00:06 / 21-08-2025
Şəmkirdə 20 nəfər dönərdən zəhərlənib
23:38 / 20-08-2025
Tovuzda bir ailənin beş üzvü qidadan zəhərlənib
22:37 / 20-08-2025
Qazaxda 5 ay əvvəl törədilmiş qətlin üstü açılıb
18:57 / 20-08-2025
Bakıda 31 yaşlı kişi öldürülüb
18:40 / 20-08-2025
Şavkat Mirziyoyev İlham Əliyevə məktub göndərib
18:00 / 20-08-2025
QSC-nin Müşahidə Şurasının tərkibi dəyişib
17:55 / 20-08-2025
Şikayətçi: “Rəqsanə və əri ilə şəxsən görüşüb pulları vermişəm”
17:49 / 20-08-2025
Papuaşvili: Aİ Gürcüstandan Rusiya ilə qarşıdurma tələb etməməlidir
17:36 / 20-08-2025
Putin-Zelenski görüşünə şübhələr artır
17:32 / 20-08-2025
Növbəti iki gündə külək güclənəcək - Xəbərdarlıq
17:28 / 20-08-2025
İlham Əliyev və birinci xanım “Hacıkənd”in tikintisi ilə tanış olublar - (Yenilənib) - Fotolar
17:18 / 20-08-2025
Adəm Məmmədovun vəkillik fəaliyyətinə xitam verilib
17:10 / 20-08-2025
Prezident və birinci xanım Gəncəyə gediblər - (Yenilənib) - Fotolar
17:09 / 20-08-2025
Biləsuvarda gənc bacısının qayınatasını bıçaqlayıb
17:00 / 20-08-2025
Ruslar Ukraynanı “İsgəndər” raketləri ilə vurub
16:24 / 20-08-2025
Çin ilk litoqrafiya qurğusunu yaradıb - Fotolar
16:09 / 20-08-2025
Saakaşvili: Bu, Rusiyanın ən böyük məğlubiyyətidir
16:01 / 20-08-2025
ABŞ-da immiqrantlarla bağlı tələblər sərtləşdirilir - Foto
16:01 / 20-08-2025
Ağdərədə yanğın olub
15:42 / 20-08-2025
Bakıda 60 yaşlı kişi öldürülüb - Yenilənib
15:27 / 20-08-2025
Azərbaycan-Avropa İttifaqı münasibətləri müzakirə olunub
15:09 / 20-08-2025
Şair Məmməd İsmayıl Tovuzda dəfn olunub
14:57 / 20-08-2025
Kamran Əliyev iki rayona prokuror təyin edib
14:46 / 20-08-2025
Rusiyanın nüvə alimi Monqolustanda saxlanılıb
14:38 / 20-08-2025
Bakıda qeyri-etik reklam mətni olan elektron lövhə yığışdırılıb
14:32 / 20-08-2025
ABŞ silahlarını Ukraynaya 10 faiz baha satırlar
14:15 / 20-08-2025
Rusiyadan Britaniyaya gizli yolla taxta daşıyırlar
14:02 / 20-08-2025
Dərələyəzli Molla İmranın kitabları yüz ildir qorunur - Foto
13:27 / 20-08-2025
Azərbaycan hindistanlı kriminal avtoriteti ölkəsinə ekstradisiya edəcək
13:26 / 20-08-2025
Professor: Avropa lider böhranı ilə üzləşib - Fotolar
03:20 / 16-08-2025

21:45 / 18-08-2025

17:57 / 18-08-2025

20:53 / 16-08-2025

19:18 / 18-08-2025

08:20 / 16-08-2025

17:10 / 20-08-2025

12:48 / 16-08-2025

07:52 / 19-08-2025

21:22 / 17-08-2025

07:47 / 18-08-2025

10:41 / 18-08-2025

13 dəfə nazir təyin olunmuş diplomat - Ənvər Çingizoğlu yazır
Tarix: 13-08-2020 09:39 | Bölmə: Ənvər ÇİNGİZOĞLU

