00:06 / 21-08-2025
Şəmkirdə 20 nəfər dönərdən zəhərlənib
23:38 / 20-08-2025
Tovuzda bir ailənin beş üzvü qidadan zəhərlənib
22:37 / 20-08-2025
Qazaxda 5 ay əvvəl törədilmiş qətlin üstü açılıb
18:57 / 20-08-2025
Bakıda 31 yaşlı kişi öldürülüb
18:40 / 20-08-2025
Şavkat Mirziyoyev İlham Əliyevə məktub göndərib
18:00 / 20-08-2025
QSC-nin Müşahidə Şurasının tərkibi dəyişib
17:55 / 20-08-2025
Şikayətçi: “Rəqsanə və əri ilə şəxsən görüşüb pulları vermişəm”
17:49 / 20-08-2025
Papuaşvili: Aİ Gürcüstandan Rusiya ilə qarşıdurma tələb etməməlidir
17:36 / 20-08-2025
Putin-Zelenski görüşünə şübhələr artır
17:32 / 20-08-2025
Növbəti iki gündə külək güclənəcək - Xəbərdarlıq
17:28 / 20-08-2025
İlham Əliyev və birinci xanım “Hacıkənd”in tikintisi ilə tanış olublar - (Yenilənib) - Fotolar
17:18 / 20-08-2025
Adəm Məmmədovun vəkillik fəaliyyətinə xitam verilib
17:10 / 20-08-2025
Prezident və birinci xanım Gəncəyə gediblər - (Yenilənib) - Fotolar
17:09 / 20-08-2025
Biləsuvarda gənc bacısının qayınatasını bıçaqlayıb
17:00 / 20-08-2025
Ruslar Ukraynanı “İsgəndər” raketləri ilə vurub
16:24 / 20-08-2025
Çin ilk litoqrafiya qurğusunu yaradıb - Fotolar
16:09 / 20-08-2025
Saakaşvili: Bu, Rusiyanın ən böyük məğlubiyyətidir
16:01 / 20-08-2025
ABŞ-da immiqrantlarla bağlı tələblər sərtləşdirilir - Foto
16:01 / 20-08-2025
Ağdərədə yanğın olub
15:42 / 20-08-2025
Bakıda 60 yaşlı kişi öldürülüb - Yenilənib
15:27 / 20-08-2025
Azərbaycan-Avropa İttifaqı münasibətləri müzakirə olunub
15:09 / 20-08-2025
Şair Məmməd İsmayıl Tovuzda dəfn olunub
14:57 / 20-08-2025
Kamran Əliyev iki rayona prokuror təyin edib
14:46 / 20-08-2025
Rusiyanın nüvə alimi Monqolustanda saxlanılıb
14:38 / 20-08-2025
Bakıda qeyri-etik reklam mətni olan elektron lövhə yığışdırılıb
14:32 / 20-08-2025
ABŞ silahlarını Ukraynaya 10 faiz baha satırlar
14:15 / 20-08-2025
Rusiyadan Britaniyaya gizli yolla taxta daşıyırlar
14:02 / 20-08-2025
Dərələyəzli Molla İmranın kitabları yüz ildir qorunur - Foto
13:27 / 20-08-2025
Azərbaycan hindistanlı kriminal avtoriteti ölkəsinə ekstradisiya edəcək
13:26 / 20-08-2025
Professor: Avropa lider böhranı ilə üzləşib - Fotolar
03:20 / 16-08-2025

21:45 / 18-08-2025

17:57 / 18-08-2025

20:53 / 16-08-2025

19:18 / 18-08-2025

08:20 / 16-08-2025

17:10 / 20-08-2025

12:48 / 16-08-2025

07:52 / 19-08-2025

21:22 / 17-08-2025

07:47 / 18-08-2025

10:41 / 18-08-2025

Abdulla xan Əminüddövlə - Ənvər Çingizoğlu yazır
Tarix: 28-04-2021 10:20 | Bölmə: Ənvər ÇİNGİZOĞLU

