13:17 / 17-10-2025
Dövlət qulluğuna qəbul qaydaları dəyişəcək
13:12 / 17-10-2025
Avropada şərab istehlakı azalır
13:01 / 17-10-2025
Qurban Qurbanov yeni biznesə başlayıb
12:58 / 17-10-2025
Milyarder iş adamı məşhur aktyorları qəzəbləndirib
12:50 / 17-10-2025
Sabah yağış yağacaq - Proqnoz
12:48 / 17-10-2025
Milli Məclisin plenar iclasının vaxtı elan olunub
12:43 / 17-10-2025
Paşinyan katolikosun ailəsinə hücum edir
12:30 / 17-10-2025
Gizir və miçmanların həqiqi hərbi xidmət müddəti artırılır
12:11 / 17-10-2025
Professor: Ramiz Mehdiyev yüksək vəzifələrə 900-dən çox kadr yerləşdirib
12:05 / 17-10-2025
"Hakimlər haqqında" qanuna dəyişikliklər qəbul olunub
12:05 / 17-10-2025
Azərbaycanın xarici dövlət borcu azalıb
11:57 / 17-10-2025
Yasamaldakı silahlı insident: iki nəfər saxlanılıb
11:45 / 17-10-2025
Əkrəm Əylisli: "Bu mövzuda danışamaq mənim üçün çox çətindir”
11:18 / 17-10-2025
Xaricdə yaşayan blogerlərin məhkəməsi başlayıb
11:17 / 17-10-2025
Bir qrup QHT rəhbəri cinayət məsuliyyətinə cəlb olunub
11:05 / 17-10-2025
Parlament prezident və birinci xanıma təbrik məktubu ünvanlayıb
10:57 / 17-10-2025
Üç tanınmış hakim təqaüdə göndərilir
10:47 / 17-10-2025
Ruslar Krivoy Roqa kütləvi hücuma keçib
10:41 / 17-10-2025
Ukrayna oyundankənar vəziyyətə salınır
10:26 / 17-10-2025
Xidmət: "Yağışlı hava davam edəcək"
10:12 / 17-10-2025
Ramiz Mehdiyev Təhlükəsizlik Şurasından çıxarılacaq
10:10 / 17-10-2025
Bakıda iki nəfər bıçaqlanıb
10:01 / 17-10-2025
Rusiyalı müxalifətçini öldürmək istəyənlər ələ keçib
10:00 / 17-10-2025
Pensiya yaşı artırılacaq? - Açıqlama
09:56 / 17-10-2025
Ekspert: "Eşqi Bağırov Agentliyə buraxılmır, onun "qələm"i qırılıb"
09:49 / 17-10-2025
İngilislər Qazaxıstana böyük məbləğdə investisiya qoyacaqlar
09:27 / 17-10-2025
Füzuli Şəhəri Günü münasibətilə atəşfəşanlıq olacaq
08:58 / 17-10-2025
“Kiss”-in məşhur gitaraçısı vəfat edib
08:52 / 17-10-2025
Kürdəmirdəki uşaq bağçasında yanğın olub
08:47 / 17-10-2025
Robot köpəklər Çinin küçələrində patrulluq edirlər
18:07 / 12-10-2025

17:37 / 15-10-2025

12:30 / 13-10-2025

10:12 / 13-10-2025

22:14 / 14-10-2025

08:06 / 13-10-2025

12:32 / 13-10-2025

13:21 / 15-10-2025

14:10 / 16-10-2025

13:38 / 13-10-2025

17:10 / 12-10-2025

20:10 / 13-10-2025

Mirzə İshaq xan Müfəxəməddövlə: AXC-ni tanıyan səfir - Fotolar
Tarix: 19-04-2020 12:36 | Bölmə: Ənvər ÇİNGİZOĞLU

