23:29 / 17-09-2025
“Qarabağ” UEFA reytinqində irəliləyib
22:16 / 17-09-2025
Müəllimlərin sertifikatlaşdırılması prosesi başlayır
18:00 / 17-09-2025
1, 3 və 5 qəpikliklər dövriyyədən çıxarılacaq? - Açıqlama
17:54 / 17-09-2025
Prezident Dövlət Proqramını təsdiqləyib
17:50 / 17-09-2025
Maşın alverçiləri həbs olunub - Yarım milyonluq dələduzluq işi
17:44 / 17-09-2025
Fətəli xan Xoyskinin 150 illik yubileyi keçiriləcək - Sərəncam
17:26 / 17-09-2025
Aktyorun adı ilə dələduzluq ediblər
16:59 / 17-09-2025
Məşhur aktrisalar yenidən cadugərlik edəcəklər - Fotolar
16:56 / 17-09-2025
Aİ komissarı Azərbaycana gəlir
16:39 / 17-09-2025
Keçmiş səfirin qızına cinayət işi açılıb
16:27 / 17-09-2025
Qarabağ Universitetinin yataqxanası istifadəyə verilib - Fotolar
16:23 / 17-09-2025
Azərbaycanlı deputatın şirkətinə cinayət işi açılıb
16:02 / 17-09-2025
Bakı metrosunda iş rejimi uzadılıb
15:57 / 17-09-2025
Azərbaycan Kubokunun 2025/2026 mövsümünün püşkü atılıb
15:30 / 17-09-2025
Yağışlı hava sentyabrın 21-dək davam edəcək
15:17 / 17-09-2025
Alim Qasımov: "Arvaddır, boşayıram, yenə alacağam..."
15:01 / 17-09-2025
Vəkil Cavidan Osmanlıya cinayət işi açılıb
14:49 / 17-09-2025
Azərbaycanlı diaspor sədrinin vətəndaşlığı ləğv edilib
14:27 / 17-09-2025
Toxunuş qızılın kütləsini azaldır
14:00 / 17-09-2025
Müdafiə nazirinin mərhum müavininin cinayət işi üzrə məhkəmə yekunlaşıb
14:00 / 17-09-2025
Rusiya Ukraynanın nəqliyyat arteriyalarını sıradan çıxarmaq istəyir
13:54 / 17-09-2025
Məhkəmə hüquq müdafiəçisi barəsində qərar verib
13:49 / 17-09-2025
"Bakı Kart"a digər şəxs rəhbərlik edəcək
13:44 / 17-09-2025
"Azərpoçt"un adından saxta mesajlar yayılır
13:23 / 17-09-2025
Cəlaloğlu: Regionumuzun gələcək taleyi bu seçkilərdən asılıdır
13:18 / 17-09-2025
"Qarabağ" Çempionlar Liqasında "Barselona"nın nailiyyətini təkrarlayıb
13:03 / 17-09-2025
Ceyms Kemeron "Terminator 7" üzərində işləyir
12:47 / 17-09-2025
Sabah bəzi rayonlara leysan yağacaq - Proqnoz
12:44 / 17-09-2025
Rusların aldadaraq müharibəyə gətirdiyi keniyalı əsir düşüb
12:43 / 17-09-2025
Bir neçə qurum onlayn rejimə keçib - Siyahı
13:31 / 16-09-2025

20:48 / 13-09-2025

18:40 / 14-09-2025

23:44 / 12-09-2025

15:37 / 14-09-2025

13:50 / 14-09-2025

13:02 / 15-09-2025

13:17 / 14-09-2025

15:11 / 15-09-2025

13:27 / 13-09-2025

00:04 / 16-09-2025

Bir mühacir ailəsinin izi ilə - Fotolar
Tarix: 25-04-2020 14:32 | Bölmə: Ənvər ÇİNGİZOĞLU

