16:02 / 22-11-2024
Azərbaycan və Macarıstan İşçi Qrupunun növbəti iclası keçiriləcək
15:43 / 22-11-2024
Millətlər Liqası: pley-off mərhələsinin püşkü atılıb
15:30 / 22-11-2024
Nüvə müharibəsi ssenarisi - Təhlükədən qorunmaq üçün bunker sifariş edənlərin sayı artır
15:25 / 22-11-2024
Qazaxın azad olunmuş kəndlərində yeni zastavalar tikiləcək
15:13 / 22-11-2024
AFFA-nın sabiq vitse-prezidenti: "Artıq olanımızı da itirməyə başlamışıq"
14:59 / 22-11-2024
Arvadını öldürən vəzifəli şəxsə bir il cəza verilib
14:50 / 22-11-2024
Həlak olan azərbaycanlı hərbçinin nəşi 2 ay sonra tapılıb
14:47 / 22-11-2024
Pentaqon: ABŞ Rusiya ilə müharibə istəmir, amma...
14:43 / 22-11-2024
Nizami Rayon Məhkəməsində yoxlama başlayıb
14:40 / 22-11-2024
Azərbaycanın təşəbbüsü ilə Qlobal Cənub QHT Platforması yaradılır
14:13 / 22-11-2024
İran ABŞ-la danışıqlara gedəcək, yoxsa...
14:06 / 22-11-2024
Pərviz Şahbazov türkiyəli nazirlə müzakirə aparıb
13:54 / 22-11-2024
Ana və qızı xuliqanlığa görə həbs edilib
13:47 / 22-11-2024
Ruslar şəhərin 25 faizini ələ keçirib, döyüşlər davam edir - Foto
13:36 / 22-11-2024
ABŞ Polşadakı hərbi bazasını yüksək hazırlıq vəziyyətinə gətirib
13:27 / 22-11-2024
Türk ordusu daha beş terrorçunu zərərsizləşdirib
13:23 / 22-11-2024
Dövlət Xidməti daha 12 maşını satışa çıxarıb - Siyahı
13:21 / 22-11-2024
Putin Rusiyasını ifşa edən "Pis ruslar" kitabı nəşr olunub
13:09 / 22-11-2024
Putin nüvə silahından istifadə edə bilər - Xəbərdarlıq
13:02 / 22-11-2024
Keçmiş mərkəz direktoru vəzifəyə təyin olunub
12:53 / 22-11-2024
ABŞ rus ordusunu məğlub edə biləcək silah hazırlayıb
12:47 / 22-11-2024
Sabahın hava proqnozu açıqlanıb
12:35 / 22-11-2024
Ruslar bir məntəqəni işğal edib, daha səkkizinə doğru irəliləyir - Foto
12:23 / 22-11-2024
Dövlətə məxsus 35 su nəqliyyatı vasitəsi hərraca çıxarılıb - Siyahı
12:06 / 22-11-2024
İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib
12:00 / 22-11-2024
FIFA referisi Kamal Umudlu beynəlxalq oyuna təyinat alıb
11:54 / 22-11-2024
“Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydası” dəyişib
11:45 / 22-11-2024
Polkovnikin oğlu ev dustaqlığına buraxılıb
11:09 / 22-11-2024
Leyla Əliyeva və Arzu Əliyeva sərgiləri ziyarət ediblər - Fotolar
11:05 / 22-11-2024
20 təyyarə və 6 döyüş gəmisi Tayvan sahillərinə yaxınlaşıb
12:28 / 18-11-2024
Turan Manafzadə: “Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” - Müsahibə
12:05 / 19-11-2024
MMC vətəndaşın mənzilini dağıdıb, indi də obyektini ələ keçirmək istəyir - Fotolar
13:32 / 21-11-2024
Dünyanın ən güclü donanmaları... - Qardaş Türkiyə siyahıda neçəncidir?
