18:35 / 15-10-2025
Hikmət Hacıyev Almaniyada görüşlər keçirib (Yenilənib)
18:10 / 15-10-2025
Azərbaycanlı və rusiyalı alimlər dərinlikdən gələn sirri açıblar - Foto
18:09 / 15-10-2025
Ramiz Mehdiyevin əmlakları müsadirə oluna bilər
17:59 / 15-10-2025
Mask "Cybertruck"in satışını süni şəkildə artırıb
17:44 / 15-10-2025
İranın hərbi gəmiləri Azərbaycana gəlib - Fotolar
17:37 / 15-10-2025
Cəlaloğlu: Məsələ Ramiz Mehdiyevin həbsi ilə məhdudlaşmamalıdır - Müsahibə
17:31 / 15-10-2025
Pakistan və Əfqanıstan arasında 48 saatlıq atəşkəs əldə olunub
17:28 / 15-10-2025
Bakıda Zəfər Günü parad olacaq
17:18 / 15-10-2025
Sabah Binəqədinin bəzi ərazilərində qaz olmayacaq
17:02 / 15-10-2025
Növbəti iki gündə bəzi rayonlara sulu qar yağacaq - Xəbərdarlıq
16:48 / 15-10-2025
Bəzi dairə seçki komissiyalarının tərkibi dəyişib
16:36 / 15-10-2025
Avropa İttifaqı Çin qarşısında şərtlər qoyacaq
16:32 / 15-10-2025
Deputat: “Ciddi şübhələr var ki, Ramiz Mehdiyev..."
16:17 / 15-10-2025
Deputatın mandatına xitam verilib
15:48 / 15-10-2025
DTX və DSX sərhəddə əməliyyat keçirib - Foto
15:48 / 15-10-2025
İnsan hüquqlarının pozulmasına dair şikayətvermə qaydası dəyişib
15:40 / 15-10-2025
Siyavuş Novruzov: "Hazırda iclasdayam..."
15:39 / 15-10-2025
Dolu siniflər, çətin dərsliklər və… - Vüqar Vəliyev yazır
15:18 / 15-10-2025
Ceyhun Bayramov ATƏT-in fəaliyyətdə olan sədri ilə görüşüb
15:15 / 15-10-2025
Bakalavr təhsili olan zabitlərin ehtiyata buraxılma qaydalarına dəyişiklik edilir
14:58 / 15-10-2025
Zərdabda qəsdən yanğın törədən şəxs cərimələnib
14:41 / 15-10-2025
Premyer Liqanın növbəti turunun oyun cədvəli açıqlanıb
14:38 / 15-10-2025
Rusiya dəmir yollarına hücumları artırıb
14:25 / 15-10-2025
Ukrayna neft terminalını yenidən vurub
13:59 / 15-10-2025
Vəzifədən çıxarılan general: "Artıq bu səbəbdən işləyə bilmirəm"
13:34 / 15-10-2025
Dövlət Xidməti işçilərinin sayı artırılıb
13:28 / 15-10-2025
Zülfüqarov: Yaxın Şərq probleminin həlli uzaqdadır
13:28 / 15-10-2025
Azərbaycanla Braziliya təhsil sahəsində əməkdaşlıq edəcək
13:25 / 15-10-2025
Prezident MDB ilə bağlı sazişi təsdiqləyib
00:42 / 11-10-2025

23:11 / 11-10-2025

22:29 / 10-10-2025

18:07 / 12-10-2025

18:04 / 11-10-2025

14:35 / 11-10-2025

09:00 / 12-10-2025

09:24 / 12-10-2025

10:19 / 12-10-2025

09:07 / 12-10-2025

19:49 / 10-10-2025

21:40 / 10-10-2025

Qarabağlı oymağının tarixi - Foto
Tarix: 08-05-2020 01:40 | Bölmə: Ənvər ÇİNGİZOĞLU