1991-ci ildən, İran İslam Respublikası ilə sərhədlərimizin açıldığı çağdan, tez-tez güneyə baş çəkir, arxivlərdə, kitabxanalarda, kitab mağazalarında oluram. İranı başdan ayağa gəzmişəm. Bu gəzintilərin nəticəsində bir neçə kitab ərsəyə gəlib.
Qaradağ vilayəti Güney Azərbaycanın tarixi bölgələrindən biridir. Bu bölgəyə 4 kitab (“Qarşı yatan Qaradağ” (Bakı, “Ozan”, 1998), «Qaradağlılar» (Bakı, «Şuşa», 2008), “Qaradağ xanlığı” (Bakı, “Mütərcim”, 2011) və “Hacı Rəhim xan Çələbiyanlı” (Bakı, “Mütərcim”, 2012) həsr etmişəm.
“Qarşı yatan Qaradağ” kitabını hazırlayərkən Seyid Əbülqasim Nigarinin qəbrini ziyarət etmək üçün Üştibin kəndinə baş çəkdim. Həmin kənd haqqında yazı hazırladım. Həmin yazıdan:

Qərbi Dizmar mahalının tarixdən səs-soraq verən kəndlərindən biri də Üştibindir. Bu kəndin camaatı çox qonaqsevərdir. Qonağı təbərrük kimi qəbul edib, tutyə kimi əzizləyirlər. Bu qəlbi təpərli, dizibərk camaatın əski peşəsi bağçılıqdır. Taxıl-tərnə də əkib-becərirlər. Ötən çağlarda da uştibinlər bağ-bostan becərər, əl-ələ verib vəl sürər, çiyin-çiyinə verib biçin biçərdilər. Əkib-becərdiklərindən bazara çıxarıb, satıb yalavaclıq alardılar. Üştibinin narı, üzümü şairlər şerinin, aşıqlar qoşqusunun şah misrası olardı. Nəbati deyirdi.
Narının hər dənəsi yaqut, ya ləli-Yəmən,
Müxtəsər, bir gənc, ya bir bəlli kandır Üştibin.
Başqa bir şerində isə deyirdi:
Gəl Üştibinə, tıx üzümü, nari, doşabi,
At taxçaya qabi...
Üştibinin rəvan-rasta təbli, səs-sədası bütün Azərbaycana yayılan böyük şair Seyid Əbülqasim Nəbatinin doğulub, boya-başa çatdığı yerdir. Seyid Əbülqasim Nəbati XIX yüzilin önlərində Möhtərəm ləqəbli, Mir Yəhya adlı bir ünlü seyidin pak ocağında dünyaya gəlib. Doğma kəndlərində oxuyub savad öyrənəndən sonra – 1833-cü ildə Əhər şəhərinə gələrək, Şeyx Şihəbadinin ziyarətgahında əyləşərək, riyazətlə məşğul olmuşdur. O, burada təsəvvüf təriqətini-şihabiyyəni qəbul etmişdir.

Seyid Əbülqasim şeirlərini “Məcnunşah”, “Xançobani” və “Nəbati” təxəlüsləri ilə yazmışdır.
Seyid Əbülqasim Nəbati özünü ərəb köklü hesab edirdi:
Məhtörəm oğluyam, adım Nəbati,
Zatımız haşimi, əslimiz ərəb.
Seyid Əbülqasım özünü türk dilli, türk balası bilirdi:
Bəççeyi-türkəm, dilim türki, kəlamın həcv-məcv,
Xançobani can alan, can-canı gözlər gözlərim.
Seyid Əbülqasim özünü tatlaşmış sayırdı:
Üştibin eyləyib məni tati,
Şerimi yaxşı eyləyib mövzun...
Nəbati doğma yurdu Üştibinin adına çoxlu qoşqular bağlayıb. Qəsidələrinin birində deyirdi:

