-2025
Keçmiş diplomata hökm oxunub
15:17 / 16-10-2025
Avropanın müharibəyə hazırlaşmaq üçün beş il vaxtı var
15:02 / 16-10-2025
Xalq artisti II Fəxri xiyabanda dəfn olunub
14:56 / 16-10-2025
Məhkəmə hakiminin fəaliyyətinə xitam verilib - Foto
14:10 / 16-10-2025
“Ramiz Mehdiyev anti-milli ünsürdür” - DQC sədri
13:44 / 16-10-2025
Ticarət müharibəsi dolları ucuzlaşdırır
13:23 / 16-10-2025
Daha bir səfirin etimadnaməsi təqdim olunub - Fotolar
13:13 / 16-10-2025
Tramp: Hindistan Rusiyadan neft almayacaq
13:05 / 16-10-2025
Təndir çörəyinin ətri - Etibar Cəbrayıloğlu yazır
12:54 / 16-10-2025
Qazaxıstan Çindən Rusiyaya gedən minlərlə yük maşınını sərhəddə saxlayıb
12:38 / 16-10-2025
Sabah yağış yağacaq - Proqnoz
12:29 / 16-10-2025
"QHT işi" üzrə həbs olunan şəxsin məhkəməsi başlayır
12:29 / 16-10-2025
Prezident yeni səfirin etimadnaməsini qəbul edib - Foto
12:23 / 16-10-2025
İlham Əliyev BMT nümayəndəsini qəbul edib - Fotolar
12:12 / 16-10-2025
Ukraynaya yenidən hücum olub, dağıntılar var
12:02 / 16-10-2025
Rusiya təcavüzün ikinci mərhələsinə hazırlaşır
18:07 / 12-10-2025

09:00 / 12-10-2025

09:24 / 12-10-2025

10:19 / 12-10-2025

09:07 / 12-10-2025

17:37 / 15-10-2025

12:30 / 13-10-2025

10:12 / 13-10-2025

12:32 / 13-10-2025

22:14 / 14-10-2025

08:06 / 13-10-2025

13:38 / 13-10-2025

Tənbəki qiyamının təşkilatçısı - Ənvər Çingizoğlu yazır
Tarix: 18-03-2021 18:49 | Bölmə: Ənvər ÇİNGİZOĞLU

1891-ci il martın 9-da Nasirəddin şah Qacar bütün İranda tütün almaq, satmaq və emal etmək üçün ingilislərə konsessiya verilməsi barədə müqavilə imzalayır və bunun müqabilində şirkət əldə edəcəyi qazancdan ildə İran hökumətinə cüzi bir məbləği - 15 min funt sterlinqi ödəməyi öhdəsinə götürürdü. İranın bir çox mühüm şəhərlərində şirkətə məxsus idarələr təşkil edən ingilislər Hindistandan və digər müstəmləkə ölkələrindən işçi, qulluqçu adı ilə dəstə-dəstə öz təbəələrini İrana gətirməyə başlayılar ki, bu da həmin sahədə çalışan sahibkar, tacir, kəndli, sənətkar və fəhlələr arasında həyəcanın artmasına səbəb olur, heç kəs öz tütün və tənbəkisini ingilislərə satmağa razı olmur. Buna cavab olaraq 1891-ci ilin ortalarında ingilis şirkəti İran hökumətinin razılığı ilə tütün alverinin və emalının yalnız bu şirkətə məxsus olduğunu bildirdi.
1891-ci il avqustun 19-da Təbriz əhalisinin böyük əksəriyyətinin imzası ilə şaha göndərilən petisiyada tütün və tənbəki inhisarının ləğvi tələb olunur. Təbriz bazarı bağlanır, 20 min adam silahlanaraq hərəkata qarşı baş verə biləcək hər hansı hadisəyə müqavimət göstərmək üçün hazır vəziyyətdə dayanır.
Təbrizin ardınca Şiraz, İsfahan və Məşhəddə şirkətə qarşı kəskin çıxışlar başlayır. Tehranın özündə inhisarın ləğv edilməsi tələbi ilə əhali 1892-ci il yanvarın 4-də şah sarayına hücum edir. Bütün bunlar şahı məcbur edir ki, 1892-ci il yanvarın 5-də Talbotla bağlanmış müqavilənin ləğv olunduğunu elan etsin. İrana gəlmiş ingilis məmurları ölkəni tərk etməyə məcbur olurlar. İranda ilk antiimperialist çıxış olan bu hərəkatda Cənubi Azərbaycanın ticarət burjuaziyası, sənətkarlar, ruhanilər, digər təbəqələrin nümayəndələri nəinki iştirak edirdilər, aparıcı rol oynayırdılar. Xarici kapitalın və yerli irtica qüvvələrinin ağalığına qarşı çevrilmiş "Tənbəki qiyamı" İranda və Cənubi Azərbaycanda Milli Azadlıq Hərəkatının ilk və çox təsirli mərhələsini təşkil edib və xalqın siyasi, milli şüurunun oyanmasına və formalaşmasına güclü təkan verib.
"Tənbəki qiyamı"nın təşkilatçılarından biri də Hacı Məhəmmədkazım Məliküttüccardır. Onun kimliyini öyrənək.