Azərbaycan tarixində siyasi uzaqgörənliyi, fitri istedadı, müdrikliyi, ölçülüb-biçilmiş qərarları, qətiyyətliliyi, siyasi iradəsi, dərin zəkası ilə tanınmış şəxsiyyətlərdən biri də Mirzə Məhəmmədəli xan Əlaüssəltənədir.
Məhəmmədəli xanın əsli Cənubi Azərbaycanın Xoy səhərindəndir. O, İranın Xarici İslər nazirliyinin əməkdaşı Mirzə İbrahim xan Mühəndisin oğlu idi və atası bir muddət Qacarlar dövlətinin Bağdadda konsulu kimi fəaliyyət göstərmişdi. Mirzə İbrahim xan 1858-ci ildə vəfat etmişdi. Anası isə Mirzə Qafar Təbrizinin qızı idi.
Məhəmmədəli xan Mirzə İbrahim xan oğlu 1829-cu ildə Bağdad şəhərində dünyaya gəlmişdi. İbtidai təhsilini ev şəraitində almışdı. Sonra ərəb dilini və bir çox dünyəvi fənləri öyrənmişdi. Fransız dilinə yiyələnmişdi. İran zadəganları öz övladlarına hüsnixətt və poziyanı öyrətdiklərindən Məhəmmədəli xan bu sahələrə tam vaqif idi.

Mirzə Məhəmmədəli xan 1858-ci ildə diplomatik fəaliyyətə başlamazdan əvvəl adyutantbaşı müavini vəzifəsində çalışmış, sonra Qacarlar dövlətinin Bombeydə səfiri təyin olunmuşdur. Moinülvüzəra ləqəbini daşıyırdı. O, səfir vəzifəsində 11 il, yəni 1859-cu ildən 1870-ci ilədək fəaliyyət göstərmişdi.
Mirzə Məhəmmədəli xan 1870-ci ildə Tehrana cağırıldıqdan sonra Gilan hakiminin muavini təyin olunmuşdur.
Mirzə Məhəmmədəli xan 1870-cu ildə Qacarlar dövlətinin Bağdadda elcisi (səfiri) təyin olunmuş, bir qədər sonra isə Baş konsul olaraq Tiflisə göndərilmişdir. Həmin vəzifədə 1889-cu ilədək fəaliyyət göstərmişdir. 1889-cu ildən isə Londonda Qacarlar dövlətinin səfiri təyin olunmuşdu.
İran tarixçisi marağalı Məhəmmədhəsən xan Müqəddəm Məhəmmədəli xanın Londona səfir təyin olunması hadisəsini belə şərh etmişdir ki, Məhəmmədəli xan 1889-cu ildə həmin vəzifəyə Mirzə Mülküm xanın əvəzinə təyin olunmuş və ona Əlaüssəltənə ləqəbi də bu zaman verilmişdir. Mirzə Mülküm xan isə butun titullardan məhrum edilərək geri cağırılmısdır. (Etimadüssəltənə Məhəmmədhəsən xan, Ruznaməyi xatirati Etimadüssəltənə, Tehran: Əmir Kəbir, 1377/1999, s. 674; Bamdad Mehdi, Tarixi-ricali-İran, c. 3, s. 447).