19:50 / 19-11-2024
Beynəlxalq Bank 272 min manat cərimələnib
16:45 / 20-11-2024
Nazir: "Regionlardakı bəzi poçt şöbələrinin bağlanması araşdırılacaq"
16:22 / 20-11-2024
“Real Betis” klubunun nümayəndəsi Bakıda nəyə təəccüblənib? - Foto
15:29 / 18-11-2024
Daha üç şəhərə konsul təyinatı olub - Siyahı
16:45 / 21-11-2024
Prezident iki Mərkəzi ləğv edib - Sərəncam
10:03 / 20-11-2024
Azərbaycan və Türkiyənin bələdiyyə təşkilatları arasında görüş keçirilib - Fotolar
17:09 / 18-11-2024
Deputatın oğlu yeni vəzifəyə təyin olunub
09:37 / 21-11-2024
Naxçıvan səhiyyəsində həbslər başlayıb
00:07 / 22-11-2024
Hikmət Hacıyev: “Politico”nun üzr istəməsini tələb edirik!”
Əbdüssəməd mirzə Kambəxş: "Qırmızı şahzadə" - Fotolar
Tarix: 22-04-2020 20:09 | Bölmə: Ənvər ÇİNGİZOĞLU
1925-ci ildə İranda ingilis komandanlığının bilavasitə dəstəyi ilə baş verən və Qacarların taxtdan salınması ilə nəticələnən dövlət çevrilişinin ardınca Britaniyaya xüsusi rəğbəti ilə seçilən Rza xan Sipəh taxta gətirildi. Qacarlar sülaləsinin devrilməsi, Pəhləvilər sülaləsinin hakimiyyətə gəlməsi, bütün İranın ictimai-iqtisadi həyatına böyük təsir göstərdi. Rza şahın Azərbaycana münasibətdə qərəzkarlığı, yeritdiyi antitürk siyasəti, daha sonra səltənətçilik nəfsi İranın siyasi vəziyyətini pisləşdirdi. Narazılıqlar İranda milli demokratik hərəkatın yüksəlişi ilə nəticələndi. Mübarizə başlandı. Belə mübarizlərdən biri də Əbdüssəməd mirzə Kambəxş idi.
Əbdüssəməd mirzə Kamran mirzə oğlu Kambəxş 1903-cü ildə Qəzvin şəhərində anadan olmuşdu. Qacar şahzadələrindəndir. İbtidai təhsilini Qəzvin şəhərində almışdı. Sonra 1915-ci ildə Rusiyaya yollanmış, hərbi məktəbdə oxumuşdu. Oktyabr inqilabından sonra Qacarlar məmləkətinə dönmüşdü.
Əbdüssəməd mirzə Kambəxş 1923-cü ildə Qəzvində "Pərvəriş əncüməni"nin üzvü idi.
Əbdüssəməd mirzə Kambəxş 1928-ci ildə SSRİ-yə Aviasiya sənayesi məktəbinə göndərilmişdi. Məktəbi bitirdikdən sonra doğma vətəninə dönmüş, orduya qatılmışdı. Bir müddət keçəndən sonra siyasi fəaliyyətinə görə tutulmuşdu. İlyarım zindan çəkmişdi. Ordudan qovulmuşdu. Marksizmi dəstəkləmiş, "Hizbi-Tudə"yə qoşulmuşdu. Yenidən tutulmuş, hakim önünə çıxarılmışdı. Bu dəfə ona 10 il həbs kəsmişdilər. 3 il yatandan sonra, Qacarlar sülaləsinin devrilməsi ilə bağlı bütün müttəhimlərlə bərabər onu da buraxmışdılar.
Əbdüssəməd mirzə Kambəxş İran Milli Məclisinə nümayəndə seçilmişdi. Tudənin MK-nin üzvü olmuşdu.