(tarixi və etnoqrafik materiallar əsasında)
Qaradağ vilayətində qərar tutan Hacıəlili elinin oymaqlarından biri də Qarabağlıdır. Qarabağlı oymağı Cavanşir-Dizaq mahalının Kürdmahmudlu obasından qaçmış bir neçə ailənin birləşməsindən yaranıb. Oymaq haqqında geniş danışmazdan öncə, el haqqında qısa məlumat verək.
Hacıəlili eli XVIII yüzilin önlərində oymaq kimi Şahsevən elinə bağlı idi. Qarabağın Arazbar qəzasında qışlayırdı. Arazbar qəzası Araz çayının hər iki yaxasında qərar tuturdu. Oymaq Amadili, Aslandüz, Aşağı Bala Nürkü, Əbülfətan, Məhəmmədcəlil adlı kəndlərdə məskunlaşmışdı. [Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri. «Şuşa» nəşriyyatı. Bakı. 2000. Səh.475-476.] 1722-ci ildə başlayan Osmanlı yürüşü nədəniylə oymaq əhalisi Arazbardan qaçıb, Qaradağda, Üzimdil mahalının ərazisində məskunlaşdı. Şahsevən elinin tərkibindən çıxıb müstəqil elə çevrildi. Köçərkən Arazbar qəzasındakı Qaraxanlı və Mədətli kəndinin camaatı da ona qoşuldu.
Hacəlili oymağını Qaradağa hakim Əbdürrəzzaq xan dəvət etmişdi.
Hacıəlili eli Qaraxanlı, Yağbəstili, Mədətli, İnallı, Müqəddəm-Qara, Çaxırlı, Kəngərli, Qarabağlı, Gəncəli, Qacarlı, Zeynallı, Təmirli, Pirəlili oymaqlarından ibarət idi.
Hacıəlili elinin başçılarından Alı bəy, oğlanları Balı bəy və Zalı bəy xanlığın ictimai-siyasi həyatında mühim rol oynamışdılar. Mirzə bəy Qurban bəy oğlu əvvəlcə Əbdürrəzzaq xana, onun ölümündən sonra Məhəmmədkazım xana xidmət etmişdi.
Hacıəlili elinin başçılarından Əsədulla sultan Qaradağ xanlığının adlı-sanlı sərkərdələrindən idi.
Keçək oymağın tarixçəsinə. Qarabağlı oymağı Kürdmаhmudlu оbаsının əhalisi hesabına təşkil olunub. Kürdmаhmudlu оbаsı оrtа çаğdаn bəri Nахçıvаn vilаyətində yаşаyırdı və Kəngərli еlinə qаtılırdı. Pənаhəli хаn Sarıcalı-Cavanşir 1751-ci ildə Kəngərli еlinin bir çох оymаqlаrını Qаrаbаğа köçürdü ki, оnlаrdаn biri də Kürdmаhmudludur. Pənаhəli хаn bu оbаnı Аrаzbаrdа, tаriхi Sоfi Həsən kəndinin ərаzisində yеrləşdirdi.
1823-cü ilə bаğlı qаynаqdа оbа Cəfərqulu хаn Məhəmmədhəsən аğа оğlu Sаrıcаlı-Cаvаnşirə məхsus mülklərin içində göstərilir. Оbаdа хаnа vеrgi ödəyən 32 tüstü vаrdı. Vеrgi ödəməyənlərdən kədхudа Mənsurхаnın, məаflаrdаn Hüsеyn bəy və Əmirаslаn bəyin аdı çəkilir. (Описание Карабахской провинции, составленное в 1823 году по распоряжению главноуправляющего в Грузии Ермолова, действительным статским советником Могилевским и полковником Ермоловым 2-м. Тифлис. Типография управления наместника Кавказского. 1866. ARDTA, f. 24., iş 141-143. )
