00:55 / 22-11-2024
Silvester Stallone yeni seriala çəkilir
00:45 / 22-11-2024
Məşhur yazıçının yeni romanı nəşr edilib - Foto
00:07 / 22-11-2024
Hikmət Hacıyev: “Politico”nun üzr istəməsini tələb edirik!”
23:28 / 21-11-2024
Gəncədə iki nəfər bıçaqlanıb
22:07 / 21-11-2024
Putin ABŞ və Qərb dövlətlərinə xəbərdarlıq edib
20:55 / 21-11-2024
Ceyhun Bayramov Özbəkistanın xarici işlər naziri ilə telefonda danışıb
20:08 / 21-11-2024
Milli Məclis bəyanat yayıb
19:12 / 21-11-2024
Leyla Əliyeva Qlobal Liderlərin Dialoqunda iştirak edib - Fotolar
18:08 / 21-11-2024
SPECA İqlim Ağıllı Şəhərlər Forumu üzrə Bakı Bəyannaməsi imzalanıb
18:03 / 21-11-2024
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
17:49 / 21-11-2024
Pərviz Şahbazov İstanbula gedir
17:25 / 21-11-2024
Əli Əsədov “Elektron hökumət” portalı ilə bağlı qərar imzalayıb
17:18 / 21-11-2024
Rusiya Tramp haqqında filmin yayımına icazə verməyib - Fotolar
17:08 / 21-11-2024
Nazirlər Kabineti riskli vergi ödəyiciləri haqqında qərar imzalayıb
16:48 / 21-11-2024
Matviyenko Azərbaycana gəlir
16:45 / 21-11-2024
Prezident iki Mərkəzi ləğv edib - Sərəncam
16:32 / 21-11-2024
Deputatlar daha 12 qanuna dəyişikliyi müzakirəyə çıxaracaq - Siyahı
16:23 / 21-11-2024
Leyla Əliyeva COP29-da: nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələr olub - Fotolar
16:17 / 21-11-2024
Baş nazirin və sabiq müdafiə nazirinin həbsinə order verilib
16:17 / 21-11-2024
Milli Məclisin deputatı NATO PA-nın illik sessiyasında iştirak edəcək
16:06 / 21-11-2024
Putin Şimali Koreya liderinə 75 vəhşi heyvan göndərib
16:00 / 21-11-2024
Gömrük orqanlarına qəbul imtahanı keçiriləcək
15:45 / 21-11-2024
Dünya şöhrətli rejissorun 10 ən yaxşı filmi... - Siyahı
15:32 / 21-11-2024
Məşhur musiqi qrupu dünya turuna çıxır
15:29 / 21-11-2024
Ceyhun Bayramov misirli nazirlə telefonda danışıb
14:46 / 21-11-2024
Quterreş Bakıda: "Razılaşma istəyi hiss olunur"
14:43 / 21-11-2024
"Kəpəz"in futbolçusu əməliyyat olunub
14:36 / 21-11-2024
Rusiya Qərb silahlarına qarşı tədbirlər görməyə başlayıb
14:33 / 21-11-2024
SOCAR ilə “Tree Energy Solutions” arasında Birgə Tədqiqat Sazişi imzalanıb
14:08 / 21-11-2024
Ukrayna ərazi əvəzində sülhə razılaşmayacaq - Nazir
12:28 / 18-11-2024
Turan Manafzadə: “Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” - Müsahibə
12:05 / 19-11-2024
MMC vətəndaşın mənzilini dağıdıb, indi də obyektini ələ keçirmək istəyir - Fotolar
13:32 / 21-11-2024
Dünyanın ən güclü donanmaları... - Qardaş Türkiyə siyahıda neçəncidir?
