00:55 / 22-11-2024
Silvester Stallone yeni seriala çəkilir
00:45 / 22-11-2024
Məşhur yazıçının yeni romanı nəşr edilib - Foto
00:07 / 22-11-2024
Hikmət Hacıyev: “Politico”nun üzr istəməsini tələb edirik!”
23:28 / 21-11-2024
Gəncədə iki nəfər bıçaqlanıb
22:07 / 21-11-2024
Putin ABŞ və Qərb dövlətlərinə xəbərdarlıq edib
20:55 / 21-11-2024
Ceyhun Bayramov Özbəkistanın xarici işlər naziri ilə telefonda danışıb
20:08 / 21-11-2024
Milli Məclis bəyanat yayıb
19:12 / 21-11-2024
Leyla Əliyeva Qlobal Liderlərin Dialoqunda iştirak edib - Fotolar
18:08 / 21-11-2024
SPECA İqlim Ağıllı Şəhərlər Forumu üzrə Bakı Bəyannaməsi imzalanıb
18:03 / 21-11-2024
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
17:49 / 21-11-2024
Pərviz Şahbazov İstanbula gedir
17:25 / 21-11-2024
Əli Əsədov “Elektron hökumət” portalı ilə bağlı qərar imzalayıb
17:18 / 21-11-2024
Rusiya Tramp haqqında filmin yayımına icazə verməyib - Fotolar
17:08 / 21-11-2024
Nazirlər Kabineti riskli vergi ödəyiciləri haqqında qərar imzalayıb
16:48 / 21-11-2024
Matviyenko Azərbaycana gəlir
16:45 / 21-11-2024
Prezident iki Mərkəzi ləğv edib - Sərəncam
16:32 / 21-11-2024
Deputatlar daha 12 qanuna dəyişikliyi müzakirəyə çıxaracaq - Siyahı
16:23 / 21-11-2024
Leyla Əliyeva COP29-da: nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələr olub - Fotolar
16:17 / 21-11-2024
Baş nazirin və sabiq müdafiə nazirinin həbsinə order verilib
16:17 / 21-11-2024
Milli Məclisin deputatı NATO PA-nın illik sessiyasında iştirak edəcək
16:06 / 21-11-2024
Putin Şimali Koreya liderinə 75 vəhşi heyvan göndərib
16:00 / 21-11-2024
Gömrük orqanlarına qəbul imtahanı keçiriləcək
15:45 / 21-11-2024
Dünya şöhrətli rejissorun 10 ən yaxşı filmi... - Siyahı
15:32 / 21-11-2024
Məşhur musiqi qrupu dünya turuna çıxır
15:29 / 21-11-2024
Ceyhun Bayramov misirli nazirlə telefonda danışıb
14:46 / 21-11-2024
Quterreş Bakıda: "Razılaşma istəyi hiss olunur"
14:43 / 21-11-2024
"Kəpəz"in futbolçusu əməliyyat olunub
14:36 / 21-11-2024
Rusiya Qərb silahlarına qarşı tədbirlər görməyə başlayıb
14:33 / 21-11-2024
SOCAR ilə “Tree Energy Solutions” arasında Birgə Tədqiqat Sazişi imzalanıb
14:08 / 21-11-2024
Ukrayna ərazi əvəzində sülhə razılaşmayacaq - Nazir
12:28 / 18-11-2024
Turan Manafzadə: “Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” - Müsahibə
12:05 / 19-11-2024
MMC vətəndaşın mənzilini dağıdıb, indi də obyektini ələ keçirmək istəyir - Fotolar
13:32 / 21-11-2024
Dünyanın ən güclü donanmaları... - Qardaş Türkiyə siyahıda neçəncidir?
19:50 / 19-11-2024
Beynəlxalq Bank 272 min manat cərimələnib
16:45 / 20-11-2024
Nazir: "Regionlardakı bəzi poçt şöbələrinin bağlanması araşdırılacaq"
16:22 / 20-11-2024
“Real Betis” klubunun nümayəndəsi Bakıda nəyə təəccüblənib? - Foto
15:29 / 18-11-2024
Daha üç şəhərə konsul təyinatı olub - Siyahı
17:09 / 18-11-2024
Deputatın oğlu yeni vəzifəyə təyin olunub
10:03 / 20-11-2024
Azərbaycan və Türkiyənin bələdiyyə təşkilatları arasında görüş keçirilib - Fotolar
16:45 / 21-11-2024
Prezident iki Mərkəzi ləğv edib - Sərəncam
09:37 / 21-11-2024
Naxçıvan səhiyyəsində həbslər başlayıb
15:55 / 20-11-2024
Deputatın "Zəngimcell" oyunu: "Balansınız bitmişdir..."