...Doğrusu yaylığının vəsfində aciz qalmışam,
Bilmirəm, Baği-İrəm, ya gülüstandır Üştibin.
Başqa bir şerində özünü toplayıb Üştibin yaylaqlarını belə vəsf edirdi:
...Fışqıraq çalıb, çəkib “hey-hey”, “hu-hu” dəmbədəm,
Ağ kəmər, Dərgəc, Telezmanı gözlər gözlərim.
Nəbati doğma kəndinə ürəkdən bağlı bir şair idi. Şeirlərinin çoxunda misrabaşı Üştibini tərifləyir. Hətta sevdiyi gözəli qonşu Kürdəştə getdiyinə görə qınaylr:
Nə xoşlayıb xanım bilməm,
Xərab Kürdəşti, Kürdəşti.
Gəl Üştibinə təfərrüc qıl,
Cənnət bağı Rəşti, Rəşti...
Qərbi Dizmar mahalının sulu, səfalı yurdlarından olan Üştibində ulu uruqlar adlı ailələr yaşayırlar. Bu adlı soy-soplardan biri Səlimbəylilərdir. Səlim bəyin Hələ kəndindən gəldiyi güman olunur. O, Üştibin kəndinin xəlifəsi olub. Seyid Əbülqasim Nəbati yazırdı:
Hakim olmuş onda ta Mirzə Səlimi-kamikar,
Ol səbəbdən xəlqə bir darül-əmandır Üştibin...