Qacarların hakimiyyəti bəlli coğrafiyada 1795-ci ildən 1925-ci ilədək sürüb. Böyük bir ərazidə, özü də siyasi, etnik baxımdan olduqca mürəkkəb bir şəraitdə hakimiyyətdə olmuş qacarların tarixi bizim tariximizdir. Qacarların dövlət və siyasi xadimlərə həsr olunmuş dərin elmi-tədqiqat əsərlərinin yazılması işi yenidir. Bəzi yazılarda yanlış olaraq siyasi-ideoloji baxışlar və subyektiv yanaşma üstünlük təşkil edir. Bu da gənc oxucuları düzgün yanaşmadan uzaq salır.
Biz Qacarlar dövründə Baş nazir olmuş şəxslərin yaşam yolunu öyrənirik. Bu şəxslərdən biri də Abdulla xan Əmünüddövlədir.
Abdulla xan Hacı Məhəmmədhüseyn xan oğlu 1779-cu ildə İsfahan şəhərində anadan olub. Mükəmməl mədrəsə təhsili alaraq, atasının yanında idarəçiliyi öyrənib.
Abdulla xan atasından sonra İsfahanda çalışıb. 1813-cü ildə saraya dəvət edilib, divani-əlada mühasib kimi xidmət etməyə başlayıb.
Atası Hacı Məhəmmədhüseyn xan sədr-əzəm Mirzə Məhəmmədşəfi Mazandaranindən sonra, 1819-cu ildə Qacarlar dövlətinin vəziri-əzəmi təyin olunub. Onu isə atasının yerinə mustofviəlməmalik qoyublar. O, atası ilə bərabər hökuməti şəriksiz idarə edib.
Tarixçi Abbas Ramazani yazır: “Hacı Məhəmmədhüseyn xan Sədri İsfahani ali dövlət vəzifələrində xidmət edən zaman Abdulla xan atasının yerinə İsfahanın bəylərbəyi və mustofi əl-məmalik oldu və sonra ona Əminüdövlə ləqəbi verildi. Atası öləndən sonra o, şahın tərəfindən sədrəzəm təyin edildi. Lakin bir il olmadan onun qohumları sədrəzəmlikdən öz xeyirlərinə faydalandığlarına görə bu vəzifədən azad olundu. O, atası ilə müqayisədə şahın hörmətini az qazana bilmişdi”.(Abbas Ramazani, Fətəli şah Qacar, Bakı, "Mütərcim", 2015, -156 səh. S.144)
Abdulla xan Nizamüddövlə ləqəbini də alıb. Atasından sonra Qacarlar dövlətinin sədrəzəmi vəzifəsini icra edib. Lakin qəfil dönəlgəsi dönüb. İsfahan bəylərbəyi və dayısı Haşım xan Bəxtiyari ilə intiriqası şahın nəzərinə çatıb. Gözdən düşüb.
Abdulla xan birinci dəfə atası Hacı Məhəmmədhüseyn xan İsfahanindən sonra, 1825-ci ildə Qacarlar dövlətinin Baş naziri olub.
1826-cı ildə onun əvəzinə qatı düşməni Qacar elinin Dəvəli oymağından olan, Asəfüddövlə ləqəbli Allahyar xanı sədrəzəm təyin ediblər. (R. G. Watson, A History of Persia, London, 1866, p. 221) Allahyar xan bu vəzifədə çox duruş gətirə bilməyib.
Abdulla xan Əmünüddövlə ikinci dəfə, Allahyar xan Asəfüddövlədən sonra, 1827-ci ildən 1834-cü ilədək Qacarlar dövlətinə sədrəzəmlik edib.
Abdulla xan Əmünüddövlə Fətəli şahdan şəxsən tapşırıq alıb ki, ölkənin baş müctəhidi Seyid Məhəmməd Təbatəbaini yanına dəvət edib, rusların əleyhinə fitva hazırlatdırsın. Əhalini ikinci Rus-İran savaşına hazırlamaq gərək idi.
II Rus-İran müharibəsi Rusiyanın qələbəsi ilə tamamlanıb. Abdulla xan Əminüddövlə Türkmənçay sülh müqaviləsini imzalamalı olub. Onun yaratdığı saray intriqaları nəticəsində vəzirlər idarəçilikdən çəkinib, valilər üstünlük qazanıb. (Tarix-e ʿAzodi, s. 99; Sədrəttəvarix, s. 104).