19:50 / 19-11-2024
Beynəlxalq Bank 272 min manat cərimələnib
16:45 / 20-11-2024
Nazir: "Regionlardakı bəzi poçt şöbələrinin bağlanması araşdırılacaq"
16:22 / 20-11-2024
“Real Betis” klubunun nümayəndəsi Bakıda nəyə təəccüblənib? - Foto
15:29 / 18-11-2024
Daha üç şəhərə konsul təyinatı olub - Siyahı
17:09 / 18-11-2024
Deputatın oğlu yeni vəzifəyə təyin olunub
10:03 / 20-11-2024
Azərbaycan və Türkiyənin bələdiyyə təşkilatları arasında görüş keçirilib - Fotolar
16:45 / 21-11-2024
Prezident iki Mərkəzi ləğv edib - Sərəncam
09:37 / 21-11-2024
Naxçıvan səhiyyəsində həbslər başlayıb
15:55 / 20-11-2024
Deputatın "Zəngimcell" oyunu: "Balansınız bitmişdir..."
Qriboyedovu öldürtmüş adam... - Ənvər Çingizoğlu yazır
Tarix: 02-05-2021 13:28 | Bölmə: Ənvər ÇİNGİZOĞLU
Qacarlar dövlətinin Baş naziri olmuş şəxslərdən biri Allahyar xan Asəfüddövlədir. Rus tarixşünaslığının təsiri ilə Azərbaycanda bu şəxsiyyət həmişə qaralanıb. Onu rus şairi və diplomatı A. Qriboyedovun ölümündə günahkar biliblər. A. Qriboyedov isə indiyənəcən Qarabağda tökülən şəhid qanının baiskarıdır. O, ermənilərin Qarabağa köçürülməsi planını hazırlayıb. Hətta Baş nazirin arvadlarını - erməni əsilli olmasını bəhanə gətirərək Qafqaza göndərmək istəyirdi. Baş naziri yaxından tanıyaq...
Allahyar xan İranda tanınmış Tacbəxş soyuna mənsubdur. Bu soy Qacar elinin Dəvəli oymağının Qaraxanlı tayfasına bağlı olub. Qaraxanlı tayfasının böyüklərindən olan Hacı Canməhəmməd xan Qacarlar dövlətinin qurulmasında önəmli rol oynayıb.
Hacı Canməhəmməd xanın dördüncü оğlu Məhəmməd xan Astrabad civarında doğulub və mükəmməl mədrəsə təhsili alıb. Savadlı olduğundan dolayı mirzə ünvanı daşıyıb. Rüknəddövlə ləqəbinə sahib idi.
Mirzə Məhəmməd xan 1786-cı ildən 1795-ci ilədək Qəzvinin bəylərbəyi, 1795-ci ildən Tehranın bəylərbəyi оlub. 1797-ci ildə Ağaməhəmməd xan Qarabağa gеdəndə Mirzə Məhəmməd xana tapşırıq vеrib ki, əgər başına bir iş gəlsə, Baba xandan başqa hеç kimi paytaxta buraxmasın.
Mirzə Məhəmməd xan Baba xanı Fətəli şah edəndən sonra Qacarlar dövlətində "Tacbəxş" kimi tanınıb.
Mirzə Məhəmməd xanın törəmələri Tacbəxş, Bəylərbəyi soyadını daşıyırlar.
Mirzə Məhəmməd xan Tubu bəyim İbrahimxəlil xan qızı Sarıcalı-Cavanşirlə və başqa bir nеçə xanımla dünya еvinə girib. Rüstəm xan, Nurməhəmməd xan, Allahyar xan, Allahverdi xan, Fətəli xan, Məhəmmədbağır xan, Mehdi xan, Möhbəli xan adlı оğulları, Gövhərtac xanım, Xırda xanım, Nəvvab Haciyə xanım adlı qızları olub.
Mirzə Məhəmməd xanın ikinci оğlu Allahyar xan Astrabad civarında doğulub. Mükəmməl mədrəsə təhsili alıb. Asəfəddövlə ləqəbi daşıyırdı. Fətəli şahın vəziri vəzifəsinədək yüksəlib.