Səlim bəyin övladlarından olan Xanlar elsevər, eldar bir ağa idi. Onun oğlu Şirəli xan Zərğam İbrahim xan Məhəmmədbağır xan oğlu Şambayatlı-Qacara qulluq edirdi. Pişəvəri hökuməti dövründə Zərğami beş nəfər ailə üzvü ilə birlikdə tutub Təbrizə gətirib edam etdilər...” [Çingizoğlu Ənvər, Qarşı yatan Qaradağ, Bakı: Ozan, 1998, səh.177-179]
Dünyagörmüş kişilərlə söhbətimiz zamanı bildirdilər ki, Səlimbəyli uruğu Quzey Azərbaycandan gəlmədir. Bu soyun izinə düşüb arayıb-axtarmağa başladım. Polkovnik Hüseyn Bayburdinin “Tarix və coğrafiyayi Ərəsbaran” əsərinə müraciət etdim. Müəllif yazır:
“Səlimbəyli – Səlim bəy Dizmarın möhtərəm şəxslərindəndir və Hələ kəndindən gəlib Üştibində əyləşib. Xəlifələrdən sayılır. Onun övladlarından Xanlar xan polkovnik olub. Oğlu Şirəli xan Zərğam müəllifin ana babası İbrahim xanın adamlarındandır. 1945-ci ildə, Pişəvərinin dövründə Təbrizdə edam etmişdilər”. [Hüseyn Bayburdi, Tarix və coğrafiyayi Ərəsbaran, Təbriz, 1341/1962. Səh. 231.]
Onun yazdıqlarına görə bu Səlimbəyli uruğu Qaradağ xanlığını idarə etmiş Xəlifələr nəslinə mənsubdur. Ümidimizi itirməyib, axtarışlarımızı davam etdirdik. Aslandüz bəxşinin Məqsudlu kəndindən olan dostum Murad Dirəxşan-Korabbaslu ilə yenidən Üştibinə baş çəkdik. Bu dəfə bizi onun oğlu Mehran və gəlini Rüqəyyə müşaiyət edirdilər. Rüqəyyənin əsli Mərdanağamdan olduğundan o yerlərə yaxşı bələd idi. Birlikdə Üştibinə gədik. Söhbət zamanı öyrəndik ki, mühacir uruğun ulu babası Baba bəydir. Baba bəyin nəsli haqqında “Qarşı yatan Qaradağ” kitabımda yazmışdım. Həmin yazıdan:
Üştibin kəndində yaşayan ünlü soylardan biri də Nisarilərdir. Nisarilərin ulu babası Baba bəy Rus-İran savaşları çağında İrəvan çuxurundan köçüb bu kənddə sakin olmuşdur. Oğlu Hacı Məhəmmədəli bəy kəndin seçkin-sanballı adamlarından sayılırdı.
Hacı Məhəmmədəli bəyin oğullarından biri – Əmir Heşmət Nisari (Əbülhəsən xan) Məşrutə inqilabının qəhrəmanıdır. Səttar xanın sağ əli olan Əmir Heşmət ağır savaşlarda həmişə öndə olardı. Bilikli, bacarıqlı və işbilən olduğundan əyalət Əncüməninin qərarı ilə Xoyun, Səlmasın valisi təyin edilmişdi. 1909-cu ildə Səttar xanın əmri ilə Urmiyaya vali dəyişilmişdi.
Səiüdülməmalik ləqəbli Əmir Heşmət inqilabdan sonra da yüksək vəzifələrdə çalışmışdır.
Hacı Məhəmmədəli bəyin digər oğlu Məhəmməd bəy İran polisində sərhəng (polkovnik) rütbəsində xidmət edirdi. Təbriz şəhərində işlədiyi çağda camaat tərəfindən sevilirdi...
Nisarilərdən Mustafa sadiqulsultan da Təbrizə köçmüşdü. Yaşı yüzə yaxın olan Mustafa bəy şəhərin ən yaxşı xəttatlarından sayılırdı...
Nisarilərdən bir qız Hacı Fərəməz xan Hacıəlilinin xanımı idi. Bu xanımdan doğulan sərhəng Nüsrətulla xan anasının soyadıyla Nisari kimi tanınırdı... [Çingizoğlu Ənvər, Qarşı yatan Qaradağ, Bakı: Ozan, 1998, səh.179-180]
Polkovnik Hüseyn Bayburdi bu soy haqqında yazır: “Nisarilər – Mirzə Baba bu dudmanın ulu babasıdır. İran-Rusiya müharibəsindən sonra İrəvan nahiyəsindən Qaracadağa gəlib. Üştibin kəndində sakin olub. Oğlu Hacı Məhəmmədəli bəydir. Onun da oğlu Əmir Heşmətdir ki, şərhi-halını məşrutə bölümündə vermişik. Digər oğlu polkovnik Məhəmməd xandır ki, polis orqanlarında çalışırdı. Vəfat edib. Ağayi Mustafa sadiqulsultan səksən yaşında olar, Təbrizdə sakindir”. ”. [Hüseyn Bayburdi, Tarix və coğrafiyayi Ərəsbaran, Təbriz, 1341/1962. Səh. 230.]
Ərdəbilin köhnə kitabfuruşlarında gəzərkən bir kitaba rast gəldim: “Xatirati-Müntəzəmüddövlə”. Alıb vərəqlədim. İlk səhifəsindən öz kökəni haqqında bilgi verirdi. Bildirirdi ki, babaları əslən Gəncəli olub, Nadir şahın dövründə Qaradağa, Üştibin kəndinə köçmüşdülər. Ulu babası Mirzə Baba bəy, onun da törəməsi Mirzə Səlim bəydir. Tapdığıma sevindim. Kitabın müəllifi Mirzə Məhəmməd xan Müntəzəmüddövlədir. Müntəzəmüddövlə yazır:
“Mənim soyadım Azərbaycanda Qaracadaği kimi məşhurdur. Ulu-ulu babam Qafqazda Gəncə şəhərində sakin idi. Oranın maarifpərvər və ziyalı şəxslərindən sayılırdı. Nadir şaha xidmət edirdi. Bir para şərir adamların xəbərçiliyi nəticəsində şahın gözündən düşdü. Nadir şah onun qətlinə fərman verdi”. [Məhəmməd Müntəzəmüddövlə (Dəbiri-Əsrar), Xatirati-Müntəzəmüddövlə, Təbriz, “Sürxab”, 1379/2000. Səh. 1.]
Müəllif sonra yazır ki, ulu babası Mirzə Baba bəy bir zənbil qızılla Arazı adlayıb Qaradağa, Üştibin kəndinə gəlir. Qızıllarını qazıb basdırandan sonra Qaradağın mərkəzi Əhərə daşınır. Hakimin yanında vəzifə tutur. Vəzir vəzifəsinədək yüksəlir. Sonra Üştibinə üz tutur. Dəfinəsini qazıb yerdən çıxarır. Qızıllarını xırdalayıb şəhərdə mülk, Üştibində torpaq sahəsi alır. Onun dörd oğlu vardı.
Onlardan biri də babam Mirzə Səlim idi. Mirzə Səlim Təbriz şəhərinə daşınıb, ləşkərnefis kimi dövlət idarəsində işləməyə başladı.
Mirzə Səlimin dörd oğlu və bir neçə qızı vardı”. [Məhəmməd Müntəzəmüddövlə (Dəbiri-Əsrar), Xatirati-Müntəzəmüddövlə, Təbriz, “Sürxab”, 1379/2000. Səh. 3-4.]
Mirzə Səlimin oğullarından biri Mirzə Hüseyn xan idi. Mirzə Hüseyn xanın Təbrizdə imarəti, Dizmar mahalının Hizcan kəndində və Əhmədabad kəndində torpaq sahələri vardı.

