00:02 / 17-10-2025
Bu gün Füzulinin işğaldan azad olunmasından beş il ötür
22:40 / 16-10-2025
Mehriban Əliyeva Vatikanda - Fotolar (Yenilənib)
22:06 / 16-10-2025
Abid Şərifov insult keçirib, vəziyyəti ağırdır
21:46 / 16-10-2025
Trampla Putin Budapeştdə üz-üzə görüşəcək
20:20 / 16-10-2025
Ermənilər Bakıda hakim qarşısına çıxarılıblar
19:43 / 16-10-2025
Döyüş robotu müharibəyə hazırdır
18:48 / 16-10-2025
Yeni tikinti matrealı satışa çıxarılıb - Foto
18:01 / 16-10-2025
Fərhad Əhmədov məhkəmədə: "İnandırmışdılar ki, yaxtanı azad edəcəklər"
17:56 / 16-10-2025
Ramiz Mehdiyevin planının üstü necə açılıb? - Şok detallar
17:09 / 16-10-2025
Daha bir vəzifəli şəxs saxlanılıb - Foto
16:56 / 16-10-2025
Müdafiə Nazirliyi paradla bağlı məlumat yayıb
16:31 / 16-10-2025
Azərbaycan prezidenti Fransa səfirinin etimadnaməsini qəbul edib - Fotolar
16:25 / 16-10-2025
Füzulidəki qəzada dörd nəfər xəsarət alıb
15:57 / 16-10-2025
Çin demoqrafik böhranı texnoloji üstünlüklə həll edir - Foto
15:43 / 16-10-2025
Keçmiş diplomata hökm oxunub
15:17 / 16-10-2025
Avropanın müharibəyə hazırlaşmaq üçün beş il vaxtı var
15:02 / 16-10-2025
Xalq artisti II Fəxri xiyabanda dəfn olunub
14:56 / 16-10-2025
Məhkəmə hakiminin fəaliyyətinə xitam verilib - Foto
14:10 / 16-10-2025
“Ramiz Mehdiyev anti-milli ünsürdür” - DQC sədri
13:44 / 16-10-2025
Ticarət müharibəsi dolları ucuzlaşdırır
13:23 / 16-10-2025
Daha bir səfirin etimadnaməsi təqdim olunub - Fotolar
13:13 / 16-10-2025
Tramp: Hindistan Rusiyadan neft almayacaq
13:05 / 16-10-2025
Təndir çörəyinin ətri - Etibar Cəbrayıloğlu yazır
12:54 / 16-10-2025
Qazaxıstan Çindən Rusiyaya gedən minlərlə yük maşınını sərhəddə saxlayıb
12:38 / 16-10-2025
Sabah yağış yağacaq - Proqnoz
12:29 / 16-10-2025
"QHT işi" üzrə həbs olunan şəxsin məhkəməsi başlayır
12:29 / 16-10-2025
Prezident yeni səfirin etimadnaməsini qəbul edib - Foto
12:23 / 16-10-2025
İlham Əliyev BMT nümayəndəsini qəbul edib - Fotolar
12:12 / 16-10-2025
Ukraynaya yenidən hücum olub, dağıntılar var
12:02 / 16-10-2025
Rusiya təcavüzün ikinci mərhələsinə hazırlaşır
18:07 / 12-10-2025

09:00 / 12-10-2025

09:24 / 12-10-2025

10:19 / 12-10-2025

09:07 / 12-10-2025

17:37 / 15-10-2025

12:30 / 13-10-2025

10:12 / 13-10-2025

12:32 / 13-10-2025

22:14 / 14-10-2025

08:06 / 13-10-2025

13:38 / 13-10-2025

Hacı Məhəmmədhüseyn xan İsfahani: samançılıqdan sərvətdarlığa
Tarix: 26-04-2021 13:23 | Bölmə: Ənvər ÇİNGİZOĞLU