Mirzə Ələsgər xan Əminüssultan: əsli hu! - Fotolar
Tarix: 05-05-2021 18:11 | Bölmə: Ənvər ÇİNGİZOĞLU
Dədələr deyiminə görə, əslində olan dırnağında bildirər. Ot kökü üstündə bitər. Mirzə Ələsgər xan zatından öyrəndiyi pislikləri sarayda da tətbiq edib. Hiyləgərliyi sayəsində dəvə damından çıxıb, sədarət məqamına əyləşib. Sonda da bir təbrizlinin əli ilə bu mənsəbindən kəlləmayallaq olub. Siz də tanıyın...
Mirzə Ələsgər xan Ağa İbrahim oğlu 1857-ci ildə Tehran şəhərində anadan olub. Bəzi müəlliflərə görə, gürcü əsillidir. Əbülhəsən Bozorq Ümid onu gürcülərin laçın tayfasından hesab edir. Amma gürcülərin belə bir tayfası mövcud deyil. (Əbülhəsən Bozorq Ümid. Əz mast ke bar mast. Möhtəvi-ye xaterat və moşəhadət. Yersis və vaxtsız. s. 78.)
Əslində Mirzə Ələsgər xan erməni əsillidir. Bir çox tarixçilər bunu yazırlar. Məhəmmədhəsən xan Etimadüssəltənə “Xabnamə, ya yek pərde əz əsrare-enhetate-İran” (Yuxu kitabı, yaxud İranın tənəzzül etməsi sirlərindən bir pərdə) adlı dastanvari əsərində 11-ci Baş nazir Mirzə Ələsgər xan Əminussultanın babasının Səlmaz ermənisi Zal olduğunu yazır və Ağa Məhəmməd şah Qacarın dilindən “İranın üzünə səadət qapılarını bağlayan, bu çətinliklərin baisi və bədbəxtliyin səbəbkarı on birinci stulda əyləşəndir”,- deyə bildirib. (Məhəmmədhəsən xan Etimadüssəltənə, Xabnamə) Maraqlıdır ki, Səttar xan Sərdari-milli də ona ünvanladığı məktubunda erməni olduğunu yazıb.
Ələsgər xan mükəmməl ailə təhsili alaraq, ərəb və fars ədəbiyyatını da mükəmməl öyrənib. Əvvəlcə Sahibi-cəm, sonra Əminülmülk, daha sonra Əminüssultan ləqəblərini alıb.
Mirzə Ələsgər xan Əminüssultan 13 mart 1887-ci ildə Qacarlar məmləkətinin Sədr-əzəmi təyin olunub. O, Mirzə Əli xan Əminüddövləni əvəz edib. 23 noyabr 1896-cı ilədək Baş vəzir olub.
O, Nasirəddin şah Şeyx Camaləddin Əsədabadini İrana dəvət edib. Parisdən Ərəbistana getməyi planlaşdıran Şeyx, bu təklifi qəbul edərək İrana dönüb.
Q. Mürşüdlü məqaləsində şahın C. Əfqanini özünə müşavir təyin etdiyini yazır. Onun qeydlərinə görə, C. Əfqani müşavir olduğu zaman şahın diqqətini ölkədə islahatların keçirilməsinə yönəldir: “Hakimiyyətdə xalqın da iştirakını təmin etməyə çağırır. Şah isə bu təklifi rədd edərək, onu gizli izlətməyə başlayır. Əfqani isə öz fəaliyyətindən geri dönmür. Digər tərəfdən, ona düşmən münasibət bəsləyən vəzir Əminüssultan və bir sıra saray adamları da ona qarşı kampaniya aparırlar. Nəhayət, onu İrandan uzaqlaşdırmağa nail olurlar”.
