13:01 / 14-10-2025
ABŞ psevdo-vətəndaş müharibəsinə doğru gedir - Proqnoz
12:51 / 14-10-2025
Şuşakəndə daha 27 ailə köçürülüb
12:43 / 14-10-2025
“Tarqovı”da qanunsuz fotoqraflıq edən gənc həbs olunub
12:38 / 14-10-2025
Tramp: Ərdoğanla anlaşa bilirəm, ona Rusiyada da hörmət edirlər
12:28 / 14-10-2025
Zülfüqarov: Prezidentlərin görüşü münasibətlərin gedişatına müsbət yön verir
12:19 / 14-10-2025
Sabah yağış yağacaq - Proqnoz
12:15 / 14-10-2025
Xocalının Təzəbinə kəndinə növbəti köç karvanı gedib
12:10 / 14-10-2025
Dövlət Xidməti 220 min manatlıq çap məhsulları alır
11:39 / 14-10-2025
Britaniya Azərbaycan və Ermənistana silah embarqosunu tamamilə ləğv edir
11:36 / 14-10-2025
Ruslar Kirovoqrada hücum edib
11:31 / 14-10-2025
Rusiyanın hərbi obyektlərini iki saata məhv edə bilərlər - Foto
11:24 / 14-10-2025
İlkin Süleymanovun məhkəməsi təxirə salınıb
11:03 / 14-10-2025
Prezident Sülh Sammitindən paylaşım edib - Video, Fotolar
10:51 / 14-10-2025
Şagird yerdəyişməsinə start verilir
10:46 / 14-10-2025
Dövlət hesabına 62 xarici tələbə ölkəmizdə təhsil alacaq
10:30 / 14-10-2025
Agentliyə azad edilmiş ərazilərə dair yeni vəzifə həvalə olunub
10:20 / 14-10-2025
İlham Əliyev "Rebuild Karabakh-2025" sərgisinin iştirakçılarına müraciət ünvanlayıb
10:11 / 14-10-2025
Azərbaycan-İran-Rusiya birgə İşçi qrupu yaradılacaq
10:01 / 14-10-2025
Dövlət qulluğuna qəbul imtahanı keçiriləcək
09:52 / 14-10-2025
Al Paçino "Ata Co" filmində baş rola çəkiləcək - Fotolar
09:49 / 14-10-2025
İnam Kərimov: "Məhkəmə müstəqilliyi bir imtiyaz deyil"
09:40 / 14-10-2025
Bu gün üç rayonda qaz olmayacaq
09:21 / 14-10-2025
Bakıda məhkəmə sisteminə həsr olunmuş beynəlxalq konfrans keçirilir
09:11 / 14-10-2025
Sarkozi cəzasını "Sante"-də çəkəcək
09:09 / 14-10-2025
Daha bir QHT sədrinə cinayət işi açılıb
09:00 / 14-10-2025
Pişiklərin ən çox sevildiyi ölkələrin adı açıqlanıb - Siyahı
08:48 / 14-10-2025
“Ceyms Bond” filmləri silahsız təqdim olunub
08:37 / 14-10-2025
Məşhur aktyor qardaşı ilə yol qəzasına düşüb
08:30 / 14-10-2025
Liderlər sülh sazişini imzalayıblar - (Yenilənib) - Foto
08:22 / 14-10-2025
Rusları Latviyadan niyə qovurlar?
17:58 / 09-10-2025

11:37 / 10-10-2025

23:11 / 11-10-2025

00:42 / 11-10-2025

21:50 / 09-10-2025

00:12 / 10-10-2025

22:29 / 10-10-2025

09:42 / 10-10-2025

15:43 / 09-10-2025

18:07 / 12-10-2025

18:04 / 11-10-2025

14:35 / 11-10-2025

Bilinməyən bir türk qövmü: sunqurlar
Tarix: 16-04-2020 16:21 | Bölmə: Ənvər ÇİNGİZOĞLU

