00:06 / 21-08-2025
Şəmkirdə 20 nəfər dönərdən zəhərlənib
23:38 / 20-08-2025
Tovuzda bir ailənin beş üzvü qidadan zəhərlənib
22:37 / 20-08-2025
Qazaxda 5 ay əvvəl törədilmiş qətlin üstü açılıb
18:57 / 20-08-2025
Bakıda 31 yaşlı kişi öldürülüb
18:40 / 20-08-2025
Şavkat Mirziyoyev İlham Əliyevə məktub göndərib
18:00 / 20-08-2025
QSC-nin Müşahidə Şurasının tərkibi dəyişib
17:55 / 20-08-2025
Şikayətçi: “Rəqsanə və əri ilə şəxsən görüşüb pulları vermişəm”
17:49 / 20-08-2025
Papuaşvili: Aİ Gürcüstandan Rusiya ilə qarşıdurma tələb etməməlidir
17:36 / 20-08-2025
Putin-Zelenski görüşünə şübhələr artır
17:32 / 20-08-2025
Növbəti iki gündə külək güclənəcək - Xəbərdarlıq
17:28 / 20-08-2025
İlham Əliyev və birinci xanım “Hacıkənd”in tikintisi ilə tanış olublar - (Yenilənib) - Fotolar
17:18 / 20-08-2025
Adəm Məmmədovun vəkillik fəaliyyətinə xitam verilib
17:10 / 20-08-2025
Prezident və birinci xanım Gəncəyə gediblər - (Yenilənib) - Fotolar
17:09 / 20-08-2025
Biləsuvarda gənc bacısının qayınatasını bıçaqlayıb
17:00 / 20-08-2025
Ruslar Ukraynanı “İsgəndər” raketləri ilə vurub
16:24 / 20-08-2025
Çin ilk litoqrafiya qurğusunu yaradıb - Fotolar
16:09 / 20-08-2025
Saakaşvili: Bu, Rusiyanın ən böyük məğlubiyyətidir
16:01 / 20-08-2025
ABŞ-da immiqrantlarla bağlı tələblər sərtləşdirilir - Foto
16:01 / 20-08-2025
Ağdərədə yanğın olub
15:42 / 20-08-2025
Bakıda 60 yaşlı kişi öldürülüb - Yenilənib
15:27 / 20-08-2025
Azərbaycan-Avropa İttifaqı münasibətləri müzakirə olunub
15:09 / 20-08-2025
Şair Məmməd İsmayıl Tovuzda dəfn olunub
14:57 / 20-08-2025
Kamran Əliyev iki rayona prokuror təyin edib
14:46 / 20-08-2025
Rusiyanın nüvə alimi Monqolustanda saxlanılıb
14:38 / 20-08-2025
Bakıda qeyri-etik reklam mətni olan elektron lövhə yığışdırılıb
14:32 / 20-08-2025
ABŞ silahlarını Ukraynaya 10 faiz baha satırlar
14:15 / 20-08-2025
Rusiyadan Britaniyaya gizli yolla taxta daşıyırlar
14:02 / 20-08-2025
Dərələyəzli Molla İmranın kitabları yüz ildir qorunur - Foto
13:27 / 20-08-2025
Azərbaycan hindistanlı kriminal avtoriteti ölkəsinə ekstradisiya edəcək
13:26 / 20-08-2025
Professor: Avropa lider böhranı ilə üzləşib - Fotolar
03:20 / 16-08-2025

21:45 / 18-08-2025

17:57 / 18-08-2025

20:53 / 16-08-2025

19:18 / 18-08-2025

08:20 / 16-08-2025

17:10 / 20-08-2025

12:48 / 16-08-2025

07:52 / 19-08-2025

21:22 / 17-08-2025

07:47 / 18-08-2025

10:41 / 18-08-2025

Mühəndislikdən müdrik vəzirliyə - Ənvər Çingizoğlu yazır
Tarix: 19-04-2021 09:57 | Bölmə: Ənvər ÇİNGİZOĞLU