Mirzə Ələsgər xan Əminüssultan müstəbid, irticaçı bir şəxsiyyət idi. Yeni gömrük sazişlərinin bağlanmasına çalışan Baş nazir Əminüssultan Atabəyi Nəcəf ruhanilərinin dinsiz elan etmələrindən sonra Təbrizdə vərəqələr yayılıb. Bazar və dükanlar bağlanıb, etiraz edən kütlə, bütün xarici gömrük müşavirlərinin ölkədən qovulmasını tələb edib. Ruhanilərin tələbləri sırasında meyxanaların, mehmanxanaların, eləcə də yeni üsullu məktəblərin bağlanması tələbi də irəli sürülüb. Vəliəhd Məhəmmədəli mirzə yazılı olaraq belçikalı gömrük müşaviri Primi şəhərdən çıxartdığını, meyxanaların, mehmanxanaların və yeni məktəblərin qapadılması haqqında göstəriş verdiyini bildirib.[Əhməd Kəsrəvi, Tarixe Məşruteye İran, s. 31.]
Mirzə Ələsgər xan Əminüssultan 1896-cı ildə framason təşkilat olan “Adəmiyyət” cəmiyyətinin üzvü idi.
Mirzə Ələsgər xan Əminüssultan 1 iyun 1898-ci ildə yenidən Qacarlar dövlətinin Baş naziri təyin edilib. Bu dəfə Şahzadə Sultan Əbdülməcid mirzə Eynüddövləni əvəz edib.
Bаş nаzir Əminüssultаn, hərbi nаzir Nаibüssəltənə və digər dövlət məmurları 400 min tümən rüşvət аlıblаr. (Şеyх Rzа Zəncаni. Tənbəкinin hərаm еdilməsi, Tеhran, 1333, s. 34.). Hadisənin müşahidəçilərindən оlаn Аbbаs mirzə Mülкаrа yаzır кi, şаh öz nаzirlərinin məşvərətilə ölkənin tütün-tənbəki imtiyаzını çох ucuz qiymətə ingilislərə sаtıb, 25 min funt stеrlinq rüşvəti еşidən şаh heç bir fiкir еtmədən imtiyаz müqаviləsini imzаlаyıb. İngilislər Bаş nаzirə və bаşqаlаrınа dа rüşvət vеriblər.(Аbbаs mirzə Mülкаrа, s.114)
1903-cü ildə yeni gömrük tarif sisteminə qarşı hərəkat Azərbaycanda daha qalmaqallı keçib.
Mütləqiyyətə, onun Baş naziri Əminüssultan Atabəyə və bеlçikalılara qarşı Təbrizdə başlanmış еtiraz çıхışları İranın başqa şəhərlərinə də yayılıb. 1903-cü ildə Baş nazir hakimiyyətdən uzaqlaşdırılıb və Qacarlar sülaləsinin nümayəndəsi Еynəddövlə Baş nazir olub. Lakin ölkənin vəziyyətində dəyişiklik baş verməyib. Əhali arasında narazılıq artıb.
Eynəddövlənin rəqibi Əminüssultanın adamı Məhəmmədtağı xan, belçikalı vergi naziri Nousun bir toplantıda molla qiyafəti ilə çəkilmiş bir fotosunu, üləmanı qızışdırma amacıyla çap etdirib. Bir qiyafə balında çəkilən bu foto, üləmanın şiddətli etirazına səbəb olub. Nous, ayrıca Rusiya ilə ticarətin artmasına yardımçı olmaqla bərabər Poçt və Teleqraf vəzarəti də yaradıb, pasport qeydiyyatı səlahiyyəti də ona verilib. Belçikalı Nousun sorumlu olduğu bütün bu qurumların çalışmalarından iqtisadi cəhətdən zərər görən siniflər və mənəvi yöndən qürurları tapdalanan üləma bu olayı bəhanə edərək Nousa qarşı şiddətli təpki göstərib, etirazını bildirib. Müzəffərəddin şahın Avropaya edəcəyi üçüncü səfərdən qısa müddət öncə, 1905-ci ilin iyununda, Tehran əsnafı tətil edib, Belçika və Rusiyanın iqtisadi nüfuzunu boykot etmək üçün Şah Əbdüləzimə sığınıblar.
