00:02 / 17-10-2025
Bu gün Füzulinin işğaldan azad olunmasından beş il ötür
22:40 / 16-10-2025
Mehriban Əliyeva Vatikanda - Fotolar (Yenilənib)
22:06 / 16-10-2025
Abid Şərifov insult keçirib, vəziyyəti ağırdır
21:46 / 16-10-2025
Trampla Putin Budapeştdə üz-üzə görüşəcək
20:20 / 16-10-2025
Ermənilər Bakıda hakim qarşısına çıxarılıblar
19:43 / 16-10-2025
Döyüş robotu müharibəyə hazırdır
18:48 / 16-10-2025
Yeni tikinti matrealı satışa çıxarılıb - Foto
18:01 / 16-10-2025
Fərhad Əhmədov məhkəmədə: "İnandırmışdılar ki, yaxtanı azad edəcəklər"
17:56 / 16-10-2025
Ramiz Mehdiyevin planının üstü necə açılıb? - Şok detallar
17:09 / 16-10-2025
Daha bir vəzifəli şəxs saxlanılıb - Foto
16:56 / 16-10-2025
Müdafiə Nazirliyi paradla bağlı məlumat yayıb
16:31 / 16-10-2025
Azərbaycan prezidenti Fransa səfirinin etimadnaməsini qəbul edib - Fotolar
16:25 / 16-10-2025
Füzulidəki qəzada dörd nəfər xəsarət alıb
15:57 / 16-10-2025
Çin demoqrafik böhranı texnoloji üstünlüklə həll edir - Foto
15:43 / 16-10-2025
Keçmiş diplomata hökm oxunub
15:17 / 16-10-2025
Avropanın müharibəyə hazırlaşmaq üçün beş il vaxtı var
15:02 / 16-10-2025
Xalq artisti II Fəxri xiyabanda dəfn olunub
14:56 / 16-10-2025
Məhkəmə hakiminin fəaliyyətinə xitam verilib - Foto
14:10 / 16-10-2025
“Ramiz Mehdiyev anti-milli ünsürdür” - DQC sədri
13:44 / 16-10-2025
Ticarət müharibəsi dolları ucuzlaşdırır
13:23 / 16-10-2025
Daha bir səfirin etimadnaməsi təqdim olunub - Fotolar
13:13 / 16-10-2025
Tramp: Hindistan Rusiyadan neft almayacaq
13:05 / 16-10-2025
Təndir çörəyinin ətri - Etibar Cəbrayıloğlu yazır
12:54 / 16-10-2025
Qazaxıstan Çindən Rusiyaya gedən minlərlə yük maşınını sərhəddə saxlayıb
12:38 / 16-10-2025
Sabah yağış yağacaq - Proqnoz
12:29 / 16-10-2025
"QHT işi" üzrə həbs olunan şəxsin məhkəməsi başlayır
12:29 / 16-10-2025
Prezident yeni səfirin etimadnaməsini qəbul edib - Foto
12:23 / 16-10-2025
İlham Əliyev BMT nümayəndəsini qəbul edib - Fotolar
12:12 / 16-10-2025
Ukraynaya yenidən hücum olub, dağıntılar var
12:02 / 16-10-2025
Rusiya təcavüzün ikinci mərhələsinə hazırlaşır
18:07 / 12-10-2025

09:00 / 12-10-2025

09:24 / 12-10-2025

10:19 / 12-10-2025

09:07 / 12-10-2025

17:37 / 15-10-2025

12:30 / 13-10-2025

10:12 / 13-10-2025

12:32 / 13-10-2025

22:14 / 14-10-2025

08:06 / 13-10-2025

13:38 / 13-10-2025

İran çayının atası - Ənvər Çingizoğlu yazır
Tarix: 24-03-2021 09:40 | Bölmə: Ənvər ÇİNGİZOĞLU