Güney azərbaycanlı dostum Murad Dirəxşanla Həmədana, orda yaşayan Baharlı oymağını tədqiqata gedirdim. Kirmanşah ostanın Sunqur şəhərində su içmək üçün dayandıq. Su köşkünə yaxınlaşıb, farsca su istədim. Ləhcəmdən türk olduğumu anlayıb türkcə danışdı. Tanış olduq. Sunqur türklərindən idi. Bu etnos haqqında demək olar ki, az məlumatlıydım. Ətraflı araşdırma apardım. Həmin araşdırmanı oxucularla bölüşməyi gərəkli bildim.
Sunqur türkləri Sunqur şəhərində və onun ətrafındakı bəzi kəndlərdə (Qaleyi-Fərhad və Qurvə) yaşayırlar. Sunqur şəhəri İranın qərb sərhəd-sınırlarına yaxın olan Kirmanşah şəhərinin, 70 kilometr şimali-şərqində kiçik bir şəhərdir. Şəhərin əhalisi yüz minə yaxındır. 2006-cı ildəki rəsmi məlumata görə, şəhər əhalisinin sayı 43.184 nəfərdir. (World Gazetteer)
Əhalinin yarısı Sunqur türklərindən ibarətdir. Doerfer bu şəhərdə yaşayan türklərin sayını 35.000 göstərib. Christian Bulut şəhərdəki toplam türk əhalisinin 40.000 civarında olduğunu bildirilib. (Christiane Bulut, “İranian Influences in Sonqor Turkic”, Linguistic Convergence and Areal Diffusion, Routledge Curson, London and New York 2005, s. 241-269.)
Doerferdən bu yana qələmə alınmış yazılarda Sunqur şəhərində yaşayan türk əhalisinin sürəkli azaldığı görünür. Əhali sayının azalmasında müxtəlif səbəblər olmasına rəğmən iki xüsus önə çıxır. Bunlardan biri Sunqur şəhərinin əkinçilik və qismən heyvandarlıqdan başqa geçim-güzəran qaynağının olmaması səbəbiylə verdiyi mütəmadi köçdür. Şəhərdə yaşayan türk əhalisi sürəkli bir şəkildə böyük şəhərlərə köçür və köçən türk əhalisinin yerinə başqa etnik qruplar keçir. Daha çox kürdlər yerləşdirilir.
G. Doerferə görə, Sunqur şəhərinə bağlı Qaleyi-Fərhadxanda 200, Qurvədə 400 türk yaşayır. (Doerfer, Gerhard (1977). Das Sonqor-Türkische. Einvorlaufiger Bericht. Helsinki: Studia Orientalia. S. 47, s. 43-56.)
V. Minorskiyə görə, Sunqur türkləri buraya monqollar dövründə gəliblər və bunların rəisi olan Sunqur Şiraz monqollarına xidmət edib. Sunqur türkləri şiə olub, əhli-haqq təmayülləri olduğu zənn olunur. (Vladimir Minorsky, “Sungur”, İslam Ansiklopedisi, Cilt 11, MEB Yayınları, İstanbul 1970, s. 41.) Bununla bərabər Sunqur şəhərində qədimdən qalmış "Gonbədi-malik" binası Səlcuq memarlığı üslubuyla tikilib.
Sunqur şəhərində İran-İraq savaşı zamanı minlərcə kürd yerləşib. Elə ki, bugün şəhərdə türkdən çox kürd və az sayda da fars vardır. Farsların çoxunu hökumət məmurları təşkil edir.
Şəhərin əhalisi iki və ya üç dil bilir.
Sunqur türkcəsi Azərbaycan və İnallı ləhcələri arasında bir Türk ləhcəsidir. Hətta fonetikası baxımından (o-u, ö-ü) İnallı ləhcəsinə daha yaxındır. Əgər yavaş danışırlarsa, hər bir azərbaycanlı tərəfindən anlaşılır və G. Dperferə görə Azərbaycan türkcəsinin bir ləhcəsidir.
Sunqur türkcəsini ilk dəfə Prof. L. Windfuhr və ondan sonra Prof. G. Doerfer (Alman türkoloqu) tədqiq edib. (Gerhard Doerfer, “Das Sonqor-Turkische (Ein Vorlaufiger Bericht)”, Studia Orientalia, 47, Helsinki 1977, s. 43-56.)
Sunqur türkləriylə söhbətlərimizdə ləhcə və ya ağızlarındakı bəzi özəllikləri Prof. Doerfərin təsbit etdiyindən fərqli gördük. Məsələn, məsdər şəkilçisi olaraq “ax” yerinə “ağ” olduğunu dəqiqləşdirdik. (Cevat Heyet, “Sungur Türkleri”, Türkler Ansiklopedisi, Cilt 20, Yeni Türkiye Yayınları, Ankara 2002, s. 675-678.)
Sunqur ata sözlərindən örnəklər:
Ügdə baci, ardə qəyçi.
Nə bağdəqu (qoy) alu nəkürdə dinə xalu (dayı).
Qiç gəlmi issiyov tiz giyə (getsin).
Hərkəsu bidərdi var dəyirmançinu su dərdi var.
Qərqə qərqəyə diyər üzü gərə.
Piçağ üz dəssəsini (dəstdəsini) kəsməz.
Bizə (i ilə ə arasında) gələn bizə xoşər (bənzər).
Ənvər Çingizoğlu, jurnalist-etnoqraf
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Ənvər ÇİNGİZOĞLU
Bölməyə aid digər xəbərlər
11-04-2022, 21:25
Mazandaran alimi - Ənvər Çingizoğlu yazır
23-03-2022, 18:55
Rəşid Yasəmi: ədəbiyyatda nəciblik nümunəsi
17-03-2022, 09:49
Vahid Dəstigirdi: Nizaminin tədqiqatçısı
12-03-2022, 22:31
Ənvər ÇİNGİZOĞLU - Səid Nəfisi: Azərbaycan qəhrəmanı Babək Xürrəmdin əsərinin müəllifi
19-10-2021, 09:58
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədəli Füruği: siyasətçi, diplomat, tarixçi, tərcüməçi və millətçi kimi
16-10-2021, 01:06
Ənvər ÇİNGİZOĞLU - Hacıəli xan Rəzmara: Qurban bayramında doğuldu, terror qurbanı oldu
13-09-2021, 16:31
Ənvər ÇİNGİZOĞLU - Şəkinskilərin İran qolu haqqında... - Ənvər Çingizoğlunun araşdırması
10-09-2021, 17:27
Nəcəfqulu xan Sərşar: Qaradağın ağ gün görməmiş şairi
27-08-2021, 16:48
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədqulu xan Alar: inqilabda sərkərdə, işdə sərkar.. - Fotolar
20-08-2021, 13:38
Ənvər ÇİNGİZOĞLU - İsmayıl xan Şəfai: Tehran-43 konfransında şahın tərcüməçisi - Fotolar
16-08-2021, 15:51
Ənvər ÇİNGİZOĞLU - Seyid Məhəmməd Dəbirsiyaqi: tədqiq və tədrisin işığında - Fotolar
24-07-2021, 16:15
Ənvər ÇİNGİZOĞLU - Qaradağ elləri: beloğludan eloğluya qədər - Ənvər Çingizoğlu yazır