Tehranı tüccarını izləyən digər şəhərlərdə də ortaya çıxan təpki və tətillər, üləmanın şaha qarşı əlini daha da gücləndirib. Şiraz valisi Şuaəssəltənə ilə üləma tərəfindən yönləndirilən şəhər əhalisi arasındakı çəkişmə, çatışma nöqtəsinə çatıb. Şeyxliyin mərkəzi olan Kirmanda və hətta Təbriz şəhərində, şeyxilərlə müxalifləri üsulilər arasında çatışmalar yaşanıb və verilən fitvalardan dolayı ölümlərlə nəticələnən böyük olaylar meydana gəlib. Şirazda ortaya çıxan qarışıqlıq və çatışma ölkənin hər tərəfinə yayılıb.(S. Ə. Kəsrəvi, I cild, s.52) Özlərini xalqın dini və milli məsələlərdə sözçüləri olaraq görən üləmayla dövlət arasında, Şirazda ortaya çıxan ixtişaş, bu şəkildə, hardasa ölkənin bütün şəhərlərində baş verib.
Bu olayların canlı şahidi, üləmadan Yəhya Dövlətabadi qələmə aldığı xatirələrində inkişaf edən olaylarla ilgili olaraq belə yazır: “Müxalif topluluğun Həzrət-i Əbdüləzim türbəsindən geri dönüşünün ardından bir müddət topluluğun öndərliyini edənlər xalqın arasında əhalinin tələbiylə məşğul oldular. Əsasən Seyid Abdulla (Behbehani) bugünə qədər ümumiyyət üzərində hər hansı bir rəyasətə sahib olmamaqla bərabər etdiyi çıxışları və müdaxilə etdiyi şəri məsələlərlə xalqın özündən xoşnudsuz olmasına nədən oldu. Bəzi elm əhli və mədrəsə tələbələrindən ibarət qrup müxalifət hazırlıqları üçün Seyid Abdullanın yanına gəlib-getməkdəydi. Seyid Abdullanın belə bir ortamı yaxalamasının səbəbi də xalq üzərində daha çox təsirə sahib ola biləcək Şeyx Fəzlullah Nurinin milli həyəcanlara isti baxmaması və Atabəyə dəstəyi nədəniylə etibarının bir az azalmış olmasıdır. Bütün bunlara rəğmən Seyid Abdulla üçün şəri məsələlərin rəyasəti mühəyya olmuşdu. Atabəy də bu arada üləmaya yaxın davranmaqda və Əmir xan Sərdar da dəvətlər və özəl ilgiylə üləmanı oyalamağı yaxşı bilirdi. Beləcə, kimsənin ağlına şahın Ədalətxananin təsisi haqqındakı fərmanı gəlmirdi. Dövlət ərkanı bəzən bu xüsusda bir sualla qarşılaşdıqlarında isə dövlət ricalının işlərin hazırlığıyla məşğul olduğunu söyləyərək məsələni keçirdirdilər.” (Yəhya Dövlətabadi, Həyat-i Yəhya, Tehran, Çehr mətbəəsi, Bita nəşriyyatı, II c. s.34-35)
Mirzə Əli xan Əminüddövlədən sonra sədarətə keçən Mirzə Ələsgər xan Əminüssultan ruslardan almış olduğu borc qarşılığında 75 illiyə bütün gömrük gəlirləri, Fars körfəzindəki limanlar və Fars gömrüyü xaric, digər limanlar girov olaraq anlaşmaya qoyulub. Bir il sonra yenidən 10 milyon manat borc alınıb. Eyni ağır şərtlər altında ingilis bankından da borclar alınıb. (İrəc Pezişkzadə, Müruri dər inqilab-e Məşrutiyət-e İran, Əlborz nəşriyyatıı, 2-ci çap, Yaz, 1385, s.11)
Mirzə Əliəsgər xan Atabəy, sədarətə gəldiyi zaman şahın xəstə olduğunu və müalicə məqsədilə Avropaya getməsi lüzumunu dilə gətirib. Buna görə də Rusiyadan borc almaq üçün bir sıra fəaliyyətlərə başlayıb. Rusiya ilə aparılan görüşmələr nəticəsində aşağıdakı şərtlərlə anlaşma bağlanıb:
1. İranın ruslardan başqa bir dövlətə borclanmaması üçün “monopoliya məsələsindən” qaynaqlanan ingilis şirkətinin zərərinə qarşı Rusiya, iki milyon tüməni Qacarlar hökumətinə qaytaracaq.
