00:02 / 17-10-2025
Bu gün Füzulinin işğaldan azad olunmasından beş il ötür
22:40 / 16-10-2025
Mehriban Əliyeva Vatikanda - Fotolar - Yenilənib
22:06 / 16-10-2025
Abid Şərifov insult keçirib, vəziyyəti ağırdır
21:46 / 16-10-2025
Trampla Putin Budapeştdə görüşəcəklər
20:20 / 16-10-2025
Ermənilər Bakıda hakim qarşısına çıxarılıblar
19:43 / 16-10-2025
Döyüş robotu müharibəyə hazırdır
18:48 / 16-10-2025
Yeni tikinti matrealı satışa çıxarılıb - Foto
18:01 / 16-10-2025
Fərhad Əhmədov məhkəmədə: "İnandırmışdılar ki, yaxtanı azad edəcəklər"
17:56 / 16-10-2025
Ramiz Mehdiyevin planının üstü necə açılıb? - Şok detallar
17:09 / 16-10-2025
Daha bir vəzifəli şəxs saxlanılıb - Foto
16:56 / 16-10-2025
Müdafiə Nazirliyi paradla bağlı məlumat yayıb
16:31 / 16-10-2025
Azərbaycan prezidenti Fransa səfirinin etimadnaməsini qəbul edib - Fotolar
16:25 / 16-10-2025
Füzulidəki qəzada dörd nəfər xəsarət alıb
15:57 / 16-10-2025
Çin demoqrafik böhranı texnoloji üstünlüklə həll edir - Foto
15:43 / 16-10-2025
Keçmiş diplomata hökm oxunub
15:17 / 16-10-2025
Avropanın müharibəyə hazırlaşmaq üçün beş il vaxtı var
15:02 / 16-10-2025
Xalq artisti II Fəxri xiyabanda dəfn olunub
14:56 / 16-10-2025
Məhkəmə hakiminin fəaliyyətinə xitam verilib - Foto
14:10 / 16-10-2025
“Ramiz Mehdiyev anti-milli ünsürdür” - DQC sədri
13:44 / 16-10-2025
Ticarət müharibəsi dolları ucuzlaşdırır
13:23 / 16-10-2025
Daha bir səfirin etimadnaməsi təqdim olunub - Fotolar
13:13 / 16-10-2025
Tramp: Hindistan Rusiyadan neft almayacaq
13:05 / 16-10-2025
Təndir çörəyinin ətri - Etibar Cəbrayıloğlu yazır
12:54 / 16-10-2025
Qazaxıstan Çindən Rusiyaya gedən minlərlə yük maşınını sərhəddə saxlayıb
12:38 / 16-10-2025
Sabah yağış yağacaq - Proqnoz
12:29 / 16-10-2025
"QHT işi" üzrə həbs olunan şəxsin məhkəməsi başlayır
12:29 / 16-10-2025
Prezident yeni səfirin etimadnaməsini qəbul edib - Foto
12:23 / 16-10-2025
İlham Əliyev BMT nümayəndəsini qəbul edib - Fotolar
12:12 / 16-10-2025
Ukraynaya yenidən hücum olub, dağıntılar var
12:02 / 16-10-2025
Rusiya təcavüzün ikinci mərhələsinə hazırlaşır
18:07 / 12-10-2025

09:00 / 12-10-2025

09:24 / 12-10-2025

10:19 / 12-10-2025

09:07 / 12-10-2025

12:30 / 13-10-2025

17:37 / 15-10-2025

10:12 / 13-10-2025

22:14 / 14-10-2025

12:32 / 13-10-2025

08:06 / 13-10-2025

13:21 / 15-10-2025

Mirzə Məhəmmədşəfi Mazandarani: ölkəni bərbad edən bədbəxt
Tarix: 24-04-2021 00:33 | Bölmə: Ənvər ÇİNGİZOĞLU

