18:23 / 18-09-2025
ABŞ istehsalı olan raket rekord qırıb
18:00 / 18-09-2025
Mourinyonun yeni klubu bəlli olub
17:52 / 18-09-2025
MEDİA-nın Müşahidə Şurasının iclası keçirilib - Fotolar
17:47 / 18-09-2025
Müğənni cinsi təcavüzdə təqsirli bilinib - Video
17:38 / 18-09-2025
Yılmaz Vural baş məşqçi təyin olunub
17:16 / 18-09-2025
Yeni film tənqidçilərdən yüksək qiymət alıb - Foto
17:08 / 18-09-2025
Oleq Bakinskinin şikayəti təmin olunmayıb
17:00 / 18-09-2025
Rusiya və Ukrayna hərbçilərin meyitlərini mübadilə edib
16:54 / 18-09-2025
Xalq artisti xəstəxanadan evə buraxılıb
16:37 / 18-09-2025
Prezident Memar Əcəminin adibəsinin ucaldılması ilə bağlı sərəncam imzalayıb
16:32 / 18-09-2025
Bakıda və rayonlarda güclü külək əsəcək - Xəbərdarlıq
16:21 / 18-09-2025
İlham Əliyev BP şirkətinin rəsmisini təltif edib
16:11 / 18-09-2025
Əkrəm Həsənov: “Qeyri-rəsmi işçilərin sayı artacaq”
15:40 / 18-09-2025
Bakıda iş yerində yıxılan qadın ölüb
15:33 / 18-09-2025
Beyləqanda ər arvadını bıçaqlayıb
15:25 / 18-09-2025
"İmişli" klubu AFFA-nın qərarından narazı qalıb
15:15 / 18-09-2025
Milli Məclisdə tələbələrin iştirakı ilə ictimai dinləmə keçiriləcək
15:04 / 18-09-2025
"Plastik cərrah"la bağlı sensasiyalı xəbər yayılıb
14:30 / 18-09-2025
Paşinyan: "İranla sərhəd körpüsünün tikintisi gündəlikdə qalır"
14:16 / 18-09-2025
Ölkəmizdə ət bahalaşıb
14:14 / 18-09-2025
Taylandla Kamboca arasında gərginlik yenidən artıb
13:42 / 18-09-2025
Bişkekdə TDT ölkələrinin hökumət başçılarının görüşü başlayıb
13:20 / 18-09-2025
Su problemi milyardlarla insanı risk altında qoyur
13:09 / 18-09-2025
Naxçıvanda kişi geyimində oğurluq edən qadın tutulub
12:57 / 18-09-2025
Zakir Həsənov Çinə gedib
12:49 / 18-09-2025
İlham Əliyev Avropa İttifaqının komissarını qəbul edib - Fotolar
12:47 / 18-09-2025
Sabah yağış yağacaq
12:36 / 18-09-2025
Azərbaycan yığması 124-cü sıraya yüksəlib
12:30 / 18-09-2025
"Grok 5" ümumi süni intellekt sistemi olacaq - Foto
12:24 / 18-09-2025
Bakıya əlavə yol-patrul naryadları cəlb ediblər
13:31 / 16-09-2025

20:48 / 13-09-2025

18:40 / 14-09-2025

13:50 / 14-09-2025

15:37 / 14-09-2025

13:02 / 15-09-2025

13:17 / 14-09-2025

15:11 / 15-09-2025

13:39 / 16-09-2025

00:04 / 16-09-2025

22:16 / 17-09-2025

Tarixdən gizlədilmiş ad - Ənvər Çingizoğlu yazır
Tarix: 26-03-2021 11:07 | Bölmə: Ənvər ÇİNGİZOĞLU