Əminə Pakrəvan yazır: “Şahın qohumu olan Allahyar xan, yenicə Asəfəddövlə ləqəbini almış və baş vəzir olmuşdu. O da savaşdan yana tutumunu ortaya qoydu.. Onun kimi xarakterlər daha çox din xadimlərinin verdikləri fitvalara görə davranırdılar. Din xadimləri fitva vermişdilər ki, savaşa qarşı çıxan kafirdir, dindən çıxmışdır və ölümü caizdir”. (Əminə Pakrəvan, Abbas mirzə və Azərbaycan, Bakı, “Qanun”, 2007, s.98)
Allahyar xan Rus-İran savaşında iştirak edib.
Bu sırada çaparlar Baş vəzir Allahyar Asəfəddövlənin gəldiyini duyurdular. Baş vəzir Damğandan və Simnandan yardımçı güc gətirmişdi. Abbas mirzə, yaltaqlıqda üstad olan və intriqa uzmanı bu vəzirdən heç xoşlanmırdı. Baş vəzirin ona qarşı etdiyi bütün düşmənçilikdən xəbərdar idi. Baş vəzir nə savaş taktikasını anlayır, nə də savaşçı idi. Sadəcə, onun ən böyük amacı gördükləri işləri ilə şahın rizasını, diqqət və hörmətini qazanmaq olub. Baş vəzir əsəbləşdi ki, sürətlə davranılmır. Baş vəzir düşünürdü ki, tam onun gəlişi sırasında Şuşa ələ keçirilərsə, şahın yanında daha da etibar qazanar. Baş vəzirin bu davranışına Abbas mirzə müdaxilə edib. Hər kəsin gözünün önündə onların münasibətləri pozulub.
Ancaq mühasirə işi get-gedə təkmilləşirdi. Sentyabrın ortalarında Şuşaya girmə planlaşdırılıb. Ancaq Şəmkirdən gələn məğlubiyyət xəbəri çox olumsuz təsir göstərməyə başlayıb. Bu xəbər Şahzadənin sentyabrın ortasına bəlirlədiyi Şuşaya hücum planını altüst edib. Carçılar ordunun dəyişik yerlərində dolaşıb və hücum gününün dəyişdiyini söyləyirdilər.
Cahangir mirzə bu xəbəri duyduqda çaparaq atasının olduğu çadıra gəlir. Abbas mirzənin çadırı dövlət yetkililəri ilə dolu idi. Asəfəddövlə, Mustovfi-ul Məmalikdən həmlənin gecikməsinin səbəbini sorurdu. Onun bu davranışı Şahzadənin hüzurunda çox yersiz və ədəbsiz hərəkət kimi görünürdü. Şahzadə Məhəmmədəli mirzənin göndərdiyi məktubu Baş vəzir Asəfəddövləyə verib və yüksək səslə oxumasını istəyib. Baş vəzir məktubu oxuduqca rəngi üzündən qaçır və heyrətini gizlədə bilmir. Məhəmməd mirzə məktubda yazmışdı ki, onun səkkiz minlik ordusu Gəncənin yaxınlığında - Şəmkirdə General Mədədovun ordusu ilə savaşa girib. Zaman keçdikcə bu savaşda Məhəmməd mirzənin məğlub olma xəbəri də Abbas mirzəyə çatıb. Məhəmməd mirzənin Şəmsəddinlu çobanlarından aldığı bilgiləri yanlış dəyərləndirməsi onun məğlubiyətinə səbəb olub. Bəlkə də bu çobanlar ruslar tərəfindən alınmışdı və onların istədikləri bilgiləri Məhəmməd mirzəyə veriblər.