Antirejim qüvvələrin səy və istəyinə baxmayaraq Əli Süheyli hökumətinin (9 mart 1942 – 9 avqust 1942) fəallığı və irtica qüvvələrinin ona köməyi nəticəsində keçmiş 13-cü məclis nümayəndələrinin 60 faizi 14-cü Məclisə mandat ala bilmişdilər. Bu, 14-cü çağırış Məclisdə qüvvələr nisbətinin Şahpərəst və mürtəce qüvvələr tərəfində olacağını əvvəlcədən nişan verirdi. İXP fraksiyasına 10 nəfər daxil idi (S.M.İskəndəri, Murtaza Yəzdi, İrəc mirzə İskəndəri, Rza Radməneş, Rəhmanqulu Xələtləri, Firudin Kəşavərz, Əbdüssəməd mirzə Kambəxş, Məhəmməd Pərvin Günabadi, Ardaşes Ovanesyan, Tağı Fədakar).
Əbdüssəməd mirzə Kambəxş 1946-cı ildə SSRİ-də oxumağa davam etmişdi. Təhsilini bitirdikdən sonra doktorluq dissertasiyası müdafiə etmişdi. Kominternlə sıx əlaqə saxlayırdı.
Güneyli mühacir İsmayil Tarixpeyma SSRİ Dövlət Təhlükəsizliyi Nazirliyinə və Malenkova məktubunda Bakıdan çıxarılmasın belə şərh edirdi: "Həbsdən çıxandan sonra Bakıya gəldim və Qulam Yəhya ilə görüşdüm. O, mənə təklif etdi ki, “əgər sən yazsan 1949-cu ildə demokratik partiya əleyhinə fraksiyanın təşkilatçısı Pənahian idi, onda Bakıda yaşayacaqsan və maddi cəhətdən təmin olunacaqsan. Onun cinayətkar fikri haqqında Kambəxşə deyən kimi və onun təklifindən imtina edən kimi Qulam Yəhya məni təhdid edərək dedi: “Əgər bu haqda haradasa danışsan, onda 4 şahid gətirəcəyəm və yenidən səni həbs etdirəcəyəm...” Bundan sonra o, viza və qeydiyyat şöbəsinə zəng etdi. Viza və qeydiyyat şöbəsi məni məcbur etdi ki, 24 saat ərzində Bakı şəhərini tərk edim... Mən Azərbaycan SSR Daxili İşlər Nazirliyinə müraciət etdim, nazirlikdə mayor Bağırov məndən iltizam aldı ki, 24 saat ərzində Bakını tərk edib Gədəbəyə getməliyəm, mən ora getməyə məcbur oldum.”
1953-cü ildə Əbdüssəməd mirzə Kambəxş Bakıya gələrək fırqənin işləri ilə məşğul olmuşdu. Bəzilərinə görə, onu Moskvadan DTK idarə edirmiş. M. C. Bağırov onu həmişə bu işlərdən uzaqlaşdırardı.
Ə. Kambəxş Bakıya gələn gündən Azərbaycan Demokrat Firqəsi ilə Hizbi-Tudə partiyasının birləşməsini istəyirdi. Lakin Padiqan, Kavian və Milli hökumətə sadiq olan digərləri bu birləşmənin qəti əleyhinə idilər. Bir müddətdən sonra Kavian məhz Padiqandan tələb etdi ki, 15 nəfər fədai başçıları Bakıda olan partiya məktəbinə oxumağa göndərilsinlər. Lakin Padiqan deyirdi ki, Cahanşahlu bunun əleyhinədir.