İranın ictimai-siyasi həyatında önəmli rol oynamış şəxslərdən biri də Mirzə İshaq xan Müfxəməddövlədir.
Mirzə İshaq xan Mirzə Əbdülqəni oğlu 1870-cı ildə Cənubi Azərbaycanın Təbriz şəhərində anadan olmuşdu. Əslən Xoylu idi. Hacı Hüseynəli Xoyinin nəvəsi, Hacı Səfərəli Xoyinin qardaşı nəvəsi və Qacarlar dövlətinin baş naziri olmuş Mirzə Cavad xan Sədəddövlənin əmisi oğludur. O, ibtidai təhsilini atasından almışdı. Sonra Hərbi məktəbdə oxumuşdu. Hərbi məktəbi tamamlayandan sonra Avropaya yollanmış, ali təhsilə yiyələnmişdi. Fransız, ingilis, rus və alman dillərini bilirdi. Cavanlığında Mirzə Nəcəfəli xan Karpərdazın araçılığı ilə İranın Xarici İşlər nazirliyində işə düzəlmişdi. Mirzə Mahmud xan Əlaülmülkün yanında xidmət etmişdi. 1891-ci ildə Osmanlı dövlətində konsul kimi İranı təmsil etmişdi. 1896-cı ilədək bu vəzifədə çalışmışdı.
O, 1898-ci ildən İranda Müfəxəməddövlə, Avropada prins ləqəbi ilə tanınırdı.

Mirzə İshaq xan Müfəxəməddövlə bir müddət baş nazir Mirzə Ələsgər xan Əminüssultanın (1857-1907) dəftərxanasına başçılıq etmişdi.
Mirzə İshaq xan Müfəxəməddövlə 1900-cü ildə Müzəffərəddin şah Qacarın məiyyətində Avropada olmuşdu.
Mirzə İshaq xan Müfəxəməddövlə Xarici işlər naziri Mirzə Nəsrulla xan Müşirüddövlənin qızı ilə ailə qurandan sonra, 1901-ci ildən İranın ABŞ-da səfiri olmuşdu.
Mirzə İshaq xan Müfəxəməddövlə 1904-cü ilin mart ayında Tehrana dönmüşdü. Həmin ildə Qacarlar dövlətinin Avstriyada səfiri olmuşdu.

Mirzə İshaq xan Müfəxəməddövlə 1906-cı ildə Qacarlar dövlətinin Rusiya imperiyasında səlahiyyətli səfiri vəzifəsini icra etmişdi.
Mirzə İshaq xan Müfəxəməddövlə 1910-cu ildən Qacarlar dövlətinin İtaliyada səfiri olmuşdu.
Mirzə İshaq xan Müfəxəməddövlə 1912-ci ildən təkrar Qacarlar dövlətinin Rusiya imperiyasında səlahiyyətli səfiri olmuşdu. O, 1917-ci ildə İranın Rusiyada səfiri idi. II Nikolayın yıxılması haqqında xəbəri teleqramla Sultan Əhməd şah Qacara çatdırmışdı.
1918-ci il mayın 28-də Azərbaycan Milli Şurasının qəbul etdiyi istiqlal bəyannaməsi ilə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradılması elan edilmiş, Hökumət başçısı Fətəli xan Xoyski bu barədə radioteleqrafla xarici dövlət başçılarına məlumat vermişdi. İyun ayının 4-də Türkiyə ilə dövlətlərarası müqavilə imzalanmışdı. Cümhuriyyət daxili və xarici siyasət sahəsində qızğın fəaliyyətə başlamışdı.
Mirzə İshaq xan Müfəxəməddövlə 1919-cu ildə Seyid Ziyaəddin Təbatəbainin (1888-1969) başçılığı altında Azərbaycan Xalq Cümhuriyyətinə gələn elçilik heyətinə qatılmışdı. 14 nəfərdən təşkil olunmuş nümayəndə heyətinə Mirzə İshaq xan Müfxəməddövlə, Xarici işlər nazirinin katibi Seyid Bağır xan Kazimi, Daxili işlər nazirliyinin nümayəndəsi Yusif Müşar, Maarif nazirliyinin nümayəndəsi Rza Fəhmi, Poçt və Teleqraf nazirliyinin nümayəndəsi Rəhim Ərcümənd, Maliyyə nazirliyinin nümayəndəsi Tərcüman əs-Səltənə, Ümumi mənfəət nazirliyinin nümayəndəsi Məhəmmədcəfər mirzə Qacar və digərləri daxil idi. Diplomatlar 1919-cu ilin 6 noyabr tarixində Qafqaz Merkuri Şirkətinə aid gəmi ilə Ənzəlidən yola düşərək 1 gün sonra Bakıya çatdılar. Onları Azərbaycan Respublikasının rəsmi şəxsləri ilə yanaşı Bakıda yaşayan iranlılar da qarşıladılar.