Tarix boyu bir çox siyasət adamları hakimiyyətə can atıb və çox hallarda da buna nail olublar. Bu şəxslərin siyasi fəaliyyətində ağır anlar, gərgin məqamlar çox olsa da, onlar sonda istəklərinə çatıblar. Mühəndislikdən Baş nazir postuna qədər ucalmış bir şəxsdən söhbət açacağıq. Mirzə Cəfər xan Müşirəddövlədən.
Mirzə Cəfər xan sadat soyundandır. Hüseyni seyidlərindəndir. Uluları Fərahan şəhərinin nəcib şəxsiyyətləridəndir. Atası Mirzə Məhəmmədtağı vəzir Təbrizdə Mirzə Bozorg Qaemməqamın yanında çalışıb.
Mirzə Cəfər хаn Mirzə Məhəmmədtağı oğlu Təbriz şəhərində anadan olub. İbtidai təhsilini məhəllə mollaxanasında, orta təhsilini mədrəsədə alıb. 1815-ci ildə Abbas mirzə Qovanlı-Qacarın Avropaya oxumağa göndərdiyi tələbələrdən biri idi. O, İngiltərədə universitetdə oxuyub. Mühəndislik fakültəsini bitirib. Qacarlar dövlətində “Mühəndisbaşı” kimi tanınıb. Müşirüddövlə ləqəbi ilə təltif edilib.
Mirzə Cəfər хаn 1818-ci ildə Lоndоndа frаmаsоn lоjunа cəlb еdilən iranlı tələbələrdən biri idi. İranın ilk masonlarından sayılır.
Mirzə Cəfər хаnın səyi ilə Qacarlar ordusunun elmi əsaslarla formalaşması, döyüş qabiliyyətinin yüksəldilməsi, torpaqların müdafiə olunması üçün genişmiqyaslı tədbirlər həyata keçirilib.
Mirzə Cəfər xan Müşirəddövlə 1838-ci ildə Məhəmməd şah Qacarın fərmanı ilə Osmanlı dövlətinə, İstanbul səfiri təyin edilib.