Tanınmış ictimai-siyasi xadim Müzəffər xan Aləmin adı, hətta ölümü də xalqdan gizlədilib. İnternet resurslarında onun bir fotosunu da tapa bilməzsiniz. Nədəni sadədir. “Ariyana günəşi”, “İran şahənşahı” Məhəmmədrza şah Pəhləviyə xəyanət edib. Gəlin onun yaşam yoluna nəzər salaq.
Müzəffər xan İranda məşhur olan Aləm ailəsinə məxsusdur. Bu ailə soy-kök etibarı ilə Qəzvin şəhərinə bağlı idi. Babaları Avşar və Səfəvi dövlətlərinə xidmət etmişdilər. Qəzvində Aşuri soyadı ilə tanınırdılar.
Qacarlar dövründə Əmir-divan Mirzə Məhəmməd Nəbi xan Qəzvini bu ailədən Hacı İsmayıl xan Aşurinin qızı ilə ailə qurub. Bu izdivac Aləm ailəsini aləmdə məşhur edib.
Müzəffər Aləm 1882-ci ildə Osmanlı imperiyasının Trabzon şəhərində anadan olub. Atası Mirzə Əliəkbər xan Mötamədəlvüzəra Qəzvini Bakı, İstanbul, Dəməşq, Bağdad şəhərlərində konsul işləyib. Növbəti xidməti yerində, Trabzonda Müzəffər xan dünyaya gəlib. İlk təhsilini Bakıda, sonra Tehranda alıb. İstanbulda Osmanlı Hərbiyyə məktəbində oxuyub. Sonra Fransaya Sen-Sir (Saint Sier) Artileriya məktəbində təhsilini davam etdirib.
Müzəffər xan vətənə döndükdən sonra İran Xarici İşlər vəzarətində işə düzəlib. Dəməşq şəhərində konsul kimi xidmət edib.
Müzəffər xan 1910-cu ildə Xarici İşlər vəzarətindən istefa verib. Elə həmin ildə sərhəng (polkovnik) rütbəsində Xorasan ordusunda vəzifə tutub. Ona bu işdə hərbi nazir Əhməd xan Qəvaməddövlə yardım göstərib. Orduda Salari Müzəffər ləqəbini daşıyıb. Ardınca sərtib (briqadir) rütbəsi alıb.
Müzəffər xan 1911-ci ildə Kürdüstan əyalətinə vali göndərilib.
Müzəffər xan Aləm bir müddət nəzmiyyə idarəsinin rəisi Yeprem xanın müavini olub. 1912-ci ildə Yeprem xan öldürüləndən sonra Nəzmiyyə idarəsinə (İran Polis təşkilatına) rəhbərlik edib.