Qacarlar dövlətinin tarixi bizim tariximizdir. Burda baş verən siyasi, sosial və iqtisadi proseslər bir başa bizi də maraqlandırır. Bu yazımızda dövlətin siyasi füqurlarından biri, Qacarlar dövlətinin Baş naziri olmuş Mirzə Məhəmmədşəfi Mazandaranidən söhbət açacağıq.
Mirzə Məhəmmədşəfi 1754-cü ildə Mazandaran əyalətinin Babol şəhərinə bağlı Bəndpey bölgəsində anadan olub. Atası Hacı Mirzə Əhməd Avşarlar dövrünün məmurlarından idi. Əsilləri İsfahan şəhərindəndir. (Əliqulu mirzə Etizadüssəltənə, Eksirüttəvarix, s. 242)
Məhəmmədşəfi ibtidai təhsilini ev şəraitində, atasından alıb. Sonra mədrəsədə oxuyub. Bir müddət Mazandaran əyalətinin müxtəlif şəhərlərində maliyyə məmuru vəzifəsində xidmət edib. Ağaməhəmməd xan Qovanlı-Qacar Bərfuruşa gələndə ona təqdim olunub. Xan onun dəsti-xəttini görəndən sonra saraya çağırıb. Hacı Mirzə İbrahim Kəlantərin baş vəzirliyi dönəmində divanxanada, mühasibatlıqda çalışıb.
Ağaməhəmməd şah tərəfindən Urmiyaya elçi göndərilib, Əsgər xan Əbdülməliki-Avşarı Qacarlar ordusuna cəlb edib.
Mirzə Məhəmmədşəfi Mazandarani 1801-ci ildə Hacı Mirzə İbrahim Kəlantərin qətlindən sonra Qacarlar dövlətinin sədrəzəmi olub. Onun sədrəzəmliyi 19 ay davam edib. Bu, İran-Rusiya savaşları ilə eyni vaxta düşüb. O, bu zaman müqavilələr, sazışlər bağlayıb və bir sıra dövlət tədbirlərində iştirak edib. Onun sədarəti dönəmində baş verən olaylar:
1. İran-Rusiya arasında Gülüstan müqaviləsinin bağlanması;
2. Fransa imperatoru I Napoleonla əlaqə qurma;
3. Fransa və İran arasında Finkiniştayn müqaviləsinin bağlanması;
4. Fransanın böyük sərkərdəsi general Qardanın bir heyət başçısı kimi İrana gəlməsi;
5. İran və İngiltərə arasında 8 fəsildən ibarət mücməl müqaviləsinin bağlanması;
6. İran və İngiltərə arasında 12 fəsildən ibarət müfəssəl müqavilənin bağlanması. (Tarixi-rəvabiti-xareceye-İran, s.211-212)
Mirzə Məhəmmədşəfi Mazandarani Qacarlar və İngiltərə, Fransa dövlətləri arasında anlaşmaya qol çəkib.

