00:06 / 21-08-2025
Şəmkirdə 20 nəfər dönərdən zəhərlənib
23:38 / 20-08-2025
Tovuzda bir ailənin beş üzvü qidadan zəhərlənib
22:37 / 20-08-2025
Qazaxda 5 ay əvvəl törədilmiş qətlin üstü açılıb
18:57 / 20-08-2025
Bakıda 31 yaşlı kişi öldürülüb
18:40 / 20-08-2025
Şavkat Mirziyoyev İlham Əliyevə məktub göndərib
18:00 / 20-08-2025
QSC-nin Müşahidə Şurasının tərkibi dəyişib
17:55 / 20-08-2025
Şikayətçi: “Rəqsanə və əri ilə şəxsən görüşüb pulları vermişəm”
17:49 / 20-08-2025
Papuaşvili: Aİ Gürcüstandan Rusiya ilə qarşıdurma tələb etməməlidir
17:36 / 20-08-2025
Putin-Zelenski görüşünə şübhələr artır
17:32 / 20-08-2025
Növbəti iki gündə külək güclənəcək - Xəbərdarlıq
17:28 / 20-08-2025
İlham Əliyev və birinci xanım “Hacıkənd”in tikintisi ilə tanış olublar - (Yenilənib) - Fotolar
17:18 / 20-08-2025
Adəm Məmmədovun vəkillik fəaliyyətinə xitam verilib
17:10 / 20-08-2025
Prezident və birinci xanım Gəncəyə gediblər - (Yenilənib) - Fotolar
17:09 / 20-08-2025
Biləsuvarda gənc bacısının qayınatasını bıçaqlayıb
17:00 / 20-08-2025
Ruslar Ukraynanı “İsgəndər” raketləri ilə vurub
16:24 / 20-08-2025
Çin ilk litoqrafiya qurğusunu yaradıb - Fotolar
16:09 / 20-08-2025
Saakaşvili: Bu, Rusiyanın ən böyük məğlubiyyətidir
16:01 / 20-08-2025
ABŞ-da immiqrantlarla bağlı tələblər sərtləşdirilir - Foto
16:01 / 20-08-2025
Ağdərədə yanğın olub
15:42 / 20-08-2025
Bakıda 60 yaşlı kişi öldürülüb - Yenilənib
15:27 / 20-08-2025
Azərbaycan-Avropa İttifaqı münasibətləri müzakirə olunub
15:09 / 20-08-2025
Şair Məmməd İsmayıl Tovuzda dəfn olunub
14:57 / 20-08-2025
Kamran Əliyev iki rayona prokuror təyin edib
14:46 / 20-08-2025
Rusiyanın nüvə alimi Monqolustanda saxlanılıb
14:38 / 20-08-2025
Bakıda qeyri-etik reklam mətni olan elektron lövhə yığışdırılıb
14:32 / 20-08-2025
ABŞ silahlarını Ukraynaya 10 faiz baha satırlar
14:15 / 20-08-2025
Rusiyadan Britaniyaya gizli yolla taxta daşıyırlar
14:02 / 20-08-2025
Dərələyəzli Molla İmranın kitabları yüz ildir qorunur - Foto
13:27 / 20-08-2025
Azərbaycan hindistanlı kriminal avtoriteti ölkəsinə ekstradisiya edəcək
13:26 / 20-08-2025
Professor: Avropa lider böhranı ilə üzləşib - Fotolar
03:20 / 16-08-2025

21:45 / 18-08-2025

17:57 / 18-08-2025

20:53 / 16-08-2025

19:18 / 18-08-2025

08:20 / 16-08-2025

17:10 / 20-08-2025

12:48 / 16-08-2025

07:52 / 19-08-2025

21:22 / 17-08-2025

07:47 / 18-08-2025

10:41 / 18-08-2025

Hacı Mirzə Ağası Bayat-Makulu: hücrədən masaya...
Tarix: 30-04-2021 11:57 | Bölmə: Ənvər ÇİNGİZOĞLU