1953-cü ilin oktyabr ayında ADF-nin Azərbaycan SSR ərazisində yaradılmış təşkilatlarının konfransı keçirilmişdi. Partiyanın 15 nəfərdən ibarət seçilmiş rəhbər orqanı özünü “ADF Mərkəzi Komitəsi” adlandırsa da, bütün partiyanı təmsil etmirdi. (Azərbaycan KP MK-nın sənədlərində əvvəlki kimi çox vaxt “ADF Komitəsi” işlədilirdi). MK üzvlüyünə aşağıdakılar daxil idi: Danişyan Qulam Yəhya oğlu (MK sədri), Kambəxş Əbdüssəməd Kamran oğlu (MK sədrinin müavini), Vilayi Mirrəhim Mirəbdüləli oğlu, Seyf Qazi Rəhim Əbdülhəsən oğlu, Çeşmazər (Eyvazov) Mirqasım Mikayıl oğlu, Cahanşahlı Nəsrulla Tağı oğlu, Ciddi Hüseyn Əhməd oğlu, Qiyami Zeynalabdin Əlinağı oğlu, Milaniyan Mövsüm Məmmədcəfər oğlu, Zatikyan Aram Astvasaturoviç, Resedi Əhməd Əli oğlu, Məmmədvənd Əbdülməcid Məmmədqulu oğlu, İbrahimi İrəc Qəni qızı, Baxşıyev Rahim Məmməd oğlu, Şəmidi (Məhərrəmov) Əli İsmayıl oğlu. Onlardan 5 nəfəri – Danişyan, Kambəxş, Vilayi, Seyf Qazi və Çeşmazər İcraiyyə bürosunu təşkil edirdi. 5 nəfərdən ibarət Təftiş komissiyası seçildi:
Xoşginabi Fəthi Həmzəəli oğlu (sədr), Kəlaviş Əli İbrahim oğlu (katib), Agahi Əbdülhüseyn Məmmədtağı oğlu, İlhami Qulamrza Mehdi oğlu və Musəvi Tağı Məmmədəli oğlu.
1954-cü ilin yayında ADF Komitəsinin sədri Qulam Yəhya Danişyan Moskvaya Həmkarlar Hərəkatı Ali Məktəbinə və sədrin müavini Əbdülsəməd Kambəxş Sov. İKP MK yanında İctimai Elmlər Akademiyasına göndərildikləri üçün partiyanın fəaliyyətinə Mirqasım Çeşmazər rəhbərlik edirdi.
Sadıq Padiqan İmam Mustafayevə yazırdı: “Hal-hazırda mənim şəxsiyyətim təhlil olunur. Camaat arasında mənim adım xain, ziyankar və hətta cəsus adlandırılır. Bu gün-sabah tutacaqlar, tənbeh edəcəklər deyə şüarlar buraxırlar. Avam və hər şeydən xəbərsiz camaatı təhrik edərək bu adlar altında mənim cəzalanmağım üçün imzalar yığırlar. Xülasəsi budur ki, Qulam Yəhya ilə Kambəxş mənim yaxamdan əl çəkmirlər. Qulam məni özü üçün rəqib hesab edir. O, fikir edir ki, bəlkə də bir gün mən onun yerini işğal edərəm. Ona görə də nə yolla olursa-olsun mənim tapdanmağıma, əzilməyimə və nəhayət aradan getməyimə can atır”.
İran Xalq Partiyasının 1954-cü ilin dekabrında Moskva üzərindən göndərdiyi təkliflər demokrat firqəsində ciddi müzakirələrə və fikir ayrılıqlarına səbəb oldu. Bu təkliflər bir ilə axın Firqənin Mərkəzi Komitəsinin plenumunda və icraiyyə heyətində (büroda) müzakirə edildi. Tudənin təkliflərini ADF MK-ya rəhbərlik edən Mirqasım Çeşmazər belə qiymətləndirirdi:
“Müxtəsərin desək, Tudeyi İranın Mərkəzi Komitəsi təklif edir ki, Hizb Tudeyi İran vahid rəhbərlik təcəssümüdür. Azərbaycan və Kürdüstan Demokrat firqələri o hizbin proqramını, nizamnaməsini, rəhbərliyini qəbul etsin, bir vahid təşkilat yaransın. Yəni Azərbaycan və Kürdüstan Demokrat firqələri öz proqram və nizamnamələrindən, müstəqilliyindən əl çəksin və Hizb Tudeyi İrana birləşsin.”