Çobanların dediklərinə görə, rusların o bölgədə böyük birimləri olmayıb və sadəcə, Tiflis ermənilərindən olan kiçik bir alay olub. (Cahangir mirzə, Tarixi-no, Tehran,)
Vəliəhdinə qarşı şübhəli olan Fətəli şah Asəfüddövləni Qacarlar qoşununun bir sərkərdəsi kimi Abbas mirzənin düşərgəsinə göndərib. Şahın belə işləri Abbas mirzəni narahat edib. Şahın şübhələnməsi şayiələrə əsasən get-gedə çoxalıb. Əlbəttə ki, bu şübhələr çox etibarsız, gərçəksiz və haqsız idi. Abbas mirzə Asəfüddövlənin sərəkərdə seçilməsini eşidərək bir məktubla saraya müraciət edib:
“Ona fəda olduğum böyük mirzə bilsin ki, Asəfüddövlənin hörməti qoşun gətirməkdə bizə məlumdu. Lakin bu nəcur xam xəyaldır. Onun qoşunla gəlməsi bizim üçün faydasızdır və təkcə faydası bizi narahat etməsidir... Biz onun gəlməsindən əsla razı deyilik. Yenə siz hər nə əmr etsəniz.” (Rain İsmayıl. Hüququbegirani İngilis dər İran, Tehran. “Cavidan”, IX çap, 1373, s. 132.)
Asəfüddövlə də şah kimi Rusiya-İran savaşının davamı ilə müxalif olub. O, İngiltərədən maaş alanlardan hesab olunurdu. O, nəinki təkcə Abbas mirzəyə yaxşı sərkərdə ola bilməzdi, bəlkə İran qoşununun baş sərəkərdəsinə narahatlıq yarada, qoşunda nizamsızlığa səbəb ola bilərdi. O, Xorasanı İrandan ayırmağa çalışıb.
İngiltərənin nazir səlahiyyətli səfiri öz dövlətinin xarici işlər nazirinə bir hesabatda belə yazıbdır:
“...Asəfüddövlə özü və bütün ailəsi tam şəkildə ingilis dövlətinin ixtiyarında və xeyrxahıdılar. Onlar bizim sadiq xidmətçimizdir....”
Fətəli şahın savaşa görə etinasızlığından çox narahat olan Abbas mirzə Asəfüddövlə savaş meydanlarında hazır olmadan öncə bir məktubla sədr əzəmə yazıb:
“Bu gün tətil çağı deyil. Təcil etməyə bir vaxt varsa, o da yalnız bu gündür. İndiyə kimi nə qədər gecikmə və qəflət olub bəsdir... o, alicənab ki, sədrəzəm vəzifəsində işləyirsiz və bizm missiyamızda və sınırların işlərində tam vəkilsiz və mükəmməl dəxalət edirsiniz, gərək bu sözlərə qulaq asmayıb və bu sözlərə bel bağlamaqla yataqda rahat yatmayıb, bəlkə bu gün bizə fayda verən bir fikir irəli sürülməsi lazımdır. Bu gün Hindistanın top və tüfəngi, Londonun yalan pul vədələri, ingilis və Osmanlının araçılıq vədələri işə gəlməz. Bu gün düşmən iki tərəfdən iki məntəqəyə və bir tərəfdən bir qalasız əyalətə yaxınlaşır. Gərək igidlik edib puldan, qoşundan, topdan və tüfəngdən əsirgəmiyək. Dayanma, döyüşmə, düşməni məhv etmə və bu yolda ölüm və ziyan almadan qorxmamaq gərəkir. (Qaemməqami Cahangir. Münşəat, Tehran, “Kitabxaneyi İbni Sina”, I çap, 1337, s. 18-20.)