Qacarlar tarixinə öz damğasını vurmuş şəxsiyyətlərdən biri də Hacı Mirzə Ağası Bayat Makuludur. O, müəllimlikdən baş nazirliyə ucalmış şəxsdir. Gəlin daha yaxından tanış olaq.
Əsl adı Abbas olan Hacı Mirzə Ağası Bayat 28 yanvar 1783-cü ildə Maku şəhərində Hacı Mirzə Müslüm İrəvaninin ailəsində dünyaya gəlib. Onun atası öz ailəsi ilə birlikdə İrəvandan Maku şəhərinə köçüb, burada güzəranını kargüzarlıqla keçirib.
Abbas ibtidai təhsilini atasından alıb. O, həddi-buluğa çatandan sonra Xoy şəhərinə yollanıb və orada mədrəsə təhsili almağa başlayıb. Oradan Azərbaycanın digər şəhərlərinə səfər edib. Səfər və səyahətlərdən sonra Həmədana gedib, orada Axund Molla Əbdüssəməd Həmədaninin şagirdi olub. Axund Əbdüssəməd Həmədani məşhur "Bəhrül maarif" kitabının müəllifidir. O, dövrünün böyük sufi şeyxlərindən sayılırdı. Abbas bir qədər sonra axundun müridlərindən olur. Mürşidi həcc ziyarətlərindən birində vəfat edir və Molla Abbas onu əvəz etmək uçun vəsait düzəldib Məkkəyə yola düşür, həccin qanunlarını yerinə yetirərək Hacı adını daşımağa başlayır.

Hacı Molla Abbas həcc fərizəsini yerinə yetirdikdən sonra Həmədana qayıdır, burada elmləri və sufiliyin sirlərini tamam-kamal öyrənir. Sonra Təbrizdə yaşamağa başlayır. O, ustadı Axund Molla Əbdüssəmədin təriqətini inkişaf etdirir və yayır. Bu dönəmdə Hacı Mirzə Ağası kimi məşhur olur. Bir müddətdən sonra Axund Abbas İrəvani Təbrizdə vəliəhd Abbas mirzə Naibüssəltənənin uşaqlarının, o cümlədən Məhəmməd mirzənin müəllimi təyin olunur. Təlim və tədris prosesində tədricən Məhəmməd mirzəyə aramla nüfuz edərək onu özünə xas olan xüsusiyyətlərə istiqamətləndirir, onunla yaxın, məhrəmanə ünsiyyət yaradır. Rəvayətə görə bir gün mürşid öz müridlərinə gələcəyi barədə məlumat verərək deyib ki, onun gələcəyi İran dövləti ilə əlaqədar olacaq.
Fətəli şah 1834-cü ildə İsfahanda vəfat etdikdən sonra onun 60 oğlu olmasına baxmayaraq Abbas mirzənin boyuk oğlu Məhəmməd mirzə, Rusiya ilə İran dövləti arasında 1828-ci ildə bağlanmıs Türkmənçay müqaviləsinin 7-ci bəndinə əsasən, taxt-taca sahib olur. Məhəmməd sah 1834-cü ildə səltənət taxtına əyləşdikdən sonra fazil və alim kimi İranda çox məşhur olan Mirzə Əbülqasim Qaimməqam Sanini Baş nazir təyin edir. Lakin onun sədarəti yalnız 8 ay çəkir. Bu müddət ərzində Fətəli şahın saysız-hesabsız övladlarının hər biri özünü səltənətin varisi hesab edirdi. Nəticədə Məhəmməd şahı Qaimməqamı aradan götürməyə vadar edirlər. Qaimməqam öldürüldükdən sonra onun yerinə bir çoxları əyləşməyə çalışsa da, Məhəmməd şah həmin vəzifəyə öz müəllimi və mürşidi Mirzə Ağası Makunu təyin edir. Onun isə siyasətdən və dövləti idarə etməkdən xəbəri yox idi.
Bəhmən mirzə Qacar yazır: “Mirzə Ağası Maku 70 yaşından sonra mədrəsə küncündən çıxıb, dünyanın heç bir qayda-qaunundan agah olmadığı halda, vəzirlik məqamına qədəm basdı və tamam 13 il bütün İran məmləkətinin istiqlal və ixtiyarına verildi. O, öz ürəyi istədiyini etdi və bütün İranda pis söz-söhbətə səbəb olan işlər gördü”. (Bəhmən mirzə Qacar, Şükürnameyi-şahənşahi, Bakı, “Şuşa”, 1999, -64 səh. s.7)
Məhəmmədhəsən xan Müqəddəm-Marağayi yazır ki, Hacı Mirzə Ağası Qacarlar məmləkətində “Şəxsi-əvvəl” adlanırdı. (Məhəmmədhəsən xan Etimadəssəltənə, Ṣədr ət-təvarix, red. M. Müşiri, Tehran, 1349/1970, -351 səh. s. 153.)
Hacı Mirzə Ağası siyasi rəqiblərini aradan götürürdü. Əvvəlcə Mirzə Nəsrullah Sədrülməmalik Ərdəbilini, sonra Mirzə Əbülqasim Qaemməqamı sıradan çıxardıb.
Buna baxmayaraq Hacı Mirzə Ağası 14 il İran dövlətinin sədri-əzəmi olub. O, Məhəmməd şahın nüfuzlu, onun işlərini dürüst icra edən vəziri idi və "birinci şəxs" ləqəbi ilə məşhur olub (bu ləqəb Avropada işlənən "Baş nazir" sözünün tərcuməsindən əmələ gəlmişdi, ingiliscə "premyer ministr" birinci, əvvəlinci şəxs deməkdir). Lakin ətrafındakılar onun işindən razı deyildilər. Onlar bir necə dəfə Məhəmməd şaha xatırladıblar ki, o, bütün işləri Mirzə Ağası Makuluya verməklə dövlətin böhrana doğru getməsinə səbəb olub. Məhəmməd şah isə bu sözlərə qulaq asmırdı. Onun barəsində yazılan məktubları Mirzə Ağasıya verdikdə o, bunların onun duşmənləri tərəfindən yazıldığını bildirirdi.

