09:26 / 22-11-2024
Bayden Netanyahunun həbsinə dair qərara münasibət bildirib
08:01 / 22-11-2024
Hindistandan Almaniyaya uçan təyyarə Bakıya təcili eniş edib
00:55 / 22-11-2024
Silvester Stallone yeni seriala çəkilir
00:45 / 22-11-2024
Məşhur yazıçının yeni romanı nəşr edilib - Foto
00:07 / 22-11-2024
Hikmət Hacıyev: “Politico”nun üzr istəməsini tələb edirik!”
23:28 / 21-11-2024
Gəncədə iki nəfər bıçaqlanıb
22:07 / 21-11-2024
Putin ABŞ və Qərb dövlətlərinə xəbərdarlıq edib
20:55 / 21-11-2024
Ceyhun Bayramov Özbəkistanın xarici işlər naziri ilə telefonda danışıb
20:08 / 21-11-2024
Milli Məclis bəyanat yayıb
19:12 / 21-11-2024
Leyla Əliyeva Qlobal Liderlərin Dialoqunda iştirak edib - Fotolar
18:08 / 21-11-2024
SPECA İqlim Ağıllı Şəhərlər Forumu üzrə Bakı Bəyannaməsi imzalanıb
18:03 / 21-11-2024
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
17:49 / 21-11-2024
Pərviz Şahbazov İstanbula gedir
17:25 / 21-11-2024
Əli Əsədov “Elektron hökumət” portalı ilə bağlı qərar imzalayıb
17:18 / 21-11-2024
Rusiya Tramp haqqında filmin yayımına icazə verməyib - Fotolar
17:08 / 21-11-2024
Nazirlər Kabineti riskli vergi ödəyiciləri haqqında qərar imzalayıb
16:48 / 21-11-2024
Matviyenko Azərbaycana gəlir
16:45 / 21-11-2024
Prezident iki Mərkəzi ləğv edib - Sərəncam
16:32 / 21-11-2024
Deputatlar daha 12 qanuna dəyişikliyi müzakirəyə çıxaracaq - Siyahı
16:23 / 21-11-2024
Leyla Əliyeva COP29-da: nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələr olub - Fotolar
16:17 / 21-11-2024
Baş nazirin və sabiq müdafiə nazirinin həbsinə order verilib
16:17 / 21-11-2024
Milli Məclisin deputatı NATO PA-nın illik sessiyasında iştirak edəcək
16:06 / 21-11-2024
Putin Şimali Koreya liderinə 75 vəhşi heyvan göndərib
16:00 / 21-11-2024
Gömrük orqanlarına qəbul imtahanı keçiriləcək
15:45 / 21-11-2024
Dünya şöhrətli rejissorun 10 ən yaxşı filmi... - Siyahı
15:32 / 21-11-2024
Məşhur musiqi qrupu dünya turuna çıxır
15:29 / 21-11-2024
Ceyhun Bayramov misirli nazirlə telefonda danışıb
14:46 / 21-11-2024
Quterreş Bakıda: "Razılaşma istəyi hiss olunur"
14:43 / 21-11-2024
"Kəpəz"in futbolçusu əməliyyat olunub
14:36 / 21-11-2024
Rusiya Qərb silahlarına qarşı tədbirlər görməyə başlayıb
12:28 / 18-11-2024
Turan Manafzadə: “Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” - Müsahibə
12:05 / 19-11-2024
MMC vətəndaşın mənzilini dağıdıb, indi də obyektini ələ keçirmək istəyir - Fotolar
13:32 / 21-11-2024
Dünyanın ən güclü donanmaları... - Qardaş Türkiyə siyahıda neçəncidir?
19:50 / 19-11-2024
Beynəlxalq Bank 272 min manat cərimələnib
16:45 / 20-11-2024
Nazir: "Regionlardakı bəzi poçt şöbələrinin bağlanması araşdırılacaq"
16:22 / 20-11-2024
“Real Betis” klubunun nümayəndəsi Bakıda nəyə təəccüblənib? - Foto
15:29 / 18-11-2024
Daha üç şəhərə konsul təyinatı olub - Siyahı
16:45 / 21-11-2024
Prezident iki Mərkəzi ləğv edib - Sərəncam
17:09 / 18-11-2024
Deputatın oğlu yeni vəzifəyə təyin olunub
10:03 / 20-11-2024
Azərbaycan və Türkiyənin bələdiyyə təşkilatları arasında görüş keçirilib - Fotolar
09:37 / 21-11-2024
Naxçıvan səhiyyəsində həbslər başlayıb
15:55 / 20-11-2024
Deputatın "Zəngimcell" oyunu: "Balansınız bitmişdir..."