2. Bu borcun 75 il içərisində ödənəcəyi, on il ərzində qaytarılmadığı təqdirdə, bu borcun ödənməsindən öncə Qacarlar hökuməti başqa bir dövlətdən borc almayacaq.
3. Fars əyaləti və Bəsrə körfəzi limanlarından başqa bütün İran gömrüklərinin qazancı, rus bankına daxil olacaq və daha sonra hesablanaraq borcun faizi çıxarıldıqdan sonra geri qalan pul İrana veriləcək.
4. Sadalanan gömrüklərin gəliri borcu qarşılamadığı təqdirdə İran gömrüklərinin Rusiya nəzarətinə daxil olacaq; bununla məqsəd hasil olmazsa, gömrüklər ruslar tərəfindən idarə ediləcək. (İsmayıl Rain, Əncimənha-yi sirri dər inqilab-i Məşrutiyət, Tehran 1355, s.28)
Mirzə Ələsgər xan Əminüssultan 1 may 1907-ci ildən 31 avqust 1907-ci ilədək Qacarlar dövlətinin Baş naziri olub.
Məşrutə (Konstitusiya) hərəkatı tərəfdarları arasındakı narazılıqdan istifadə edən şah qatı irticaçı Əminəssultanı Baş nazir təyin edib. Onun dövründə bir çox şəhərlərdə demokratik hərəkata qarşı feodalların qiyamları təşkil olunub. Əminüssultanın mürtəce siyasəti xalqı daha da hiddətləndirib. O, 1907-ci ilin avqustunda fədai dəstələri tərəfindən qətlə yetirilib.
Mirzə Ələsgər xan Əminüssultan 1907-ci ildə Abbas ağa Təbrizi tərəfindən öldürülüb. Qumda, Fatimə-i Məsumə türbəsi yanında dəfn edilib.
Mirzə Ələsgər xan Əminüssultanın Əhməd xan, Möhsün xan adlı oğlanları, Qüdsəzəm xanım, Fəxrəzəm xanım, Nuşafərin xanım, Möhtərəm xanım və İftixar xanım adlı qızları olub. O, tarixçi Turac Atabəkinin babasıdır.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Ənvər ÇİNGİZOĞLU
Bölməyə aid digər xəbərlər
11-04-2022, 21:25
Mazandaran alimi - Ənvər Çingizoğlu yazır
23-03-2022, 18:55
Rəşid Yasəmi: ədəbiyyatda nəciblik nümunəsi
17-03-2022, 09:49
Vahid Dəstigirdi: Nizaminin tədqiqatçısı
12-03-2022, 22:31
Ənvər ÇİNGİZOĞLU - Səid Nəfisi: Azərbaycan qəhrəmanı Babək Xürrəmdin əsərinin müəllifi
19-10-2021, 09:58
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədəli Füruği: siyasətçi, diplomat, tarixçi, tərcüməçi və millətçi kimi
16-10-2021, 01:06
Ənvər ÇİNGİZOĞLU - Hacıəli xan Rəzmara: Qurban bayramında doğuldu, terror qurbanı oldu
13-09-2021, 16:31
Ənvər ÇİNGİZOĞLU - Şəkinskilərin İran qolu haqqında... - Ənvər Çingizoğlunun araşdırması
10-09-2021, 17:27
Nəcəfqulu xan Sərşar: Qaradağın ağ gün görməmiş şairi
27-08-2021, 16:48
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədqulu xan Alar: inqilabda sərkərdə, işdə sərkar.. - Fotolar
20-08-2021, 13:38
Ənvər ÇİNGİZOĞLU - İsmayıl xan Şəfai: Tehran-43 konfransında şahın tərcüməçisi - Fotolar
16-08-2021, 15:51
Ənvər ÇİNGİZOĞLU - Seyid Məhəmməd Dəbirsiyaqi: tədqiq və tədrisin işığında - Fotolar
24-07-2021, 16:15
Ənvər ÇİNGİZOĞLU - Qaradağ elləri: beloğludan eloğluya qədər - Ənvər Çingizoğlu yazır