İranda çay bitkisi ilk dəfə XIX əsrin sonlarında əkilib, çayın elmi əsaslarla becərilməsinə Hacı Məhəmməd mirzə Qacarın təşəbbüsü ilə başlanılıb. Onu “İran çayının atası” adlandırırlar.
Hacı Məhəmməd mirzə Qacar elinin Qovanlı (Qoyunlu da deyilir) oymağına məxsus Zilli ailəsindən çıxıb. Atası Əsədulla mirzə Seyfülmülk mirzənin oğlu, Əlixan mirzənin nəvəsi, Fətəli şahın nəticəsi idi.
Məhəmməd mirzə Əsədulla mirzə oğlu 1862-ci ildə Türbəti-Heydəriyyə şəhərində dоğulub. Mükəmməl saray təhsili alaraq, fars və ərəb dillərinin sərf və nəhyini öyrənib. Sonra Darülfünunda ali təhsilə yiyələnib. Daha sonralar Avropada, Fransada Sarbonna Universitetində oxuyub. Fransız dilini gözəl bilirdi.
Məhəmməd mirzə “Kaşif” adlı əsər yazıb. Kaşifüssəltənə ləqəbini daşıyırdı.
Məhəmməd mirzə Kaşifüssəltənə 16 yaşında ikən Xarici İşlər Vəzarətinə işə düzəlib. Xarici işlər vəziri Mirzə Nəsrulla xanın yanında kiçik katib kimi çalışıb. İki il sərasər dəftərxanada yazı-pozu işlərini öyrənib.

Məhəmməd mirzə Kaşifüssəltənə 1881-ci ildə Qacarlar dövlətinin Parisdəki səfarətində katib işləyib.
Məhəmməd mirzə Kaşifüssəltənə Nasirəddin şah Qacarın sarayında tərcüməçi kimi xidmət edib. Şahın özəl həkimi Fevriyyənin mütərcimi olub.
Məhəmməd mirzə Kaşifüssəltənə sonralar İstanbulda ticarət işləri ilə ilgilənib. Orda xalça evi açıb.
Məhəmməd mirzə Kaşifüssəltənə Framason təşkilatının üzvü idi.
Məhəmməd mirzə Kaşifüssəltənə 1896-cı ildə Hindistanın Bоmbеy şəhərində kоnsul vəzifəsində çalışıb.
Məhəmməd mirzə Kaşifüssəltənə Hindistanda xidmət edərkən orada çayın becərilməsini, texnologiyasını, istehsalını öyrənib. Sonra çay kоlları gətirib, Gilanda və Mazandaranda əkdirib. O, bundan sonra İranda “Çaykar” kimi tanınıb. (Ṯorayya Kaẓemi, Ḥacı Məḥəmməd mirzə Kaşef-əs-Səlṭənə “Çaykar,” pedər-e çay-e İran, Tehran, 1993, s.173-175) O, çaydan başqa İrana bir çox ədviyyələrin toxumunu da gətirib. 1902-ci ildə iki rus mütəxəssisi dəvət edərək, əhaliyə çayçılığı öyrədib.
Gilandakı çayçılıq tezliklə öz bəhrəsini verib. (Məhəmmədhüseyn Füruği, red., Tarbiat, təshih. ʿƏbdülhüseyn Nəvai, II, Tehran, 1997, s. 1315; Willem Floor, Agriculture in Qajar Iran, Washington, D.C., 2003, p. 478)
Məhəmməd mirzə Kaşifüssəltənə Məşrutə hərəkatının tərəfdarlarından idi. Onu yenidən Parisə göndərdilər. 1907-ci ilədək burda xidmət etdi. (Ṯorayya Kaẓemi, Ḥacı Məḥəmməd mirzə Kaşef-əs-Səlṭənə “Çaykar,” pedər-e çay-e İran, Tehran, 1993, s.58-62)
Məhəmməd mirzə Kaşifüssəltənə Fransadan vətənə dönəndən sonra Tehran şəhərinə bələdiyyə sədri təyin edilib. Şəhərdə apardığı islahatlar yuxarıdakıların xoşuna gəlmədi. Bir il sonra onu işdən çıxardılar. Bu islahat fikirlərinin bəziləri həmin dövrdə müəllifi olduğu “Ketabça-ye qanun-e bələdiyə” adlı kiçik bir kitabda yer alıb. (Ḥacı Məḥəmməd mirzə Kaşifüssəltənə, Ketabça-ye qanun-e bələdiyə, Tehran, 1907., s. 1-22; Kazemi, s. 62, 84).
Məhəmməd mirzə Kaşifüssəltənə 1909-cu ildə Mirzə Cavad xan Sədəddövlənin Baş nazirliyi dönəmində Qacarlar dövlətinin Xarici işlər naziri olub. Sonra Xarici İşlər Vəzarətinin nəzdində olan məhkəmələrə rəhbərlik edib.
Məhəmməd mirzə Kaşifüssəltənə sonra yenidən Hindistana göndərilib, orda Qacarlar dövlətini təmsil edib.
Məhəmməd mirzə Kaşifüssəltənə 1911-ci ildən sonra uzun müddətli səfərə çıxıb. Məkkədə, Berlində olub.
Məhəmməd mirzə Kaşifüssəltənə müqəddəs Məkkəyi-müəzzəmi ziyarət edib.
Rza xan Sərdar Sipəhin birinci çevrilişindən sonra Məhəmməd mirzə Kaşifüssəltənə siyasətdən uzaqlaşıb, təsərrüfatla məşğul olub. (Floor, p. 69) Əyalətdə yaradıcılıqla da ilgilənirdi. Vaxtaşırı “Məcəllə-ye ḥəyat o məmət” dərgisini buraxırdı. 1922-ci ildən İran Milli Məclisi onun dərgisini nəşr etdirirdi.