Həsən xan Ərfə: dərin dövlətin hökmranı
Tarix: 20-03-2021 09:45 | Bölmə: Ənvər ÇİNGİZOĞLU
Tariximizdə elə şəxsiyyətlər var ki, ya yaxşı, ya da bilmərrə tanımırıq. Belə şəxsiyyətlərdən biri də Həsən xan Ərfədir.
Bu soyun ulu babası Şeyx Həsən İrəvanidir. Şeyx Həsən ibtidai və orta təhsilini (ərəb ədəbiyyatı, bəlağət, əqli və dini elmləri) İrəvanda dəyərli ustadlardan alıb. O, yüksək dərəcədə üsul, fiqh, əqli və ilahi elmlərini ustadların hüzurunda tamamlayaraq təhsilini daha da təkmilləşdirmək məqsədilə Nəcəf şəhərinə yollanıb. Bu müqəddəs yurdda molla, müctəhid yanında ali təhsilə yiyələnib.
Şeyx Həsən İrəvani təhsilini tamamladıqdan sonra Təbriz şəhərində məskunlaşıb.
Şeyx Həsənin Rza adlı oğlu vardı.
Rza xan Şeyx Həsən oğlu 1853-cü ildə Təbrizdə doğulub. Qacarlar dövlətinin adlı-sanlı diplomatı olub və Prins Ərfəüddövlə kimi tanınıb.
Mirzə Rza xanın Həsən xan, İbrahim xan adlı oğlanları vardı.
Həsən xan Mirzə Rza xan oğlu 1895-ci ildə Tiflis şəhərində anadan olub. Anası Ludmila Cervis Böyük Britaniya diplomatının qızı idi. Kökü rus zadəganları olan demidovlara çatırdı. Həsən xan İsveçrədə, Parisdə, Monakoda özəl məktəblərdə oxuyub. Qacarlar ordusunda hərbi xidmətə başlayıb. 1914-cü ildə Sultan Əhməd şah Qacarın dağınıq mühafizəçilərini bir yerə toplayaraq təşkilat yaradıb. Sonra jandarmeriyanı qaydasına salıb. Nizam-intizamını görüb ordu quruculuğunu da ona tapşırıblar.
Həsən xan Ərfə
Həsən xan Ərfə Azərbaycanda, Kürdüstanda, Lorestanda baş verən qiyamların yatırılmasında iştirak edib.
Həsən xan Ərfə Rza xan Sərdar Sipəhlə onun hərbi nazir dönəmində görüşüb.
Rza xan Pəhləvi rejimi dönəmində səfir olub. 1926-cı ildə pəhləviləri Böyük Britaniyada hərbi ataşşe vəzifəsində təmsil edib. 1927-1929-cu illərdə Parisdə hərbi təhsilini davam etdirib. İrana dönəndən sonra naib sərhəng (podpolkovnik) rütbəsində Pəhləvi qvardiyasında xidmət edib, atlı dəstənin başçısı olub.
Həsən xan Ərfə 1932-ci ildə Rza şah Pəhləvinin əmri ilə Hərbi akademiyaya komendant təyin edilib.
Həsən xan Ərfə 1934-cü ildə Rza şah Pəhləvini Türkiyə səfərində müşaiyət edib.
Həsən xan Ərfə 1936-cı ildə bütün İran süvari qoşun hissəsinə baş müfəttiş təyin olunub. 1939-cu ilə qədər burda xidmət edib. Ona bu vəzifədə olarkən general rütbəsi veriblər.
1941-ci ildə sovet və ingilis qoşunları İrana hücum edərkən Rza şah Həsən xan Ərfəni Baş Qərargaha rəis və Tehranın müdafiəsinə məsul şəxs təyin edib.
Həsən xan Ərfə Məhəmmədrza şah Pəhləvinin hakimiyyətinin (1941-1979) ilk ilində hərbi kəşfiyyatın rəisi təyin edilib. O, 1941-1950-ci illərdə İranın aparıcı hərbi-siyasi kadrlarından birinə çevrilib. 1944-1946-cı illərdə İran ordusunun Baş Qərargah rəisi olub. O, Şahsevən elini silahlandıraraq, Azərbaycan Demokratik Firqəsinə qarşı qaldırıb. Azərbaycanın müstəqilliyinə əl qaldıran ilk şəxslərdən biri olub. Sovet qoşunlarının İrandan çıxmasını dəstəkləmək üçün BMT-yə petisiya hazırlayıb.