Müzəffər xan Aləm İran Kazak briqadasında xidmət edib. Burda xidmət edərkən Sultan Əhməd şah Qacar ona Sərdari İntisar ləqəbini verib. (Mustovfi, Şərḥ-e zendagani, c. II, s. 380)
Müzəffər xan Aləm 1918-ci ildə Mirzə Həsən xan Vüsuqəddövlənin Baş nazirliyi dönəmində qiyamçı İsmayıl ağa Simitqonun məhv edilməsi üçün Cənubi Azərbaycana göndərilib. (Kəsrəvi, Azərbaycan, s. 853, 854-861).
Müzəffər xan Aləm Cənubi Azərbaycan ordusuna komandanlıq edib. Orda valinin müavini olub, Şeyx Məhəmməd Xiyabaniyə qarşı vuruşub. (Əli Azəri, Qiyam-e Şeyx Məḥəmməd Xiybani, Tehran, 1967, s. 243)
Müzəffər xan Aləm sonra İsfahan ordusuna komandanlıq edib.
Müzəffər xan Aləm 1923-cü ildə hərbi nazir Rza xan Sərdar Sipəhə sui-qəsd şübhəsi ilə tutulub. (Mehdiqulu xan Hidayət Müxbirüssəlṭənə, Xaṭerat o ḵaṭarat: tuşa-i əz tarix-e şeş padşah və guşa-i əz tarix zendəgi-e mən, Tehran, 1950, s.456-457) Yoxlanıldıqdan sonra şübhələr puça çıxıb.
Müzəffər xan Aləm 1923-cü ildə yenidən İran polisinə rəhbərlik edib.
Müzəffər xan Aləm 1924-cü ildə Kürdüstana vali göndərilib. (Şeyx Məḥəmməd Marduk Kürdüstani, Tarix-e Kord və Kordestan və təvabeʿ ya Tarix-e Marduka, c. 2. 1974, s.403)
Müzəffər xan Aləm sonra ard-arda Xəlici-Fars limanına (1927), Lorestan (1929), Fars və Azərbaycan (1930) əyalətlərinin başçısı olub.
Müzəffər xan Aləm 1936-cı ildə İran Ticarət təşkilatına rəhbərlik edib. SSRİ-yə göndərilən ticari nümayəndəliyə başçısı olub. (Əli Vəkili, Davər və şerkat-e mərkəzi, Tehran, 1964, s. 32)
Müzəffər xan Aləm 7 mart 1939-cu ildən 20 aprel 1943-cü ilədək İranın Xarici işlər vəziri işləyib.
Müzəffər xan Aləm 1953-cü ildə İranın İraqda səlahiyyətli səfiri olub. Məhəmmədrza şah dövlət çevrilişindən qorxub İrandan İtaliyaya qaçarkən İraqdan Romaya uçub. Müzəffər xan Aləm onunla görüşməkdən boyun qaçırıb. Məhəmməd Müsəddiq devriləndən sonra şah İrana qayıdarkən İraq hava limanından istifadə edib. Şahla görüşməyə gələn Aləmə töhmət verilib. (Qulamrza Müṣəvvir-e Rəḥmani, Xaṭerat-e siyasi, Tehran, 1985, s. 227) O, bu hərəkətdən sonra İraqdan Suriyaya gedib. Bir müddət Dəməşqdə yaşayıb. Burdan Fransaya yollanıb, mühacirətdə yaşayıb. Vətənə qayıtmaq haqqında dəfələrlə xahişlər edib, hər dəfə də istəyi geri çevrilib. Kiçik qardaşı, senator Cəmşid xan Aləmin xahişindən sonra vətənə dönə bilib.
Müzəffər xan Aləm 1973-cü ildə Tehran şəhərində vəfat edib. Onun vəfatı ictimaiyyətdən gizlədilib.
Müzəffər xan Aləmin Səttar xan, Hamid xan, Vahid xan və Fərid xan adlı oğlanları var.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Ənvər ÇİNGİZOĞLU
Bölməyə aid digər xəbərlər
11-04-2022, 21:25
Mazandaran alimi - Ənvər Çingizoğlu yazır
23-03-2022, 18:55
Rəşid Yasəmi: ədəbiyyatda nəciblik nümunəsi
17-03-2022, 09:49
Vahid Dəstigirdi: Nizaminin tədqiqatçısı
12-03-2022, 22:31
Ənvər ÇİNGİZOĞLU - Səid Nəfisi: Azərbaycan qəhrəmanı Babək Xürrəmdin əsərinin müəllifi
19-10-2021, 09:58
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədəli Füruği: siyasətçi, diplomat, tarixçi, tərcüməçi və millətçi kimi
16-10-2021, 01:06
Ənvər ÇİNGİZOĞLU - Hacıəli xan Rəzmara: Qurban bayramında doğuldu, terror qurbanı oldu
13-09-2021, 16:31
Ənvər ÇİNGİZOĞLU - Şəkinskilərin İran qolu haqqında... - Ənvər Çingizoğlunun araşdırması
10-09-2021, 17:27
Nəcəfqulu xan Sərşar: Qaradağın ağ gün görməmiş şairi
27-08-2021, 16:48
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədqulu xan Alar: inqilabda sərkərdə, işdə sərkar.. - Fotolar
20-08-2021, 13:38
Ənvər ÇİNGİZOĞLU - İsmayıl xan Şəfai: Tehran-43 konfransında şahın tərcüməçisi - Fotolar
16-08-2021, 15:51
Ənvər ÇİNGİZOĞLU - Seyid Məhəmməd Dəbirsiyaqi: tədqiq və tədrisin işığında - Fotolar
24-07-2021, 16:15
Ənvər ÇİNGİZOĞLU - Qaradağ elləri: beloğludan eloğluya qədər - Ənvər Çingizoğlu yazır