“Tehranda Fətəli şahın sədrəzəmi Mirzə Şəfi Mazəndərani və İngilisin səfiri Henri Elisin tərəfindən qol çəkilən bu müqavilə “Tehran müqaviləsi” adlandı. Sazişin 11 bəndi var idi. Mühaidə ruslar ilə İran arasında bağlanan “Gülüstan” müqaviləsindən bir az öncə Qacarlar ilə baqlandı. Bundan sonra da “Gülüstan” müqaviləsi nəticəsində İngiltərə İranda Rus dövlətinin nüfuzunun irəlilləməsinə çalışırdı...” (Qulamrza Vərəhram, Tarixe siyasi və sazemanhaye ictimai dər əsre Qacar. s. 209.)
Tarixçi Abbas Ramazani yazır: "Bu dövrdə İngiltərə və Fransa ölkələrindən savayı Rusiya da bu müqavilənin bəzi bəndlərin bəhanə edərək öz nüfuzların İranda genişləndirdilər. Lakin Fətəli şah və onun sədrəzəmi olan Mirzə Məhəmmədşəfi Mazandaraninin bu üç dövlətin İranda irəli sürülən rəqabətindən ölkə xeyrinə istifadə etmə gücu, qüvvəsi və cürəti yox idi. İran bu rəqabətdən öz xeyrinə istifadə edə bimədi, üstəlik, onlar həm İrandan böyük baclar aldı, həm də “Kapitulyasiya” haqqı da əldə etdilər". (Abbas Ramazani, Fətəli şah, Bakı, 2014. s.89.)
Tarixçi Mirzə Məhəmmədhəsən xan Etimadüssəltənə “Xabnamə” kitabında onun dilindən yazır: “Düzü, Fətəli şaha xidmət edirdim və hamısından düzü budur ki, rəsmi “bəla” adım var idi. Rəhmətlik xaqan Hacı İbrahim xanın qətlindən sonra istədi ki, onun qüvvəsi də sındırılsın və xalqa məlum etsin ki, hər kəs səltənət həzrətinə tərəf diqqət yetirsin. Hacı İbrahim xandır, bəlkə, dünyanın sədri və asimanın aliqədri. O idi ki, insanların ən axmağı, yəni bu bəndəyə “Sədrəzəm” ləqəbi verdi və bu çağrılan adı mənə qoydu. Həqiqətdə, mühasibat idarəsinin rəisi idim və bu vəzifəmdə özümü çox xoşhal bilib, fəxr və şükür edirdim. “Politik” (politika-siyasət –Ə.Ç.) heç nə başa düşmürdüm və “politiki” işə müdaxilə etmirdim”. (Mirzə Məhəmmədhəsən xan Etimadüssəltənə, Xabnamə, be kuşeşi Məhəmməd Kətirayi, s.53-54)
Etimadüssəltənə qeyd edir ki, bədbəxt, sən “politik” başa düşsəydin, istismarçılar əlinlə İranı bərbad edən təhlükəli müqavilələri imzalamazdın..
O, Baş nazir işlədiyi dönəmdə ağlına gələni təklif edib, müzakirəsiz və düşünmədən sənədləri rəsmiləşdirməyə çalışıb.
Mirzə Məhəmmədşəfi Mazandarani 1819-cu ilədək Qacarlar dövlətinin Baş naziri olub. Sonra vəzifəsindən çıxarılıb, Qəzvinə sürgün edilib.
Mirzə Məhəmmədşəfi Mazandarani 1819-cu ildə Qəzvin şəhərində vəfat edib.
İranda tarixində elə vəzirlər var ki, ictimai-siyasi və elmi-mədəni fəaliyyəti ilə bəşər tarixində mühüm yer tuturlar. Nə yazıq ki, fəaliyyəti ilə Qacarlar dövlətini bərbad günə qoyan Mirzə Məhəmmədşəfi Mazandaranini bu cərgəyə qoya bilməyəcəyik.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Ənvər ÇİNGİZOĞLU
Bölməyə aid digər xəbərlər
11-04-2022, 21:25
Mazandaran alimi - Ənvər Çingizoğlu yazır
23-03-2022, 18:55
Rəşid Yasəmi: ədəbiyyatda nəciblik nümunəsi
17-03-2022, 09:49
Vahid Dəstigirdi: Nizaminin tədqiqatçısı
12-03-2022, 22:31
Ənvər ÇİNGİZOĞLU - Səid Nəfisi: Azərbaycan qəhrəmanı Babək Xürrəmdin əsərinin müəllifi
19-10-2021, 09:58
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədəli Füruği: siyasətçi, diplomat, tarixçi, tərcüməçi və millətçi kimi
16-10-2021, 01:06
Ənvər ÇİNGİZOĞLU - Hacıəli xan Rəzmara: Qurban bayramında doğuldu, terror qurbanı oldu
13-09-2021, 16:31
Ənvər ÇİNGİZOĞLU - Şəkinskilərin İran qolu haqqında... - Ənvər Çingizoğlunun araşdırması
10-09-2021, 17:27
Nəcəfqulu xan Sərşar: Qaradağın ağ gün görməmiş şairi
27-08-2021, 16:48
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədqulu xan Alar: inqilabda sərkərdə, işdə sərkar.. - Fotolar
20-08-2021, 13:38
Ənvər ÇİNGİZOĞLU - İsmayıl xan Şəfai: Tehran-43 konfransında şahın tərcüməçisi - Fotolar
16-08-2021, 15:51
Ənvər ÇİNGİZOĞLU - Seyid Məhəmməd Dəbirsiyaqi: tədqiq və tədrisin işığında - Fotolar
24-07-2021, 16:15
Ənvər ÇİNGİZOĞLU - Qaradağ elləri: beloğludan eloğluya qədər - Ənvər Çingizoğlu yazır