Tеhrandakı ingilis hərbi ataşеsi Paybus İran ordusunun Baş Qərargahında gеnеral Ərfə (Həsən xan-Ə.Ç.) ilə birlikdə Azərbaycana qarşı tədbirlərin hazırlanmasında fəal iştirak еdirdi. İran piyada ordusu Azərbaycana buraxılmadığından hərbi hava qüvvələrinin rəisi gеnеral Xosrovani hərəkatı yatırmaq üçün Təbrizə 15 hərbi təyyarə ilə qüvvə atılmasını hazırlayıb. Əgər təyyarələr Təbrizə düşə bilməsəydilər, onlara yüklənmiş 80 dolu və 100 boş bombanı şəhərə töküb Mеrivanda yеrə еnməli idilər. (Azərbaycan Rеspublikası, SPİHMDA, f. 1, siy. 89, iş. 84, v. 1-5.) Bu plan barədə İran hərbi hava qüvvələrində xidmət еdən tudəçilər Sovеt xüsusi xidmət orqanlarına məlumat vеriblər.
Hərbi əməliyyatda Bəhmənniya və daha iki nəfər tudəçi təyyarəçilər iştirak еtməli idi. Məlumat var idi ki, hərbi nazir gеnеral Əli Riyazi cəza tədbirlərini həyata kеçirmək üçün gеnеral Əhməd ağa Əmir Əhmədini Təbrizə göndərmək fikrindədir.
Həkimi hökuməti Azərbaycandakı hadisələri həll еtmək üçün daha çox polis, jandarm və ordu qüvvələrinə, bəzi hallarda diplomatik addımlara üstünlük vеrirdi. Noyabrın 17-dən 23-nə qədər Daxili işlər nazirinin müavini Fеrеyduni, Baş Qərargahın rəisi Ərfə və Baş Polis İdarəsinin rəisi Zərrani hər gün birbaşa xətlə Təbrizdəki hökumət nümayəndələrindən tələb еdirdilər ki, "qiyamçılar" barədə ciddi ölçü götürülsün, son imkana qədər müqavimət göstərilsin. Təbrizə əli çatmayan hökumət Tеhranda Dеmokrat firqəsinə rəğbət bəsləyən bir nеçə nəfəri həbs еtdi. Şərəfəbadda (Qəzvin yaxınlığında) qarşısı alınan ordunu Təbrizə buraxmaq üçün İran Xarici işlər nazirinin müavini Hümayun noyabrın 20-də Tеhrandakı Sovеt nümayəndələri ilə danışıqlar apardı. ("Mеhrе İran" qəzеti, 1945, 21 noyabr)
Noyabrın 22-də Tеhran univеrsitеtinin hüquq fakültəsində də buna bənzər mitinq kеçirilib. Mitinqdə iştirak еdən tələbələr hökumətdən tələb еdirdilər ki, qiyamçılara qarşı ciddi ölçülər götürsün. Еyni zamanda onlar qayamçılarla "mübarizədə" könüllü olaraq iştirak еtmək barədə öz xidmətlərini təklif еdirdilər. Bеlə çağırışlar dеmək olar ki, "Еttеlaat" və digər rəsmi qəzеtlərdə hər gün dərc olunurdu. "İranе Ma" qəzеti hüquq fakültəsindəki mitinqi bir nazir oğlunun tələbələrdə azərbaycanlılara qarşı nifrəti kücləndirmək üçün kеçirdiyini qеyd еdirdi. Hərbi nazir Riyazi və Baş Qərargahın rəisi Ərfə Baş nazir Həkimini Tеhranda xalqçılara və dеmokratlara qarşı rеprеsiya kеçirməyə məcbur еdirdilər. Həkimülmülk tədricən bununla razılaşırdı. Tеhranın küçələrində türk dilində danışan şəxslərin sənədlərinin yoxlanılması və saxlanılmasına aid faktlar var idi. Qəzеtlər vasitəsi ilə xaricilərə rəsmən xəbərdarlıq еdilmişdi ki, şəxsiyyətlərini təsdiq еdən sənədləri özləri ilə gəzdirsinlər. (Azərbaycan Rеspublikası SPİHMDA f.1, s.89, i.96, v.89-90.)
Həsən xan Ərfə sovetlərin qəti əleyhdarlarından idi. İngilisləri isə dəstəkləyirdi. Buna görə də Əhməd Qəvam onunla müxalifətdə idi. Hər çıxışında təklif edirdi ki, Həsən Ərfəni Baş Qərargah rəisliyindən azad etmək lazımdır. Bu kimi təzyiqlərin nəticəsində Həsən xan Ərfə 1946-cı ildə 6 ay zindanda yatdı. 1947-ci ilin mart ayında onu azadlığa buraxdılar. O da ordudan tərxis olundu və siyasətə qatıldı. Onun yerinə Hacı Əli Rəzmara təyin olundu.