Allahyar xan Asəfüddövlə nəinki hərbi işlərdə təcrübəsiz idi, bəlkə, Abbas mirzədən icazə almadan 110 top və bir sıra əsgər ilə Azərbaycanın Abbasabad qalasında ondan xəbərsiz ruslara qarşı hücuma keçib. Bu iş İran-Rusiya savaşının ikinci mərhələsində İranın məğlubiyyətini sürətləndirib. Misal üçün, onun özbaşına işlərindən olan Araz çayından keçməsini qeyd edə bilərik . O, Rusiya-İran savaşında rusların qabağından qaçan ilk sərkərdədir. Elə bu zəifliklərinə görə sərkərdəlikdən kənara qoyulub.
Bu dövrdə yaşayan Mirzə Əbulqasım Qaemməqam Fərahanı Asəfüddövlənin savaş meydanından qaçmağı ilə bağlı qəsidə biçimində bir şeir yazıb kı, onun bir hissəsi belədir:
1. Begriz be hengame ke hengame goriz əst,
Ro dər peye can baş ke can səxt əziz əst.
2. Can əst, nə an əst ke asanş təvan dad,
Beşnas ke asan çe o doşvar çe çiz əst.
3. An ahuye rəm dide ke dər yek şəb o yek ruz,
Əz rud ze kəm aməde ta Dizəc o diz əst.
Rusiya yazıçısı və diplomatı A. S. Qriboyedovun öldürülməsində Asəfüddövlə Allahyar xan Dəvəli-Qacarın birbaşa əli olub. Günahkar isə Qriboyedov idi.
Tarixçi Firudin Adəmiyyət yazır:
“Qriboyedov Tehranda bir zaman səfirlik missiyasından keçərək Qacarlar hökumətindən istədi ki, Allahyar xan Asəfüddövlənin evində olan iki müsəlman erməni qadınını rus səfirliyinə təslim etsinlər. O, inanırdı kı, İrəvan əvvəl İran ərazisindən hesab olunurdu və indiki Gülüstan müqaviləsinin üçüncü maddəsinə əsasən Rusiya hakimiyyətinə aiddir, bu qadınlar isə öz ölkələrinə qayıtmalıdırlar”.
Rus səfirinin israrı və öz Xarici İşlər Nazirliyinə təkrar hesabatı nəticəsində Fətəli şahın əmrilə iki qadını Tehranda Rusiya səfirliyinə veriblər. Bu xəbərin yayılması, özəlliklə Asəfüddövlənin bu barədə təbliğatları xalqın dini ehtirasına və dini rəhbərlərin etirazına səbəb olub. Neçə gündən sonra kütləvi ixtişaş yaranıb. Tehranın bazarı bağlanaraq geniş aksiya keçirilib. Xalq Rusiya səfirliyinin qabağına cəmləşib və müsəlman qadınların azad olmasını istəyiblər. Belə vəziyyəti fikirləşməyən Qriboyedov xalqın birliyindən çox təsirlənib və nəhayət heyrətlə və təəccüblə onların tələbinə təslim olaraq qadınları aksiyaçılara verib.
Xalqın Rusiya səfirliyinə hücumu o qədər güclü olub ki, kazaklar onların qarşısını almaq üçün güllə atmaq məcburiyyətində qalıblar. Bu arada təsadüfi şəkildə bir aksiyaçı güllə yarasından ölüb. Bu şəxsin ölümü Türkmənçay müqaviləsindən və rusların xəyanətlərindən əsəbləşən kütləni qəzəbə gətirib və səfirliyə yürüş etməyə şərait yaranıb. Onlar çox əsəbləşmiş vəziyyətdə səfiliyə girib və səfirdən vətəndaşlarının intiqamını alaraq öz nifrətlərini nümayiş etdiriblər.
Narazı və qəzəblənmiş kütlə dəhşətli və başıpozuq yürüşlərilə səfirliyə daxil olaraq Qriboyedov və səfirlik işçilərini öldürüblər. Bu olayda yalnız səfirliyin birinci katibi Maltsov canını qurtara bilib. O, bu hadisənin canlı şahidlərindən biri idi.