1847-ci ildə оbа əhаlisinin yаrısı İrаnа qаçdı. Bir nеçə аilə Şаhsеvən еlinin Pirеyvаtlı оbаsındа, çох hissəsi isə Qаrаdаğdа yаşаm sürən Hаcıəlili еlinin tərkibinə qаrışdı. Hаzırdа Qаrаbаğlı аdlаnırlаr.
İrana qaçan kürdmahmudlular:
1. Abış Vəlişir oğlu
2. Nadir Qasım oğlu
3.Qəhrəman Salah oğlu
Oğlanları-Nurəli (oğlu-Xanalı), Abdulla
4. Tağı Haqverdi oğlu
Oğlanları-Abbasəli, Həsən
5. İsmayıl Ağakişi oğlu
Qardaşları - Gülmalı, Bayram
6. Həsənalı Məşədi Nəzəralı oğlu
Oğlu - Məmmədalı
7. Abdulla Məmmədqulu oğlu
Oğlu - Məmmədqulu
Qardaşı - Fətulla
8. Məmməd Məmmədqulu oğlu
Oğlanları - Məmmədqulu, Nəcəfqulu, Əbutalıb, Abbasqulu
9. Heydərqulu Kərim oğlu
Oğlanları - Mehralı, Rzaqulu, Əhməd
10. Şahhüseyn Rövşən oğlu
Oğlanları - Abış, Rövşən, Mehralı
11. Behbudalı Sədrxan oğlu
Oğlanları - Məmmədalı, Mahmudalı, Abbasqulu
12. Məmmədzaman İbrahim oğlu
Oğlanları - İbrahim
Qardaşı oğlanları - Hüseynqulu Cəfər oğlu
13. Ağa Bağır oğlu
Qardaşı - Ağaməmməd
14. Misirxan Mənsurxan oğlu
Oğlanları - Kazımxan, Cəfərxan, Abış
15. Səfiəli Salah oğlu
Oğlanları - Nurməmməd, Bəyməmməd, Ağa, Əli
16. Hüseynxan Mənsurxan oğlu
Oğlu - Məmməd
Qardaşıları - Qasımxan, Yusifxan, Mənsurxan
17. Həsən Qaraş oğlu
Oğlanları - Həsən, Əli, Mirzəməmməd, Kərim
18. Dünyamalı Əliyar oğlu
Oğlu - Həsən
19. Səfiyar Əliyar oğlu
Oğlu-Rzaqulu [ARDTA, fond 10, siyahı 1, iş 9. vərəq 123-132.]
Kürdmahmudlu obasından iki qardaş da ailəsi ilə İrana qaçmışdı. Bunlardan biri Mirzə Tahir bəy Hüseyn bəy оğlu 1799-cu ildə Cavanşir-Dizaq mahalının Kürdmahmudlu оbasında dünyaya pənah gətirmişdi. İbtidai təhsilini mоlla yanında almışdı. Sоnra Şuşa şəhərində mədrəsədə оxumuşdu. Mehdiqulu xana xidmət etmişdi. Dövrünün savadlı, ziyalı adamlarından sayılırdı.
Mirzə Tahir bəy rus üsul-idarəsi dönəmində, 1847-ci ildə İrana, Meşkin vilayətinə, Şahsevən elinin Pireyvatlı оymağına qaçmışdı. Bir müddət şahsevənlərlə yaşayandan sоnra geri dönmüşdü.
Mirzə Tahir bəyin Məmmədəli bəy adlı оğlu vardı.
İkinci qardaş isə Mirzə Bağır bəy Hüseyn bəy оğlu 1803-cü ildə Cavanşir-Dizaq mahalının Kürdmahmudlu оbasında anadan olmuşdu. İbtidai təhsilini mоlla yanında almışdı. Sоnra Şuşa şəhərində mədrəsədə оxumuşdu. Mehdiqulu xan Sarıcalı-Cavanşirə xidmət etmişdi.