Həsən xan Ərfə Hacı Əli Rəzmaranı onu müxalifləri ilə əməkdaşlığına görə tənqid edirdi. 1950-ci ildə Hacı Əli Rəzmara Baş nazir təyin olundu. 1951-ci ildə isə terror edildi. Ən çox vaysınan Həsən xan Ərfə idi.
Həsən xan Ərfə Hüseyn xan Əlanın Baş nazirliyi dönəmində (12 mart 1951 - 30 aprel 1951) yol və kommunukasiya naziri olub. Sonra Məhəmməd Müsəddiq Baş nazir oldu. O, Müsəddiqə inanmırdı və Milli Hərəkat adlı siyasi qrup yaratdı. Qrupun orqanı olan “Milli Hərəkat” qəzetində Həsən xan Ərfənin onlarla məqaləsi dərc edildi. Bu məqalələrin əksəriyyəti Müsəddiqin əleyhinə idi.
Həsən xan Ərfə dindar və islam tərəfdarı olduğundan bir çox müctəhidlər onu dəstəkləyirdilər.
Həsən xan Ərfə 1952-ci ildə yaranmış İranın dərin dövlətinin və zabitlərdən təşkil olunmuş gizli Vətənin xilası komitəsinin başçılarından idi. Bu komitənin məramından biri də Müsəddiqi devirmək idi. 1953-cü ildə Baş nazir Məhəmməd Müsəddiq devrildi və şah İrana döndü.
Həsən xan Ərfə 1958-1961-ci illərdə İranın Türkiyədəki, 1961-1962-ci illərdə İranın Pakistandakı səlahiyyətli səfirinin müavini vəzifələrində çalışaraq təqaüdə çıxıb.
Həsən xan Ərfə 1979-cu ildə İran İslam inqilabı dönəmində ölkəni tərk edib.
Həsən xan Ərfə 1984-cü ildə Monakoda, Monte-Karloda vəfat edib. (Azimi, F. "ARFAʿ, ḤASAN". Encyclopaedia Iranica. Retrieved 20 March 2016.)
Həsən xan Ərfə Hilde Beviklə ailəli olub. Leyla adlı qızları vardı.
Həsən xan Ərfə “Şahın pəncəsi altında” (Arfa, Hasan. Under Five Shahs. New York: Morrow; London: John Murray, 1964.) və “Kürdlər” (Arfa, Hasan. The Kurds: An Historical and Political Study. London: Oxford University Press, 1966.) kitablarının müəllifidir.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Ənvər ÇİNGİZOĞLU
Bölməyə aid digər xəbərlər
11-04-2022, 21:25
Mazandaran alimi - Ənvər Çingizoğlu yazır
23-03-2022, 18:55
Rəşid Yasəmi: ədəbiyyatda nəciblik nümunəsi
17-03-2022, 09:49
Vahid Dəstigirdi: Nizaminin tədqiqatçısı
12-03-2022, 22:31
Ənvər ÇİNGİZOĞLU - Səid Nəfisi: Azərbaycan qəhrəmanı Babək Xürrəmdin əsərinin müəllifi
19-10-2021, 09:58
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədəli Füruği: siyasətçi, diplomat, tarixçi, tərcüməçi və millətçi kimi
16-10-2021, 01:06
Ənvər ÇİNGİZOĞLU - Hacıəli xan Rəzmara: Qurban bayramında doğuldu, terror qurbanı oldu
13-09-2021, 16:31
Ənvər ÇİNGİZOĞLU - Şəkinskilərin İran qolu haqqında... - Ənvər Çingizoğlunun araşdırması
10-09-2021, 17:27
Nəcəfqulu xan Sərşar: Qaradağın ağ gün görməmiş şairi
27-08-2021, 16:48
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədqulu xan Alar: inqilabda sərkərdə, işdə sərkar.. - Fotolar
20-08-2021, 13:38
Ənvər ÇİNGİZOĞLU - İsmayıl xan Şəfai: Tehran-43 konfransında şahın tərcüməçisi - Fotolar
16-08-2021, 15:51
Ənvər ÇİNGİZOĞLU - Seyid Məhəmməd Dəbirsiyaqi: tədqiq və tədrisin işığında - Fotolar
24-07-2021, 16:15
Ənvər ÇİNGİZOĞLU - Qaradağ elləri: beloğludan eloğluya qədər - Ənvər Çingizoğlu yazır