Maltsov bir Rusiya vətəndaşı kimi Qriboyedovun pis əxlaq və davranışından xəbərdar olub. Onun yersiz təəssüblərini bilirdi və qeri-insani əməllərini qısa müddətlik səfirlik fəaliyyətində görmüşdü. Maltsov onun İran xalqına və hakimiyyətinə qarşı kobud və vəhşi davranışını Rusiya başçılarına bildirib. O, bu hesabatda Qriboyedovu xalqın aksiya keçirməsində, əsəbləşməsində və səfirliyə yürüş etməsində günahlandırıb, onun səhvlərinin bu hadisənin yaranmasında əsas amıl olduğunu diqqətə çatdırıb və İran dövlətinin səfarətə hücumunun qarşısını almaq üçün səyini alqışlayıb.
Səfirliyin birinci katibinin hesabatı Qacar hakimiyyətinin xeyrinə olub. Abbas mirzə, Mirzə Qaimməqam Fərahaninin yardımı ilə I Nikolaya bir məktub yazıb. Məktubda belə qeydlər var:
“…Bildir İran dövləti Rusiya dövləti ilə ürəkdən dostluq bağladı. Bu yolda öz canından və malından keçdi. O qədər çalışdı ki, Allahın lütfü və fateh imperatorun sayəsində istəklənənlər əldə edildi. Bu ildə bu dostluğu möhkəmləşdirmə istiqamətində və bu ölkənin bəzi işlərinə nəzm vermək üçün öz münasib mövqeyini elan edərək, o əlahəzrətin görüşünə maraqlı olmağımı bildirirəm. Bu arada zamanın baş verən əcaib hadislərindən biri ölkənin səfirinin ölüm olayıdır. Belə hadisə indiyədək bizim ölkədə baş verməyib və eşidilməyibdir. Əslən belə iş xəyal ələmində də zənn olunmazdı. Elə buna görə hadisənin qarşısını heç kəs ala bilmədi. Bəli, bu iş qəfil və xəbərsiz baş verdi. Elə təcili baş verdi ki, onun qarşısın almağa fürsət olmadı… Bu ölkənin hökuməti, başçıları və bütün xalqı bu olaya görə kədərli və yaslıdılar… Bu pis işə və səhv davranışa cahillərin fitnəsi və sadə kütlənin üsyanından başqa ayrı səbəb axtarmaq olmaz… İndi İran dövləti bu işdə təqsirkar olanların, cahillərin və qan tökənlərin tənbehini düşünür…”(Adəmiyyət Firudin. Əmir Kəbir və İran, Tehran, “Xarəzmi”, Çao Iix, 1387, s. 54-55)
Çar əldə etdiyi məlumatlarla tanış olduqdan sonra Abbas mirzəyə cavab yazır. Bildirir ki, baş verən hadisə Rusiyanın nüfuzu üçün çox ciddi zərbədir və Rusiyanın dövlət nüfuzunun bərpa edilməsi üçün o, yeni müharibənin başlanması ilə bağlı qərar qəbul edib. Amma aldığı məlumatlarla tanış olduqdan sonra o da Qacar sarayının A. S. Qriboyedovun qətlində gühahkar olmadığını, Qacar sarayı tərəfindən bu hadisənin qarşısının alınması üçün cəhdlər göstərildiyini qəbul edir. Rusiya çarı dolayısı yolla erməni xacəsinin fitnəsinə uyan Qriboyedovun həlak olmasında onun özünün də günahkar olduğunu etiraf edir.
Sonra I Nikolay bildirir ki, baş vermiş hadisə ilə bağlı Abbas mirzənin Rusiya paytaxtına gəlməsi indiki halda məsləhət deyil. Çünki müəyyən qüvvələr bundan istifadə edib ölkə daxilində sabitliyi pozmağa çalışa bilər.
Rusiya çarı Abbas mirzənin diqqətinə çatdırır ki, üzrxahlıq üçün öz övladlarından birini Sankt-Peterburqa göndərməsi kifayətdir.