Mirzə Şəfi Vazehin satiralarında ən çox tənqid etdiyi şəxs Məhəmməd şahın Baş vəziri, rus səyyahı Beryozinin “İranın Rişeylisi” adlandırdığı Mirzə Hacı Ağasıdır. Qeyd edək ki, Hacı Mirzə Ağası da şair idi. Fəxri təxəllüsü ilə dini motivli şeirlər yazırdı. Hacı Mirzə Ağası şeirlərini əsasən ərəb və fars dillərində qələmə alırdı:
Qara saçların dağılıb səpiləndə yanaqlara,
Deyəsən buludlar örtür ay üzünü ara-sıra.
Soruşdum neyçün belə pərişan olmuşdur zülflərin,
Dedi: Həbəş sultanı qoşun çəkmişdir saçlara.
Hacı Mirzə Ağası Maku Məhəmməd şahın məsləhəti ilə Fətəli şahın 13-cü qızı olan İzzətnisə xanımla evlənib. Bu qadın həm də Rzaqulu xan Hidayətin bibisi qızı idi, öz əmisi oğluna, Fətəli şahın qardaşı oğluna ərə verilib. Lakin əri ölüb və həcc ziyarətinə səfər edərkən həmin zəvvarlar içərisində Hacı Mirzə Ağası İrəvani də dərviş libasında olub. Bu şahzadə xanımın dul olduğunu bilərək ona meyl edib, lakin qadın nökərlərinə göstəriş verib ki, Molla Abbas dərvişə çubuq vursunlar və onu zəvvarların arasından qovsunlar. Elə də ediblər. Hacı Mirzə Ağası Məhəmməd şah vəfat etdikdən sonra (1848-ci ildə) Şah Əbdüləzimdə bəstdə əyləşib və mədrəsənin bir hucrəsində qalmağa qərar verib. Nasirəddin şah Qacar Təbrizdən Tehrana gələrək taxta əyləşdikdən sonra Mirzə Ağası onun icazəsi ilə Ətəbata gedib və 1849-cu ildə 68 yasında orada vəfat edib. Kərbəla şəhərində dəfn olunub. Onun övladı olmayıb. Oğulluğu Allahqulu xan Elxanini yetişdirib.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Ənvər ÇİNGİZOĞLU
Bölməyə aid digər xəbərlər
11-04-2022, 21:25
Mazandaran alimi - Ənvər Çingizoğlu yazır
23-03-2022, 18:55
Rəşid Yasəmi: ədəbiyyatda nəciblik nümunəsi
17-03-2022, 09:49
Vahid Dəstigirdi: Nizaminin tədqiqatçısı
12-03-2022, 22:31
Ənvər ÇİNGİZOĞLU - Səid Nəfisi: Azərbaycan qəhrəmanı Babək Xürrəmdin əsərinin müəllifi
19-10-2021, 09:58
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədəli Füruği: siyasətçi, diplomat, tarixçi, tərcüməçi və millətçi kimi
16-10-2021, 01:06
Ənvər ÇİNGİZOĞLU - Hacıəli xan Rəzmara: Qurban bayramında doğuldu, terror qurbanı oldu
13-09-2021, 16:31
Ənvər ÇİNGİZOĞLU - Şəkinskilərin İran qolu haqqında... - Ənvər Çingizoğlunun araşdırması
10-09-2021, 17:27
Nəcəfqulu xan Sərşar: Qaradağın ağ gün görməmiş şairi
27-08-2021, 16:48
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədqulu xan Alar: inqilabda sərkərdə, işdə sərkar.. - Fotolar
20-08-2021, 13:38
Ənvər ÇİNGİZOĞLU - İsmayıl xan Şəfai: Tehran-43 konfransında şahın tərcüməçisi - Fotolar
16-08-2021, 15:51
Ənvər ÇİNGİZOĞLU - Seyid Məhəmməd Dəbirsiyaqi: tədqiq və tədrisin işığında - Fotolar
24-07-2021, 16:15
Ənvər ÇİNGİZOĞLU - Qaradağ elləri: beloğludan eloğluya qədər - Ənvər Çingizoğlu yazır