Mirzə Cəfər xan
Mirzə Cəfər xan Müşirəddövlə Osmanlı-İran sınır-sərhəd anlaşmazlığının aradan qaldırılması üçün 1847-ci ildə Ərzurumda toplanan uluslararası bir komisiyada Qacarlar dövlətinin təmsilçisi olub. Araşdırmamıza görə, Mirzə Cəfər xan Təbrizdə xəstələnib, əvəzinə Mirzə Tağı xan tədbirdə iştirak edib. Sağalandan sonra missiyasına davam etdirib. (Rzaqulu xan Hidayət, Tarix-i Rövsətüs-Səfa-yi Naseri, Təshih Cəmşid Kianfər, Tehran, 1380, c. X, s. 8324)
Ərzurum komissiyasına aid bir çox qaynaqlara baş vurduq. Axtarış zamanı bir kitaba rast olduq: Mirzə Möhbəli xan Nazımülmülk Mərəndi-yi Yekanlı (Mirzə Möhbəli xan Nazımülmülk Mərəndi-yi Yekanlu, Hazırlayan Nəsrullah Salihi, İntişarat-i Tahuri, 1396/2017, 276 səh). Bu əsər Dərviş paşa və Xurşid paşa ilə eyni komissiyada Qacar dövlətinin təmsilçisi olaraq yer alan Möhbəli xan Nazımülmülk Mərəndi Yekanlının, Dərviş paşa və Xurşid paşaların layihələrinə cəvabən yazmış olduğu mətnlərdən ibarətdir. Mətnləri nəşrə hazırlayan tarixçi Nəsrullah Salihi, Osmanlı tarixi haqqında bir çox araşdırmaya və tərcüməyə imza atan önəmli bir alimdir. Nəsrullah Salihi daha öncə də Türkiyə-İran arasındakı təhdid-i hüdud məsələsinə dair yazılan layihə və risalələri toplu halda nəşr etdirib. Kitabı nəşrə hazırlayan Nəsrullah Salihi tərəfindən qələmə alınan bir müqəddimə ilə başlayır. Müqəddimədə ilk olaraq Osmanlı ilə Qacar dövlətləri arasında imzalanan Ərzurum andlaşmasıyla qurulan və hər iki dövlətlə bərabər müşahidəçi dövlət ünvanıyla qatılan Fransa və Rusiya ilə birlikdə dörd ölkə təmsilçisinin olduğu komissiyadan bəhs edilir. Komissiyada Osmanlı adına Dərviş Paşa, İran adına Mirzə Cəfər xan Müşirüddövlə, Rusiya və İngiltərə adına isə polkovnik E. İ. Çirikov və polkovnik Villiams yer alıb. Komissiya hələ çalışmasına başlamadan Qotur və Mühəmmərə kimi bölgələr görə dartışmalar, mübahisələr meydana gəlib. Bilaxarə İngiltərə və Rusiyanın da təhriki ilə başlayan sərhəd-sınır dəqiqləşdirmə çalışması, noyabr 1851-ci il tarixində sona çatmış, ancaq dartışmalarda əsasən Qoturun durumu həll olmadığı üçün bir nəticə alınmayıb.
Mirzə Cəfər xan Müşirəddövlə sоnrаlаr Lоndоndа səfir olub.
Mirzə Cəfər xan Müşirəddövlə Məşhəddə ostani Qüdsi-Rəzəvinin mütəvəllisi vəzifəsini icra edib.
Görkəmli siyasi və dövlət xadimi Mirzə Cəfər xan 1860-cı ildə, Nasirəddin şah Qovanlı-Qacarın hakimiyyəti dövründə Muşirüddövlə ləqəbi ilə dövlət Şurаsının sədri оlub.
Mirzə Cəfər xan Müşirəddövlə “Risaleye-təhqiqate sərhədiyye”, Tehran, 1348/1969 (Sərhəd təhqiqlərinin oçerki) və “Kitabe-xülasətülhesab” kitablarının müəllifidir. Onun ərəb dilindən tərcümə etdiyi “Xülasətüləxbar” adlı kitabı da var. (Con Malkolm, Tarix-i İran I (tərc. Mirzə İsmail Heyrət),Tehran, 1382, s.275)
Mirzə Cəfər xan Müşirəddövlə 1862-ci ildə Tehran şəhərində vəfat edib.
Mirzə Cəfər xan Müşirəddövlənin törəmələri Müşiri soyadını daşıyırlar.
Mirzə Cəfər xan Müşirəddövlənin Sadıq xan, Yusif xan adlı oğlanları vardı.
Xalqlarının taleyində mühüm rol oynamış şəxsiyyətlər bir qayda olaraq tarixin gedişinə təsir göstərirlər. Onlardan biri də Mirzə Cəfər xan Müşirəddövlədir. Onun həyata keçirdiyi müdrik siyasi tədbirlər sayəsində Qacarlar dövləti tərəqqi və inkişafa nail olub. Görkəmli dövlət xadimi çox yaxşı bilirdi ki, insanların fərdi qaydada mənafelərini nəzərə almadan ümumi topluma aid maraqları həyata keçirmək mümkün deyildir. Bu da onun müdrik, ədalətli və insanpərvər şəxs olmasını bir daha təsdiqləyir.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Ənvər ÇİNGİZOĞLU
Bölməyə aid digər xəbərlər
11-04-2022, 21:25
Mazandaran alimi - Ənvər Çingizoğlu yazır
23-03-2022, 18:55
Rəşid Yasəmi: ədəbiyyatda nəciblik nümunəsi
17-03-2022, 09:49
Vahid Dəstigirdi: Nizaminin tədqiqatçısı
12-03-2022, 22:31
Ənvər ÇİNGİZOĞLU - Səid Nəfisi: Azərbaycan qəhrəmanı Babək Xürrəmdin əsərinin müəllifi
19-10-2021, 09:58
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədəli Füruği: siyasətçi, diplomat, tarixçi, tərcüməçi və millətçi kimi
16-10-2021, 01:06
Ənvər ÇİNGİZOĞLU - Hacıəli xan Rəzmara: Qurban bayramında doğuldu, terror qurbanı oldu
13-09-2021, 16:31
Ənvər ÇİNGİZOĞLU - Şəkinskilərin İran qolu haqqında... - Ənvər Çingizoğlunun araşdırması
10-09-2021, 17:27
Nəcəfqulu xan Sərşar: Qaradağın ağ gün görməmiş şairi
27-08-2021, 16:48
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədqulu xan Alar: inqilabda sərkərdə, işdə sərkar.. - Fotolar
20-08-2021, 13:38
Ənvər ÇİNGİZOĞLU - İsmayıl xan Şəfai: Tehran-43 konfransında şahın tərcüməçisi - Fotolar
16-08-2021, 15:51
Ənvər ÇİNGİZOĞLU - Seyid Məhəmməd Dəbirsiyaqi: tədqiq və tədrisin işığında - Fotolar
24-07-2021, 16:15
Ənvər ÇİNGİZOĞLU - Qaradağ elləri: beloğludan eloğluya qədər - Ənvər Çingizoğlu yazır