Hacı Məhəmmədkazım Məlikəttüccar
Hacı Məhəmmədkazım Ağa Məhəmmədmehdi oğlu Məliküttüccar 1850-ci ildə Təbriz şəhərində anadan olub. İbtidai təhsilini ailə şəraitində aldıqdan sonra mədrəsədə oxuyub. Savadlı olduğundan dolayı mirzə ünvanı daşıyırdı. O, ticarətlə məşğul idi. Atasından sonra ticarət əncüməninə başçılıq edib. Tehranda yaşayırdı.
Tehranda “Tənbəki qiyamı”nın önəmli iki tüccardan biri Hacı Məhəmmədhüseyn Əminüzzərb və digəri Hacı Məhəmmədkazım Məliküttüccar baş rolu oynadılar. Əminüzzərb başlanğıcda firmaya işbirliyi sözünü verməsinə rəğmən daha sonra firma ilə ilişkisi yürümədi və əhalini firmaya qarşı təhrik etməyə başladı, bu tütün boykotu üçün ən yaxşı yol idi. (Mehdi Bəzirgan, Do hərəkət dər İnqlabe İran, Tehran, Nehzete Azadi İran, 1984, s. 168-171.) Tüccarlar boykotu yaymaq və yabançıların önünü kəsmək üçün özəlliklə toplumun alt siniflərinə çatmağa görə ruhanilərə ehtiyac duydular. Eyni zamanda Poçt və Teleqraf vəziri Əminüddövlə kimi liberal siyasətçiləri və islahatçıları özlərinə qatılma və müxalifət etməmə mövzusunda razı saldılar. (Janet Afari, İran dər inqilabe Meşrute, Tər. Riza Rizai, Tehran, Biston nəşriyyatı, 2000, s. 53.) Tehran tüccarlarından Mirzə Kazım Məliküttüccarı da ictimaiyyəti “Tənbəki qiyamı”na səfərbər etmə mövzusunda unutmamaq lazım gəlir. Ayətullah Mirzaye Şirazinin (müctəhid Mirzə Məhəmmədhəsən Şirazinin - 1814-1896) tənbəkini boykot fitvasını nəşr etdirərək yayıb (1892).
Mirzaye Şirazinin fitvası əhali arasında çox böyük bir hərəkətə yol açır. Buna qarşı dövlət və tərəfdarları bir elan nəşr edərək bu fitvanın Mirzaye Şiraziyə aid olmadığını irəli sürürlər. Onlar bildirdilər ki, fitvanı Mirzə Kazım Məliküttüccar özü yazaraq Mirzə Aştiyaninin əmriylə nəşr etdirib. Bu xəbərlər üzərinə Tehran-Təbriz-İsfahan və bir neçə böyük şəhərin alimləri Samirə şəhərinə teleqraf çəkib, Mirzaye Şirazidən bu mövzuda bilgi istəyiblər və hadisə özlüyündən xalq arasında yayılıb. (Homayon Katoziyan, “The Political Economy of Modern Iran, Despotism and Modernism 1925-1979", New York, Mac Millan Press Ltd., 1981, p. 52.) Bu fikri tarixçi Firudin Adəmiyyət də təsdiqləyib. (Firudin Adəmiyyət, Name Hacı Məhəmməd Rəhim İsfəhani be Əminülzərb və hərəkət reji, Tehran, Peyam nəşriyyatı, 1975, s. 55.)