Allahyar xan 1834-cü ildən 1846-cı ilədək Xorasanın valisi olub.(Bamdad, I, s.54)
Allahyar xan Asəfüddövlə şair idi. Hacib təxəllüsü ilə türkcə yaddaqalan şеirlər yazıb.
Allahyar xan Asəfüddövlə türk dilinə daha çox üstünlük verib. Bir mənbədə yazılıb: “Nəhayət, uyğun saat yetişdi, Meydanda zənbərəklərdən atəş açıldı və gombul şah əndərundan öz biçimsiz yellənən yerişi ilə çıxmağa tələsdi və taxta əyləşdi. O, bahalı qızıl zərxaradan tikilən və vaxtilə babasınin geyindiyi libasda və iranlı [qacar] papağına kimi cəvahiratin içində idi….O, [Britaniya elçisi] Ellisə bir neçə kəlmə dedi və daha sonra Asəfüddövləyə [şahın dayısı Allahyar xan Dəvəli-Qacar] üzünü tutaraq türkcə nitq söyləməyə başladı... Şah ölkədəki əmin-amanlıqdan (!), xarici siyasətinin sülh xasiyyətli olmasından danışdı və İngiltərə ilə öz dostluğunu xüsusi vurğuladı. Asəf hər sözdən sonra "bəli, bəli" deyərək bağırırdı və şah öz nitqini bitirincə özü həmçinin türk dilində uzun-uzadı bir nitq söylədi…" (Ch. Stuart, "Journal of a residence in northern Persia and the adjacent provinces of Turkey)
Allahyar xan öncə bir nеçə arvadla, sоnra Fətəli şahın qızı Məryəm xanımla dünya еvinə girib. Məhəmmədqulu xan, şahzadədən Məhəmmədhəsən xan, Mirzə Məhəmməd xan, Məhəmmədəli xan, Hüsеyn xan adlı оğulları, Kəramətəssəltənə xanım adlı qızı olub.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Ənvər ÇİNGİZOĞLU
Bölməyə aid digər xəbərlər
11-04-2022, 21:25
Mazandaran alimi - Ənvər Çingizoğlu yazır
23-03-2022, 18:55
Rəşid Yasəmi: ədəbiyyatda nəciblik nümunəsi
17-03-2022, 09:49
Vahid Dəstigirdi: Nizaminin tədqiqatçısı
12-03-2022, 22:31
Ənvər ÇİNGİZOĞLU - Səid Nəfisi: Azərbaycan qəhrəmanı Babək Xürrəmdin əsərinin müəllifi
19-10-2021, 09:58
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədəli Füruği: siyasətçi, diplomat, tarixçi, tərcüməçi və millətçi kimi
16-10-2021, 01:06
Ənvər ÇİNGİZOĞLU - Hacıəli xan Rəzmara: Qurban bayramında doğuldu, terror qurbanı oldu
13-09-2021, 16:31
Ənvər ÇİNGİZOĞLU - Şəkinskilərin İran qolu haqqında... - Ənvər Çingizoğlunun araşdırması
10-09-2021, 17:27
Nəcəfqulu xan Sərşar: Qaradağın ağ gün görməmiş şairi
27-08-2021, 16:48
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədqulu xan Alar: inqilabda sərkərdə, işdə sərkar.. - Fotolar
20-08-2021, 13:38
Ənvər ÇİNGİZOĞLU - İsmayıl xan Şəfai: Tehran-43 konfransında şahın tərcüməçisi - Fotolar
16-08-2021, 15:51
Ənvər ÇİNGİZOĞLU - Seyid Məhəmməd Dəbirsiyaqi: tədqiq və tədrisin işığında - Fotolar
24-07-2021, 16:15
Ənvər ÇİNGİZOĞLU - Qaradağ elləri: beloğludan eloğluya qədər - Ənvər Çingizoğlu yazır