00:02 / 17-10-2025
Bu gün Füzulinin işğaldan azad olunmasından beş il ötür
22:40 / 16-10-2025
Mehriban Əliyeva Vatikanda - Fotolar (Yenilənib)
22:06 / 16-10-2025
Abid Şərifov insult keçirib, vəziyyəti ağırdır
21:46 / 16-10-2025
Trampla Putin Budapeştdə üz-üzə görüşəcək
20:20 / 16-10-2025
Ermənilər Bakıda hakim qarşısına çıxarılıblar
19:43 / 16-10-2025
Döyüş robotu müharibəyə hazırdır
18:48 / 16-10-2025
Yeni tikinti matrealı satışa çıxarılıb - Foto
18:01 / 16-10-2025
Fərhad Əhmədov məhkəmədə: "İnandırmışdılar ki, yaxtanı azad edəcəklər"
17:56 / 16-10-2025
Ramiz Mehdiyevin planının üstü necə açılıb? - Şok detallar
17:09 / 16-10-2025
Daha bir vəzifəli şəxs saxlanılıb - Foto
16:56 / 16-10-2025
Müdafiə Nazirliyi paradla bağlı məlumat yayıb
16:31 / 16-10-2025
Azərbaycan prezidenti Fransa səfirinin etimadnaməsini qəbul edib - Fotolar
16:25 / 16-10-2025
Füzulidəki qəzada dörd nəfər xəsarət alıb
15:57 / 16-10-2025
Çin demoqrafik böhranı texnoloji üstünlüklə həll edir - Foto
15:43 / 16-10-2025
Keçmiş diplomata hökm oxunub
15:17 / 16-10-2025
Avropanın müharibəyə hazırlaşmaq üçün beş il vaxtı var
15:02 / 16-10-2025
Xalq artisti II Fəxri xiyabanda dəfn olunub
14:56 / 16-10-2025
Məhkəmə hakiminin fəaliyyətinə xitam verilib - Foto
14:10 / 16-10-2025
“Ramiz Mehdiyev anti-milli ünsürdür” - DQC sədri
13:44 / 16-10-2025
Ticarət müharibəsi dolları ucuzlaşdırır
13:23 / 16-10-2025
Daha bir səfirin etimadnaməsi təqdim olunub - Fotolar
13:13 / 16-10-2025
Tramp: Hindistan Rusiyadan neft almayacaq
13:05 / 16-10-2025
Təndir çörəyinin ətri - Etibar Cəbrayıloğlu yazır
12:54 / 16-10-2025
Qazaxıstan Çindən Rusiyaya gedən minlərlə yük maşınını sərhəddə saxlayıb
12:38 / 16-10-2025
Sabah yağış yağacaq - Proqnoz
12:29 / 16-10-2025
"QHT işi" üzrə həbs olunan şəxsin məhkəməsi başlayır
12:29 / 16-10-2025
Prezident yeni səfirin etimadnaməsini qəbul edib - Foto
12:23 / 16-10-2025
İlham Əliyev BMT nümayəndəsini qəbul edib - Fotolar
12:12 / 16-10-2025
Ukraynaya yenidən hücum olub, dağıntılar var
12:02 / 16-10-2025
Rusiya təcavüzün ikinci mərhələsinə hazırlaşır
18:07 / 12-10-2025

09:00 / 12-10-2025

09:24 / 12-10-2025

10:19 / 12-10-2025

09:07 / 12-10-2025

17:37 / 15-10-2025

12:30 / 13-10-2025

10:12 / 13-10-2025

12:32 / 13-10-2025

22:14 / 14-10-2025

08:06 / 13-10-2025

13:38 / 13-10-2025

İsmayıl xan Əmir Fəzli: fəzilətli sərkərdə - Fotolar
Tarix: 20-04-2021 18:54 | Bölmə: Ənvər ÇİNGİZOĞLU

İran Kazak briqadasının onlarla görkəmli hərbi xadimləri arasında seçilən şəxslərdən biri də İsmayıl xan Əmir Fəzlidir.
İsmayıl xan 1874-cü ildə Tehran şəhərində anadan olub. Əslən İrəvanlıdar. İbtidai təhsilini mollaxanada alıb. Orta təhsilini İrəvan şəhərində, rus dilində alıb.
İsmayıl xan İran Kazak briqadasında xidmət edib. Bir çox hərbi əməliyyatlara qatılıb.
İsmayıl xan Əmir Fəzli 1907-ci ildə sultan (kapitan) rütbəsində idi.

İsmayıl xan Əmir Fəzli İran Kazak diviziyasının Təbriz dəstəsinin (otryadının) komandiri olub.
İsmayıl xan Əmir Fəzli Rza xanın hökumət çevrilişini dəstəkləyib. 1920-ci ildən sonra, hərbi nazir olan Rza xan Sərdar Sipəhdən sərtib rütbəsi alıb.
İsmayıl xan Əmir Fəzli 1921-ci ildə yeni ordunun təşkilində əmirləşkər (general-mayor) rütbəsinə layiq görülüb. 1922-ci ilə qədər Qacarlar ordusunun qərargah rəisi vəzifəsini icra edib.
İsmayıl xan Əmir Fəzli 1922-ci ildə Azərbaycan (Şimali-Qərb) diviziyasının komandanı olub. Qərargah Təbrizdə yerləşirdi. Qərargah rəisi sərhəng (polkovnik) Məhəmmədhüseyn mirzə Firuz idi. Diviziya Təbriz, Maku, Astara, Ərdəbil, Xəmsə bölgələrini əhatə edirdi. Birləşmənin tərkibi 211 zabitdən, 3799 əsgər və 1045 baş minik vasitəsindən ibarət idi.