ADF rəhbərliyi Tudənin birlik təkliflərinə tərəfdar olsa da, lakin bu birliyi hər üç partiyanın vahid proqram əsasında təşkilatca birləşməsinə tərəfdar deyildi, vahid xalq cəbhəsində birləşməsi, blok yaranmasına tərəfdar idi. ADF rəhbərliyi 1955-ci ilin yanvar ayında birləşmə məsələsini MK plenumunun müzakirəsinə çıxardı və həmin müzakirədə Mərkəzi Komitənin 17 üzvündən 14 nəfəri (Qulam Yəhya Daneşian, Möhsün Milanian və Əbdülsəməd Kambəxş Moskvada təhsil aldıqları üçün iştirak etmirdilər), təftiş komissiyasının 7 nəfər üzvü iştirak edirdi. Müzakirələrdən sonra 21 nəfərdən 16 nəfəri (Mirqasım Çeşmazər, Mirrəhim Vilayi, Balaş Azəroğlu, Bülluri Hökumə, Əbdülhüseyn Aqahi, Muxtar Didəkunani, Əmirəli Lahrudu, Murad Qaradağlı, Fərəc Dəstgüşadə, Səbzəli Vəlizadə, Aram Zatıkyan, Şükür Qaffari, Qulamrza İlhami, Əli Gəlavij, Barat Niknəjad, Hüseyn Qurbanəlizadə) partiyaların öz proqram, nizamnamə, təşkilat quruluşu və rəhbərlik cəhətdən həqiqətən müstəqil olmasına, vahid xalq cəbhəsi yaranmasına, blok olmasına, hərəkət birliyi olmasına və birgə hərəkət komitəsi təşkil edilməsinə səs verdilər. 5 nəfər (Rəhim Qazi, Əhmədəli Rəsədi, Həsən Nəzəri, İbrahim Sahili, Rza Qazi) isə İran Xalq Partiyasının simasında vahid rəhbərlik yaranması, onun Mərkəzi Komitəsinin rəhbərliyinə, o partiyanın proqram və nizamnaməsinin qəbul olunmasına, nəticədə bir vahid təşkilat yaranmasına səs verdilər.
Əbdüssəməd mirzə Kambəxş 1971-ci ildə hospitalda uzun müddət xəstə yatdıqdan sonra canını tapşırdı.
Əbdüssəməd mirzə Kambəxş doktor Əxtər Kiyanuri ilə ailə qurmuşdu.
Əbdüssəməd mirzə Kambəxş bir neçə elmi məqalənin müəllifidir.
Ənvər Çingizoğlu, jurnalist-etnoqraf
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Ənvər ÇİNGİZOĞLU
Bölməyə aid digər xəbərlər
11-04-2022, 21:25
Mazandaran alimi - Ənvər Çingizoğlu yazır
23-03-2022, 18:55
Rəşid Yasəmi: ədəbiyyatda nəciblik nümunəsi
17-03-2022, 09:49
Vahid Dəstigirdi: Nizaminin tədqiqatçısı
12-03-2022, 22:31
Ənvər ÇİNGİZOĞLU - Səid Nəfisi: Azərbaycan qəhrəmanı Babək Xürrəmdin əsərinin müəllifi
19-10-2021, 09:58
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədəli Füruği: siyasətçi, diplomat, tarixçi, tərcüməçi və millətçi kimi
16-10-2021, 01:06
Ənvər ÇİNGİZOĞLU - Hacıəli xan Rəzmara: Qurban bayramında doğuldu, terror qurbanı oldu
13-09-2021, 16:31
Ənvər ÇİNGİZOĞLU - Şəkinskilərin İran qolu haqqında... - Ənvər Çingizoğlunun araşdırması
10-09-2021, 17:27
Nəcəfqulu xan Sərşar: Qaradağın ağ gün görməmiş şairi
27-08-2021, 16:48
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədqulu xan Alar: inqilabda sərkərdə, işdə sərkar.. - Fotolar
20-08-2021, 13:38
Ənvər ÇİNGİZOĞLU - İsmayıl xan Şəfai: Tehran-43 konfransında şahın tərcüməçisi - Fotolar
16-08-2021, 15:51
Ənvər ÇİNGİZOĞLU - Seyid Məhəmməd Dəbirsiyaqi: tədqiq və tədrisin işığında - Fotolar
24-07-2021, 16:15
Ənvər ÇİNGİZOĞLU - Qaradağ elləri: beloğludan eloğluya qədər - Ənvər Çingizoğlu yazır