Fətəli şahın hakimiyyəti dönəmində baş vəzir olmuş şəxslərdən biri də Hacı Məhəmmədhüseyn xan İsfahanidir. Dərin təhlil aparmadan belə üzdə olan faktları nəzərə alsaq, görərik ki, bu şəxs müdrikliyinə, məsləhətdarlığına görə deyil, yalnız saqqalının uzunluğuna görə bu mənsəbə yiyələnib. Yaşam yoluna nəzər salaq.
Məhəmmədhüseyn İsfahan şəhərində anadan olub. Atası Hacı Məhəmmədəli İraqi-Əcəmin sərvətdar şəxslərindən sayılıb. Babası Məhəmmədrəhim əllaf olub və “Əlufəfüruş” ləqəbi ilə tanınıb.
Məhəmmədhüseyn ibtidai təhsilini məhəllə mollaxanasında alıb. Sonra mədrəsədə oxuyub. Oxuya-oxuya babasının yanında arpa-saman satıb. (Mehdi Bamdad, Şərhe hale recale İran, III cild, 379) Qacar sarayının baş şairi olan Fətəli xan Səba öz “İbrətnamə”sində onun haqqında yazdığı satirada saman satan olduğuna toxunub:
Dər kahkeşi be kekeşan şod,
Bət təxt ze təxteye dokan şod. (Həsən Gülməhəmmədi, Fətəli şah Qacar və qəzavəte tarix s. 48.) Tərcüməsi: Saman satmaqdan səmada samanyoluna yetişdi. Dükan qapısında çərçivə taxtasında oturmaqdan taxta oturdu.
Məhəmmədhüseyn təhsilini tamam etdikdən sonra bir müddət Zəndlərə xidmət edib. İsfahanın ən varlı-hallı şəxslərindən sayılıb. Hacı Məhəmmhüseynin və ailəsinin sərvətli olmasının ən mühüm səbəbləri tarixçilərə görə:
1. Hacı Məhəmmədhüseynin atası və babası İsfahanın nümayəndəsi kimi Zəndlər zamanı xəzinədar idilər;
2. Qacarlar və Zəndlərin sərkərdələrinin arasında gedən döyüşlər zamanı ərzağı gizlədib və baha satıblar;
3. İsmail Rainin “Huquq begirane İngilis” kitabında yazdığına əsasən gizlədilmiş xəzinə tapıblar.
O, Ağaməhəmməd xan Qovanlı-Qacarın tərəfinə keçib. Xanı öz evində qonaq saxlayıb, ətrafını da yemək və yatacaqla təmin edib. O, 1795-ci ildə Qacar şahı tərəfindən İsfahanın bəylərbəyisi təyin olunub. Bu dövrdə də dövlətin sədrəzəmi Hacı Mirzə İbrahim xan Kəlantərin qızı ilə ailə qurub. Sərfəli izdivacdan yararlanan Hacı Məhəmmədhüseyn xan vəzifə məqamında yerini möhkəmlədib. 1797-ci ildə Qacar şahının öldürülməsini eşidib, İsfahan qoşunu ilə Tehrana tələsib. Baba xan kimi tanınan Fətəli xana taxt-taca yiyələnməkdə yardım edib.