Məhəmməd mirzə Kaşifüssəltənə 1926-cı ildə yenidən Hindistana, Çinə yollanaraq çayçılıqla dərindən maraqlanıb. Oradan İrana yeni növlər və 4 çinli mütəxəssis gətirib.
Məhəmməd mirzə Kaşifüssəltənə çayçılıqla bağlı kitab nəşr etdirib.
Hacı Məhəmməd mirzə Kaşifüssəltənə fevral 1929-cu ildə Şiraz və Buşehr arasındakı yolda avtomobil qəzasında vəfat edib. Lahican şəhərində dəfn edilib. Şəhərin mərkəzində məqbərəsi var.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Ənvər ÇİNGİZOĞLU
Bölməyə aid digər xəbərlər
11-04-2022, 21:25
Mazandaran alimi - Ənvər Çingizoğlu yazır
23-03-2022, 18:55
Rəşid Yasəmi: ədəbiyyatda nəciblik nümunəsi
17-03-2022, 09:49
Vahid Dəstigirdi: Nizaminin tədqiqatçısı
12-03-2022, 22:31
Ənvər ÇİNGİZOĞLU - Səid Nəfisi: Azərbaycan qəhrəmanı Babək Xürrəmdin əsərinin müəllifi
19-10-2021, 09:58
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədəli Füruği: siyasətçi, diplomat, tarixçi, tərcüməçi və millətçi kimi
16-10-2021, 01:06
Ənvər ÇİNGİZOĞLU - Hacıəli xan Rəzmara: Qurban bayramında doğuldu, terror qurbanı oldu
13-09-2021, 16:31
Ənvər ÇİNGİZOĞLU - Şəkinskilərin İran qolu haqqında... - Ənvər Çingizoğlunun araşdırması
10-09-2021, 17:27
Nəcəfqulu xan Sərşar: Qaradağın ağ gün görməmiş şairi
27-08-2021, 16:48
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədqulu xan Alar: inqilabda sərkərdə, işdə sərkar.. - Fotolar
20-08-2021, 13:38
Ənvər ÇİNGİZOĞLU - İsmayıl xan Şəfai: Tehran-43 konfransında şahın tərcüməçisi - Fotolar
16-08-2021, 15:51
Ənvər ÇİNGİZOĞLU - Seyid Məhəmməd Dəbirsiyaqi: tədqiq və tədrisin işığında - Fotolar
24-07-2021, 16:15
Ənvər ÇİNGİZOĞLU - Qaradağ elləri: beloğludan eloğluya qədər - Ənvər Çingizoğlu yazır