Abdulla xan Əminüddövlənin sədrəzəmlik zamanında ölkədə baş verən mühüm hadislər:
1. İran-Rus savaşlarının ikinci mərhələsinin güclənməsi;
2. Türkmənçay sazişinin bağlanması;
3. İranın siyasi, iqtisadi və hərbi sahələrində gərginliklərin başlanması:
4. İranın bəzi əyalətlərində üsyanların baş verməsi;
5. Qacarların Heratı fəth etməyə çalışması;
6. Abbas mirzə Naibəssəltənənin vəfatı;
7. Tehranda A. S. Qriboyedovun öldürülməsi;
8. Abbas mirzənin vəfatından sonra onun oğlu Məhəmməd mirzənin vəliəhd seçilməsi;
9. Fətəli şahın İsfahanda vəfat etməsi;
10. Məhəmməd şah Qacarın səltənətinin başlanması.
Abdulla xan Əminüddövlə Fətəli şahın vəfatından sonra Məhəmməd mirzənin taxta əyləşməsini istəməyib. Onun başqa namizədləri olub. İki nəfər olan səltənət, taxt-tac iddiaçısının xerinə çalışıb. Bu iki nəfər:
a. Təxminən 90 gün səltənət edən Əliqulu mirzə Zillüssultan;
b. Fars hakimi və Abdulla xan Əminüddövlənin bacısının əri olan Hüseynəli mirzə.
Əlbəttə, Abdulla xan Məhəmməd mirzəni səltənətdən kənar saxlamaq üçün uğur qazanmayıb. Mirzə Əbülqasım Qaimməqam Fərahani rus tərəfdarlarının yardımı ilə Zillüssultanı səltənətdən kənarlaşdırıb, Məhəmməd mirzəni taxta əyləşdirib. Abdulla xan İsfahanda Məhəmməd mirzənin şahlığı ilə razılaşmayıb. “Bu iş onun prestij və nüfuzunu azaltdı. Və onu İngiltərə dövlətinə daha da yaxınlaşdırdı. (Əfşari Pərviz. Sədrəzəmhayi selseleyi Qacariyye, Tehran, “Müəsseseyi çap və intişarati vizarəti umuri xarecə” II çap, 1376, s. 70.)
Abdulla xanın kürəkəni Fars valisi Hüsеynəli mirzə Fətəli şahın ölümündən sоnra, bilavasitə özünü şah еlan еdərək, hər tərəfə xəbər göndərib, fеоdalları, hökumət dairələrini оna itaət еtməyə çağırıb.
Hüsеynəli mirzə Fərmanfərma öz adına yarımqranlıq sikkə zərb etdirib.
Hüsеynəli mirzənin «şahlığı» uzun sürməyib. 1834-cü il nоyabr ayında Məhəmməd mirzə şahlığa kеçdikdən sоnra Firuz mirzənin və Mənuçеhr xan Mötəməddövlənin başçılığı ilə Tehrandan göndərilən qоşun Hüsеynəli mirzəni tutaraq mərkəzə aparıb. Onu kоr еdib Bürc Nuş zindanına atıblar. Burda 10 ildən çox dustaq olub. Sonda onu vəba xəstəliyi yaxalayıb.
Digər bir şahzadə də Abdulla xanın yardımı ilə taxt-taca yiyələnmək istəyirdi. Bu, 1824-cü ildən İsfahanın valisi olan Sultan Məhəmməd mirzə Sеyfüddövlə idi. Ona əyalət müctəhidi Seyid Məhəmmədbağır Şafti də xeyir-dua verib. Qaemməqamın qrupu, Azərbaycan dəstəsi bu mübarizədə qalib gəlib.
Abdulla xan Əminüddövlənin əli hakimiyyətdən üzülüb və müctəhidi Seyid Məhəmmədbağır Şaftiyə sığınıb. Qaemməqam Şaftidən xahiş edib ki, Əminüddövləni himayə etməsin. Şafti onun xahişini geri çevirib.
Mirzə Əbülqasım Qaimməqam Fərahani Məhəmməd şahın əmrilə bir məktub vasitəsilə Abdulla xan Əminüddövləyə təklif edib ki, ya İsfahana getsin, ya da İraqa köçsün. Abdulla xan isə ingilislilərin himayəsilə Nəcəfə köçüb, 1847-ci ildə 68 yaşında orada dünyasını dəyişib.
Abdulla xan oğlu Əliməhəmməd xanı Fətəli şahın qızı Şəmsəddövlə xanımla evləndirmişdi.
Tarixə obyektiv yanaşma belə nəticəyə gəlməyə imkan verir ki, Qacarlar dövrünü öz tariximiz kimi hərtərəfli öyrənməliyik.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Ənvər ÇİNGİZOĞLU
Bölməyə aid digər xəbərlər
11-04-2022, 21:25
Mazandaran alimi - Ənvər Çingizoğlu yazır
23-03-2022, 18:55
Rəşid Yasəmi: ədəbiyyatda nəciblik nümunəsi
17-03-2022, 09:49
Vahid Dəstigirdi: Nizaminin tədqiqatçısı
12-03-2022, 22:31
Ənvər ÇİNGİZOĞLU - Səid Nəfisi: Azərbaycan qəhrəmanı Babək Xürrəmdin əsərinin müəllifi
19-10-2021, 09:58
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədəli Füruği: siyasətçi, diplomat, tarixçi, tərcüməçi və millətçi kimi
16-10-2021, 01:06
Ənvər ÇİNGİZOĞLU - Hacıəli xan Rəzmara: Qurban bayramında doğuldu, terror qurbanı oldu
13-09-2021, 16:31
Ənvər ÇİNGİZOĞLU - Şəkinskilərin İran qolu haqqında... - Ənvər Çingizoğlunun araşdırması
10-09-2021, 17:27
Nəcəfqulu xan Sərşar: Qaradağın ağ gün görməmiş şairi
27-08-2021, 16:48
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədqulu xan Alar: inqilabda sərkərdə, işdə sərkar.. - Fotolar
20-08-2021, 13:38
Ənvər ÇİNGİZOĞLU - İsmayıl xan Şəfai: Tehran-43 konfransında şahın tərcüməçisi - Fotolar
16-08-2021, 15:51
Ənvər ÇİNGİZOĞLU - Seyid Məhəmməd Dəbirsiyaqi: tədqiq və tədrisin işığında - Fotolar
24-07-2021, 16:15
Ənvər ÇİNGİZOĞLU - Qaradağ elləri: beloğludan eloğluya qədər - Ənvər Çingizoğlu yazır