İran kazak briqadasinin təlim işləri üzrə müdiri, rus zabiti, polkovnik V. A. Kosoqovski (1894-1903) 1897-ci ildə öz gündəliyində 1891-1892-ci il iranda ingilis tənbəki inhisarına qarşı baş vеrmiş tənbəki üsyanının təşkilatçılarından biri, azərbaycanlı Hacı Məlikəttüccarın roluna toxunaraq yazıb: “Hacı Məlikəttüccar, olduqca məşhurdur, çox varlı tacirlərdən (çoxu azərbaycanlı olan) ibarət iri partiyası (Tеһranda - Ə.Ç.) vardır. (Из тегеранского дневника полковника В.А. Косоговского. – М.: Изд-во восточной лит-ры, 1960. С. 95.)
Hacı Məhəmmədkazım Məlikəttüccar Məşrutə hərəkatına qoşulub.
Hacı Məhəmmədkazım Məlikəttüccar bir çox İran banklarının idarə heyətində təmsil olunub.
Hacı Məhəmmədkazım Məlikəttüccar 1948-ci ildə Məşhəd şəhərində vəfat edib.
Hacı Məhəmmədkazım ağanın törəmələri Məlik soyadını daşıyırdılar.
Hacı Məhəmmədkazım ağanın Hacı Hüseyn ağa adlı oğlu vardı.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Ənvər ÇİNGİZOĞLU
Bölməyə aid digər xəbərlər
11-04-2022, 21:25
Mazandaran alimi - Ənvər Çingizoğlu yazır
23-03-2022, 18:55
Rəşid Yasəmi: ədəbiyyatda nəciblik nümunəsi
17-03-2022, 09:49
Vahid Dəstigirdi: Nizaminin tədqiqatçısı
12-03-2022, 22:31
Ənvər ÇİNGİZOĞLU - Səid Nəfisi: Azərbaycan qəhrəmanı Babək Xürrəmdin əsərinin müəllifi
19-10-2021, 09:58
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədəli Füruği: siyasətçi, diplomat, tarixçi, tərcüməçi və millətçi kimi
16-10-2021, 01:06
Ənvər ÇİNGİZOĞLU - Hacıəli xan Rəzmara: Qurban bayramında doğuldu, terror qurbanı oldu
13-09-2021, 16:31
Ənvər ÇİNGİZOĞLU - Şəkinskilərin İran qolu haqqında... - Ənvər Çingizoğlunun araşdırması
10-09-2021, 17:27
Nəcəfqulu xan Sərşar: Qaradağın ağ gün görməmiş şairi
27-08-2021, 16:48
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədqulu xan Alar: inqilabda sərkərdə, işdə sərkar.. - Fotolar
20-08-2021, 13:38
Ənvər ÇİNGİZOĞLU - İsmayıl xan Şəfai: Tehran-43 konfransında şahın tərcüməçisi - Fotolar
16-08-2021, 15:51
Ənvər ÇİNGİZOĞLU - Seyid Məhəmməd Dəbirsiyaqi: tədqiq və tədrisin işığında - Fotolar
24-07-2021, 16:15
Ənvər ÇİNGİZOĞLU - Qaradağ elləri: beloğludan eloğluya qədər - Ənvər Çingizoğlu yazır