Mirzə Bağır bəy rus üsul-idarəsi dönəmində, 1847-ci ildə qardaşı Mirzə Tahir bəylə İrana, Meşkin vilayətinə, Şahsevən elinin Pireyvatlı оymağına qaçmışdı. Bir müddət şahsevənlərlə yaşayandan sоnra geri dönmüşdü.
Mirzə Bağır bəyin Məmmədqulu bəy, Rzaqulu bəy adlı оğulları vardı.
İrana qaçan Kürdmahmudlu obası Qaradağ vilayətinin Üzümdil mahalında məskunlaşmışdı. Obaya Hacı Ağalar xan Qasım bəy oğlu Sarıcalı-Cavanşirin oğlu Əsəd xan başçılıq edirdi.
Polkovnik Hüseyn Bayburdi Qarabağlı oymağı haqqında yazır: "Qarabağlı camaatı Qarabağdan gəlib və Qaradağda məskunlaşıb". [Hüseyn Bayburdi, Tarix və coğrafiyayi Ərəsbaran, Tehran, səh. 121.].
Bəzi tarixçilər Qarabağlı oymağı haqqında yanlış məlumat verirlər. Onların Qaradağa köçməsini Abbas mirzə Qovanlı-Qacarla bağlayırlar.
Məhəmməd Hafizzadə Qarabağlı oymağı haqqında yazır: "Digər bir tayfa Qarabağlılardır ki, onlar da 1829-1830-cu illərdə Qaradağa köçmüşlər. Onlar Kürdmahmudlu elindəndirlər. Hacı İmamqulunun oğlu Hüseyn xan Qarabağlı tayfasından olan bir dəstə atlı və piyada döyüşçü ilə Qacar hökumətində xidmət edirdilər. Onun böyük qardaşı Məhəmmədə vəliəhd tərəfindən sultanlıq fərmanı verildi. Hüseyn xan və Məhəmməd sultan böyük əmir Sərdar Ərşadla (Sam xan Hacıəlili-Ə.Ç.) bərabər İsmayıl Simitqo davasında iştirak etmişdilər. Məhəmməd sultan İmanlı elinin rəisi idi. Hüseynəli xan Bostanabad şəhristanın Tikmədaş bölgəsinin Şərqi Ucan dehistanının mərkəzindəki Qarababa kəndində kənd təsərrüfatı işləri üzrə nəzarət məmuru vəzifəsini daşıyırdı. Məhəmməd sultan bibisinin əri Qəhrəman xanın qızı ilə evləndi. Qəhrəman xan da Hacı Qurbanəli Qarabağinin qızı ilə ailəli və “Qarabağlı tacir” adı ilə məşhur olan Məhəmmədbağır bəyin oğlu idi. Məhəmmədbağır bəyin Qəhrəman xan və Rüstəm xan adlı iki oğlu var idi. Rüstəm xan Əmir Bahadurun (müharibə) hərbi nazir olduğu vaxtlarda Qacar hökumətində briqada generalı rütbəsi ilə xidmət edirdi.
İndi 500-600 ailədən ibarət olan Qarabağlı tayfası Gərmədüz, Üzümdil, Dizmar, Təbriz, Səlmas və Rusiyada yaşayırlar. [Məhəmməd Hafizzadə, Ərəsbaran dər gözəre həəması və tarix. II cild, “Məhdi-Azəri” nəşriyyatı, 1376, səh. 550.]
Qarabağlı oymağı XX əsrin önlərində Qaradağdan Təbriz şəhərinə köçüb məskunlaşdı. Hazırda onların kompakt yaşadıqları yer "Qarabağlı məhəlləsi" adlanır.