Həmin dönəmdə ostandarlıq vəzifəsi də İsmayıl xan Əmir Fəzliyə etibar edilib. Qiyamçı İsmayıl ağa Simitqo Azərbaycan kəndlərinə basqın edəndə, əhalinin müdafiəsini təşkil edib.
İsmayıl xan Əmir Fəzli 1922-ci ildə mayor Əbülqasim Lahutinin qiyamının yatırılmasında iştirak edib. Sonra ordunu Əmənulla mirzə Cahanbaniyə təhvil verərək Tehrana yollanıb. Mərkəzi ordunun idarə şurasının üzvü olub. O, burda xidmət edərkən yeni ordu yaratmağa nail olub, ölkənin ərazi bütövlüyünün qorunmasında, hərbi təhlükəsizliyin təminində mühüm rol oynayıb.
İsmayıl xan Əmir Fəzli 1936-cı ildə Baş nazir Mahmud Cəmin kabinəsində, Əmir Müvəssəq Məhəmməd xan Naxçıvanskinin yerinə hərbi nazir təyin edilib. O, hərbi nazir olarkən orduda hərbi texnika, hərbi geyim və ərzaqla təmin edilməsi, hərbi sənaye kompleksinin yaradılması istiqamətində qətiyyətli addımlar atıb.
İsmayıl xan Əmir Fəzli 1937-ci ildə Xuzistan əyalətinin ostandarı vəzifəsində çalışıb.

İsmayıl xan Əmir Fəzli fəaliyyəti müddətində cəsur hərbçi və məharətli sərkərdə kimi tanınıb, öz xidmətlərinə görə yüksək mükafatlar qazanıb. O, İran dövlətinin bir çox orden və medalları ilə təltif edilib.
İsmayıl xan Əmir Fəzli 1952-ci ildə Tehran şəhərində vəfat edib.
İsmayıl xan Məsumə xanım Əziz Sultanla ailəli olub. Pouri xanım (27 yanvar, 1926 – 16 aprel, 2013) adlı qızı vardı.

İsmayıl xan Əmir Fəzlinin başqa həmkarlarından önəmli bir fərqi də onun böyük xeyriyyəçi olmasında idi. O, uzun illər ərzində ictimai həyatdakı fəallığı ilə xalqın sevimlisinə çevrilib, hərbi tapşırıqları əsl vətənpərvər təəssübkeşliyi ilə yerinə yetirib, öz yaradıcılığına tamamilə yeni rakursdan yanaşaraq hərb elmində yeni səhifələr açıb. O, tutduğu vəzifədən asılı olmayaraq, üzərinə düşən bütün vəzifələri yüksək peşəkarlıqla, layiqincə yerinə yetirərək göstərilən etimadı daima doğruldub, dövlətin və şahənşahın etibarını qazanıb.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Ənvər ÇİNGİZOĞLU
Bölməyə aid digər xəbərlər
11-04-2022, 21:25
Mazandaran alimi - Ənvər Çingizoğlu yazır
23-03-2022, 18:55
Rəşid Yasəmi: ədəbiyyatda nəciblik nümunəsi
17-03-2022, 09:49
Vahid Dəstigirdi: Nizaminin tədqiqatçısı
12-03-2022, 22:31
Ənvər ÇİNGİZOĞLU - Səid Nəfisi: Azərbaycan qəhrəmanı Babək Xürrəmdin əsərinin müəllifi
19-10-2021, 09:58
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədəli Füruği: siyasətçi, diplomat, tarixçi, tərcüməçi və millətçi kimi
16-10-2021, 01:06
Ənvər ÇİNGİZOĞLU - Hacıəli xan Rəzmara: Qurban bayramında doğuldu, terror qurbanı oldu
13-09-2021, 16:31
Ənvər ÇİNGİZOĞLU - Şəkinskilərin İran qolu haqqında... - Ənvər Çingizoğlunun araşdırması
10-09-2021, 17:27
Nəcəfqulu xan Sərşar: Qaradağın ağ gün görməmiş şairi
27-08-2021, 16:48
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədqulu xan Alar: inqilabda sərkərdə, işdə sərkar.. - Fotolar
20-08-2021, 13:38
Ənvər ÇİNGİZOĞLU - İsmayıl xan Şəfai: Tehran-43 konfransında şahın tərcüməçisi - Fotolar
16-08-2021, 15:51
Ənvər ÇİNGİZOĞLU - Seyid Məhəmməd Dəbirsiyaqi: tədqiq və tədrisin işığında - Fotolar
24-07-2021, 16:15
Ənvər ÇİNGİZOĞLU - Qaradağ elləri: beloğludan eloğluya qədər - Ənvər Çingizoğlu yazır