Hacı Məhəmmədhüseyn xan İsfahan şəhərinin Culfa məhəlləsindən Tovuz adlı bir erməni qızını Fətəli şaha peşkəş edib. Bu qız sonra şahın sevimli, sevgili xanımlarından biri olub, Tacüddövlə ləqəbini alıb. Tacüddövlə sonralar Hacı Məhəmmədhüseyn xanı himayə edib.
Fətəli şah Hacı Məhəmmədhüseyn xanı İsfahandan saraya gətirib, vəzirlər şurasına daxil edib. Vəzirlər şurasında baş vəzir, sərəzəm, Etimadüddövlə Hacı Mirzə İbrahim xan Kəlantər, vəziri əvvəl Mirzə Məhəmmədşəfi Mazandarani Əminüddövlə Hacı Məhəmmədhüseyn xan İsfahani, mustofvilməmalik Mirzə Yusif xan Aştiyani, vəziri-sani, münşiülməmalik Mirzə Rzaqulu xan Nəvai və vəzire-ləşkər (hərbi vəzir) Hidayətulla xan Təfrişi qərar tuturdu.
Hacı Məhəmmədhüseyn xan İsfahani 1806-cı ildən 1813-cü ilədək Qacarlar dövlətinin maliyyə vəziri olub.
Hacı Məhəmmədhüseyn xan İsfahani Nizamüddövlə ləqəbi ilə 1813-cü ildən 1819-cu ilədək Fars əyalətinə və Əraq vilayətinə başçılıq edib.
1816-cı ildə Qacarlar sarayına səfarətdə iştirak etmiş Pyotr Berje "A. P. Yermolovun İrana səfirliyi" adlı kitabında yazır: "Yermolovun gəlişi zaman Mirzə Şəfinin 80 yaşı vardı. O, 19 Ramazan 1234 (1818 – 1819) ildə Qəzvin şəhərində Sultaniyədən qayıdarkən vəfat etmişdi və Kərbəlada dəfn olunmuşdu. Onun davamçısı, birinci nazir vəzifəsilə, daxili işlər naziri Nizamüddövlə Məhəmmədhüseyn xan oldu. O, Ağaməhəmməd xanın yanında xidmətə başlamışdı və bəzi vaxtlarda Kaşanın, Qum və İsfahanın hakimi idi, orada isə onun haqqında çox xoş xatirələr qalmışdır. Bütün cismanı ilə torpağa bağlı idi və çox zaman özünün şəxsi hərəkəti ilə kəndlinin əməyini qiymətləndirməsi ona çoxlu pul qazandırmışdı, onları da bütünlüklə kasıblara və xeyriyyəçilik işlərinə sərf etmişdi". (Berje, Pyotr. A.P. Yermolovun İrana səfirliyi / P. Berje ; tərc. M. İ. Qacar, tərt., red., ön sözün müəl. Ə. Çingizoğlu. - Bakı : Mütərcim, 2014. - 80 s.)
Sədr-əzəm Mirzə Məhəmmədşəfi Mazandaranindən sonra, 1819-cu ildə Qacarlar dövlətinin vəziri-əzəmi təyin olunub.
Hacı Məhəmmədhüseyn xan İsfahani 1825-ci ildə sarılıq xəstəliyindən vəfat edib və Nəcəf şəhərində dəfn olunub.
Hacı Məhəmmədhüseyn xan İsfahani Hacı Mirzə İbrahim Kəlantərin yeznəsi, Mirzə Əbülhəsən xan Şirazinin bacanağı idi.
Hacı Məhəmmədhüseyn xan İsfahaninin törəmələri Sədri soyadını daşıyırlar.
Hacı Məhəmmədhüseyn xan İsfahaninin Abdulla xan adlı oğlu olub.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Ənvər ÇİNGİZOĞLU
Bölməyə aid digər xəbərlər
11-04-2022, 21:25
Mazandaran alimi - Ənvər Çingizoğlu yazır
23-03-2022, 18:55
Rəşid Yasəmi: ədəbiyyatda nəciblik nümunəsi
17-03-2022, 09:49
Vahid Dəstigirdi: Nizaminin tədqiqatçısı
12-03-2022, 22:31
Ənvər ÇİNGİZOĞLU - Səid Nəfisi: Azərbaycan qəhrəmanı Babək Xürrəmdin əsərinin müəllifi
19-10-2021, 09:58
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədəli Füruği: siyasətçi, diplomat, tarixçi, tərcüməçi və millətçi kimi
16-10-2021, 01:06
Ənvər ÇİNGİZOĞLU - Hacıəli xan Rəzmara: Qurban bayramında doğuldu, terror qurbanı oldu
13-09-2021, 16:31
Ənvər ÇİNGİZOĞLU - Şəkinskilərin İran qolu haqqında... - Ənvər Çingizoğlunun araşdırması
10-09-2021, 17:27
Nəcəfqulu xan Sərşar: Qaradağın ağ gün görməmiş şairi
27-08-2021, 16:48
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədqulu xan Alar: inqilabda sərkərdə, işdə sərkar.. - Fotolar
20-08-2021, 13:38
Ənvər ÇİNGİZOĞLU - İsmayıl xan Şəfai: Tehran-43 konfransında şahın tərcüməçisi - Fotolar
16-08-2021, 15:51
Ənvər ÇİNGİZOĞLU - Seyid Məhəmməd Dəbirsiyaqi: tədqiq və tədrisin işığında - Fotolar
24-07-2021, 16:15
Ənvər ÇİNGİZOĞLU - Qaradağ elləri: beloğludan eloğluya qədər - Ənvər Çingizoğlu yazır