Mirzə Məhəmmədəli Əlaüssəltənə xan İngiltərə ilə İran dövləti arasında səlahiyyətli numayəndə vəzifəsini icra edən zaman prins ləqəbinə layiq görülmüşdü.
Mirzə Məhəmmədəli xan Əlaüssəltənə 1905-1911-ci illər Məşrutə inqilabı dövründə muxtəlif kabinələrə üzv seçilmisdir.
Mirzə Məhəmmədəli xan Əlaüssəltənə İranda 5 dəfə Xarici islər naziri, 3 dəfə Umumi gəlirlər naziri, 1 dəfə Ticarət naziri və 4 dəfə Maarif naziri təyin olunmuşdur. İlk dəfə olaraq 1913-cu ildə Baş nazir təyin olunaraq kabinəni 7 ay idarə etmişdir.
Mirzə Məhəmmədəli xan Əlaüssəltənə İran tarixində nadir siyasətçilərdən biridir ki, bütün tarixçilər tərəfindən oxuculara müsbət keyfiyyətlərlə təqdim olunur. O, zəka və savadı ilə həmsöhbətlərini heyran qoyurdu. Çox mahir psixoloq, insan qəlbinin dərin bilicisi idi. Yazılanlardan nümunə:
“Mirzə Məhəmmədəli xan Əlaüssəltənənin ən böyük gücü dərin, həm də universal biliyində, qətiyyətində, işgüzarlığında, hökmündə, qeyri-adi yaddaşında, tükənməz səbrində, müsahibini təmkinlə dinləmək bacarığında, uzaqgörənliyində, qarşıya qoyduğu məsələni həyata keçirmək qabiliyyətində, müdrikliyində, ən böyük siyasətçi keyfiyyətlərində, mahir diplomat olmasında, həmsöhbətinə təsir etmək gücünə malik olmasında idi. Xeyirxahlıq və alicənablıq, inam və etibar, təmkin və səmimiyyət, zəka, səbat, diqqət və başqa cəhətlər bu şəxsiyyətdə vardı”.

Mirzə Məhəmmədəli xan Əlaüssəltənə 23 iyun 1918-ci ildə Tehranda vəfat etmiş, Həzrət Şah Əbduləzimdə torpağa tapşırılmışdır.
Mirzə Məhəmmədəli xan Mirzə Məhəmməd xan Məcdülmülkün qızı ilə həyat qurmuşdu. Mehdi xan, Məhəmməd xan, Hüseyn xan, Cəmşid xan adlı oğlanları vardı.
Onun diplomatlığı sayəsində dünyanın aparıcı dövlətləri, inkişaf etmiş ölkələri, beynəlxalq təşkilatları Qacarlar dövlətinə ciddi diqqət yetirməyə başladılar.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Ənvər ÇİNGİZOĞLU
Bölməyə aid digər xəbərlər
11-04-2022, 21:25
Mazandaran alimi - Ənvər Çingizoğlu yazır
23-03-2022, 18:55
Rəşid Yasəmi: ədəbiyyatda nəciblik nümunəsi
17-03-2022, 09:49
Vahid Dəstigirdi: Nizaminin tədqiqatçısı
12-03-2022, 22:31
Ənvər ÇİNGİZOĞLU - Səid Nəfisi: Azərbaycan qəhrəmanı Babək Xürrəmdin əsərinin müəllifi
19-10-2021, 09:58
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədəli Füruği: siyasətçi, diplomat, tarixçi, tərcüməçi və millətçi kimi
16-10-2021, 01:06
Ənvər ÇİNGİZOĞLU - Hacıəli xan Rəzmara: Qurban bayramında doğuldu, terror qurbanı oldu
13-09-2021, 16:31
Ənvər ÇİNGİZOĞLU - Şəkinskilərin İran qolu haqqında... - Ənvər Çingizoğlunun araşdırması
10-09-2021, 17:27
Nəcəfqulu xan Sərşar: Qaradağın ağ gün görməmiş şairi
27-08-2021, 16:48
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədqulu xan Alar: inqilabda sərkərdə, işdə sərkar.. - Fotolar
20-08-2021, 13:38
Ənvər ÇİNGİZOĞLU - İsmayıl xan Şəfai: Tehran-43 konfransında şahın tərcüməçisi - Fotolar
16-08-2021, 15:51
Ənvər ÇİNGİZOĞLU - Seyid Məhəmməd Dəbirsiyaqi: tədqiq və tədrisin işığında - Fotolar
24-07-2021, 16:15
Ənvər ÇİNGİZOĞLU - Qaradağ elləri: beloğludan eloğluya qədər - Ənvər Çingizoğlu yazır