Mirzə Hüseyn xanın oğlanlarından biri Mirzə Məhəmməd xan idi. Mirzə Məhəmməd xan Təbriz şəhərində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Şahzadə Eynüddövlənin yanında xidmətə başlamışdı. Sonra Məhəmmədəli mirzəyə qulluq etmişdi. Müzəffərəddin şahın fərmanı ilə astara sərhədd xidmətinin rəisi vəzifəsinə göndərilmişdi. Sonra Urmiyada xidmət etmişdi. Daxili İşlər nazirliyində çalışmışdı. Kürdistanın, Kaşanın, Kirmanşahın və başqa əyalətlərin hakimi olmuşdu.
Mirzə Məhəmməd xan Dəbiri-Əsrar, Müntəzəmüddövlə ləqəblərini daşıyırdı.
Bir mühacir uruğunun izi ilə dolandıq. Şükür ki, əməyimiz boşa getmədi. Nəsə tapa bildik...
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Ənvər ÇİNGİZOĞLU
Bölməyə aid digər xəbərlər
11-04-2022, 21:25
Mazandaran alimi - Ənvər Çingizoğlu yazır
23-03-2022, 18:55
Rəşid Yasəmi: ədəbiyyatda nəciblik nümunəsi
17-03-2022, 09:49
Vahid Dəstigirdi: Nizaminin tədqiqatçısı
12-03-2022, 22:31
Ənvər ÇİNGİZOĞLU - Səid Nəfisi: Azərbaycan qəhrəmanı Babək Xürrəmdin əsərinin müəllifi
19-10-2021, 09:58
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədəli Füruği: siyasətçi, diplomat, tarixçi, tərcüməçi və millətçi kimi
16-10-2021, 01:06
Ənvər ÇİNGİZOĞLU - Hacıəli xan Rəzmara: Qurban bayramında doğuldu, terror qurbanı oldu
13-09-2021, 16:31
Ənvər ÇİNGİZOĞLU - Şəkinskilərin İran qolu haqqında... - Ənvər Çingizoğlunun araşdırması
10-09-2021, 17:27
Nəcəfqulu xan Sərşar: Qaradağın ağ gün görməmiş şairi
27-08-2021, 16:48
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədqulu xan Alar: inqilabda sərkərdə, işdə sərkar.. - Fotolar
20-08-2021, 13:38
Ənvər ÇİNGİZOĞLU - İsmayıl xan Şəfai: Tehran-43 konfransında şahın tərcüməçisi - Fotolar
16-08-2021, 15:51
Ənvər ÇİNGİZOĞLU - Seyid Məhəmməd Dəbirsiyaqi: tədqiq və tədrisin işığında - Fotolar
24-07-2021, 16:15
Ənvər ÇİNGİZOĞLU - Qaradağ elləri: beloğludan eloğluya qədər - Ənvər Çingizoğlu yazır