Abbas xan Qarabaği
İranda yaşayan kürdmahmudlulardan ən məşhuru Abbas Qarabağidir. Abbas xan Mirzə Kərim xan oğlu 1918-ci ildə Təbriz şəhərinin Qarabağlı məhəlləsində anadan olmuşdu. Əslən Füzuli rayonunun Kürdmahmudlu kəndindəndir. Təbriz şəhərində və Fransada hərbi məktəbdə oxumuşdu. 1953-cü ildə Fransa hüququna dair doktorluq dissertasiyası yazmışdı.
Abbas Qarabaği 82 yaşında, 13 oktyabr 2000-ci ildə vəfat edib.
Abbas Qarabağinin İslam inqilabında rolu
Abbas Qarabaği 4 yanvar 1979-cu ildə şah onu İran ordusunun baş qərargahının rəisi təyin etmişdi. Onun İran ordusunu dağılmaqdan, parçalanmaqdan qurtarmaq niyyəti vardı. İnqilab başlayanda o, orduya dinc əhaliyə atəş açmağı qadağan etdi. 12 fevral 1979-cu ildə öz şəxsi təşəbbüsü ilə, baş nazir Şapur Bəxtiyar ilə məsləhətləşmədən "İran ordusunun ali hərbi şurası"nı çağıraraq ordunun bitərəfliyini elan etdi. Digər bir Azərbaycanlı Savakın rəisi general-leytenant Nasir Müqəddəm də onunla razılaşdı. Bu məsləhətlə də Pəhləvi rejimi yıxıldı.
Şah devriləndən sonra Abbas Qarabaği 14 ay Tehranda gizləndi. Sonra Fransaya mühacirət etdi.
Abbas Qarabaği İranın yüksək mükafatları və Fransanın şərəf legionu ilə təltif edilmişdi.
Qarabağlı oymağının əhalisi öz tarixi yurdlarını, doğma vətənlərini unutmamışdı. Onlar Kürdmahmudlu obasına qız alıb-qız verir, Çar Rusiyası dönəmində gəliş-gedişlərini kəsmirdilər.
Qarabağlı oymağının məşhur şəxslərindən biri də Hacı Qurbanəlidir. Onun təşviqi ilə Qarabağdakı kürdmahmudlularla əlaqəni kəsmirdilər. O, öz qohumları Bayram bəy və Nəriman bəygildən ayağını üzmürdü. [Məhəmməd Hafizzadə, Ərəsbaran dər gözəre həəması və tarix. II cild, “Məhdi-Azəri” nəşriyyatı, 1376, səh. 728.]
Apardığımız elmi araşdırmalar Qarabağlı oymağının kökən məsələsini aydınlaşdırmağa imkan vermişdir.
Qeyd olunan mənbələrin məlumatları, tarixi və etnoqrafik materiallar Qarabağlı oymağının Qaradağda bir müddət hakim mövqeyə malik olduğunu dəqiqləşdir.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Ənvər ÇİNGİZOĞLU
Bölməyə aid digər xəbərlər
11-04-2022, 21:25
Mazandaran alimi - Ənvər Çingizoğlu yazır
23-03-2022, 18:55
Rəşid Yasəmi: ədəbiyyatda nəciblik nümunəsi
17-03-2022, 09:49
Vahid Dəstigirdi: Nizaminin tədqiqatçısı
12-03-2022, 22:31
Ənvər ÇİNGİZOĞLU - Səid Nəfisi: Azərbaycan qəhrəmanı Babək Xürrəmdin əsərinin müəllifi
19-10-2021, 09:58
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədəli Füruği: siyasətçi, diplomat, tarixçi, tərcüməçi və millətçi kimi
16-10-2021, 01:06
Ənvər ÇİNGİZOĞLU - Hacıəli xan Rəzmara: Qurban bayramında doğuldu, terror qurbanı oldu
13-09-2021, 16:31
Ənvər ÇİNGİZOĞLU - Şəkinskilərin İran qolu haqqında... - Ənvər Çingizoğlunun araşdırması
10-09-2021, 17:27
Nəcəfqulu xan Sərşar: Qaradağın ağ gün görməmiş şairi
27-08-2021, 16:48
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədqulu xan Alar: inqilabda sərkərdə, işdə sərkar.. - Fotolar
20-08-2021, 13:38
Ənvər ÇİNGİZOĞLU - İsmayıl xan Şəfai: Tehran-43 konfransında şahın tərcüməçisi - Fotolar
16-08-2021, 15:51
Ənvər ÇİNGİZOĞLU - Seyid Məhəmməd Dəbirsiyaqi: tədqiq və tədrisin işığında - Fotolar
24-07-2021, 16:15
Ənvər ÇİNGİZOĞLU - Qaradağ elləri: beloğludan eloğluya qədər - Ənvər Çingizoğlu yazır