Tərəflər arasında bir neçə ay davam edən danışıqlar nəhayət ki, 1920-ci ilin mart ayında uğurla başa çatır. Danışıqların uğurunu təmin edən başlıca səbəblərdən biri də, heç şübhəsiz, Azərbaycan Xalq Cümhuriyyətinin Paris Sülh Konfrasının nəticələrinə əsasən aparıcı dünya dövlətləri tərəfindən tanınması oldu. 20 mart 1920-ci ildə tərəflər arasında keçirilən sonuncu görüşdə İran tərəfindən tam tərkibdə nümayəndə heyəti Azərbaycan tərəfindən isə Xarici işlər naziri Fətəli xan Xoyski, Ədliyyə naziri Xəlil bəy Xasməmmədov, Ticarət və sənaye naziri Məhəmməd Həsən Hacinski, Yollar və küçələr naziri Xudadat bəy Məlik Aslanov, Poçt və teleqraf naziri Cəmo Hacinski iştirak etdilər. Tərəflər 7 sahə üzrə müqavilə imzaladılar.
Razılaşmanın ən mühüm cəhəti İranın Azərbaycan Xalq Cümhuriyyətini de-yure tanıması ilə bağlı idi. Nəhayət ki, Azərbaycan diplomatiyası qarşısında duran müşkül vəzifələrdən daha birinin öhdəsindən gəlməyə müyəssər olmuş, Qacarlarla bərabərhüquqlu münasibətlər təmin edilmişdi. İran heyətinin rəhbəri Seyid Ziyaəddin bütün müqavilə və protokolları heyət üzvlərindən biri vasitəsilə baş nazir Mirzə Həsən xan Vüsuqəddövlənin (1874-1950) təsdiqinə göndərdi.
Mirzə İshaq xan Müfəxəməddövlə 1939-cu ildə Lozannada vəfat etmiş, Tehran şəhərində dəfn olunmuşdu.
Ənvər Çingizoğlu, jurnalist-etnoqraf
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Ənvər ÇİNGİZOĞLU
Bölməyə aid digər xəbərlər
11-04-2022, 21:25
Mazandaran alimi - Ənvər Çingizoğlu yazır
23-03-2022, 18:55
Rəşid Yasəmi: ədəbiyyatda nəciblik nümunəsi
17-03-2022, 09:49
Vahid Dəstigirdi: Nizaminin tədqiqatçısı
12-03-2022, 22:31
Ənvər ÇİNGİZOĞLU - Səid Nəfisi: Azərbaycan qəhrəmanı Babək Xürrəmdin əsərinin müəllifi
19-10-2021, 09:58
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədəli Füruği: siyasətçi, diplomat, tarixçi, tərcüməçi və millətçi kimi
16-10-2021, 01:06
Ənvər ÇİNGİZOĞLU - Hacıəli xan Rəzmara: Qurban bayramında doğuldu, terror qurbanı oldu
13-09-2021, 16:31
Ənvər ÇİNGİZOĞLU - Şəkinskilərin İran qolu haqqında... - Ənvər Çingizoğlunun araşdırması
10-09-2021, 17:27
Nəcəfqulu xan Sərşar: Qaradağın ağ gün görməmiş şairi
27-08-2021, 16:48
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədqulu xan Alar: inqilabda sərkərdə, işdə sərkar.. - Fotolar
20-08-2021, 13:38
Ənvər ÇİNGİZOĞLU - İsmayıl xan Şəfai: Tehran-43 konfransında şahın tərcüməçisi - Fotolar
16-08-2021, 15:51
Ənvər ÇİNGİZOĞLU - Seyid Məhəmməd Dəbirsiyaqi: tədqiq və tədrisin işığında - Fotolar
24-07-2021, 16:15
Ənvər ÇİNGİZOĞLU - Qaradağ elləri: beloğludan eloğluya qədər - Ənvər Çingizoğlu yazır