16:02 / 22-11-2024
Azərbaycan və Macarıstan İşçi Qrupunun növbəti iclası keçiriləcək
15:43 / 22-11-2024
Millətlər Liqası: pley-off mərhələsinin püşkü atılıb
15:30 / 22-11-2024
Nüvə müharibəsi ssenarisi - Təhlükədən qorunmaq üçün bunker sifariş edənlərin sayı artır
15:25 / 22-11-2024
Qazaxın azad olunmuş kəndlərində yeni zastavalar tikiləcək
15:13 / 22-11-2024
AFFA-nın sabiq vitse-prezidenti: "Artıq olanımızı da itirməyə başlamışıq"
14:59 / 22-11-2024
Arvadını öldürən vəzifəli şəxsə bir il cəza verilib
14:50 / 22-11-2024
Həlak olan azərbaycanlı hərbçinin nəşi 2 ay sonra tapılıb
14:47 / 22-11-2024
Pentaqon: ABŞ Rusiya ilə müharibə istəmir, amma...
14:43 / 22-11-2024
Nizami Rayon Məhkəməsində yoxlama başlayıb
14:40 / 22-11-2024
Azərbaycanın təşəbbüsü ilə Qlobal Cənub QHT Platforması yaradılır
14:13 / 22-11-2024
İran ABŞ-la danışıqlara gedəcək, yoxsa...
14:06 / 22-11-2024
Pərviz Şahbazov türkiyəli nazirlə müzakirə aparıb
13:54 / 22-11-2024
Ana və qızı xuliqanlığa görə həbs edilib
13:47 / 22-11-2024
Ruslar şəhərin 25 faizini ələ keçirib, döyüşlər davam edir - Foto
13:36 / 22-11-2024
ABŞ Polşadakı hərbi bazasını yüksək hazırlıq vəziyyətinə gətirib
13:27 / 22-11-2024
Türk ordusu daha beş terrorçunu zərərsizləşdirib
13:23 / 22-11-2024
Dövlət Xidməti daha 12 maşını satışa çıxarıb - Siyahı
13:21 / 22-11-2024
Putin Rusiyasını ifşa edən "Pis ruslar" kitabı nəşr olunub
13:09 / 22-11-2024
Putin nüvə silahından istifadə edə bilər - Xəbərdarlıq
13:02 / 22-11-2024
Keçmiş mərkəz direktoru vəzifəyə təyin olunub
12:53 / 22-11-2024
ABŞ rus ordusunu məğlub edə biləcək silah hazırlayıb
12:47 / 22-11-2024
Sabahın hava proqnozu açıqlanıb
12:35 / 22-11-2024
Ruslar bir məntəqəni işğal edib, daha səkkizinə doğru irəliləyir - Foto
12:23 / 22-11-2024
Dövlətə məxsus 35 su nəqliyyatı vasitəsi hərraca çıxarılıb - Siyahı
12:06 / 22-11-2024
İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib
12:00 / 22-11-2024
FIFA referisi Kamal Umudlu beynəlxalq oyuna təyinat alıb
11:54 / 22-11-2024
“Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydası” dəyişib
11:45 / 22-11-2024
Polkovnikin oğlu ev dustaqlığına buraxılıb
11:09 / 22-11-2024
Leyla Əliyeva və Arzu Əliyeva sərgiləri ziyarət ediblər - Fotolar
11:05 / 22-11-2024
20 təyyarə və 6 döyüş gəmisi Tayvan sahillərinə yaxınlaşıb
12:28 / 18-11-2024
Turan Manafzadə: “Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” - Müsahibə
12:05 / 19-11-2024
MMC vətəndaşın mənzilini dağıdıb, indi də obyektini ələ keçirmək istəyir - Fotolar
13:32 / 21-11-2024
Dünyanın ən güclü donanmaları... - Qardaş Türkiyə siyahıda neçəncidir?
19:50 / 19-11-2024
Beynəlxalq Bank 272 min manat cərimələnib
16:45 / 20-11-2024
Nazir: "Regionlardakı bəzi poçt şöbələrinin bağlanması araşdırılacaq"
16:22 / 20-11-2024
“Real Betis” klubunun nümayəndəsi Bakıda nəyə təəccüblənib? - Foto
15:29 / 18-11-2024
Daha üç şəhərə konsul təyinatı olub - Siyahı
16:45 / 21-11-2024
Prezident iki Mərkəzi ləğv edib - Sərəncam
10:03 / 20-11-2024
Azərbaycan və Türkiyənin bələdiyyə təşkilatları arasında görüş keçirilib - Fotolar
17:09 / 18-11-2024
Deputatın oğlu yeni vəzifəyə təyin olunub
09:37 / 21-11-2024
Naxçıvan səhiyyəsində həbslər başlayıb
00:07 / 22-11-2024
Hikmət Hacıyev: “Politico”nun üzr istəməsini tələb edirik!”
Ələvilik: əlinə, belinə, dilinə sahib duranlar - Fotolar
Tarix: 27-06-2020 14:10 | Bölmə: Ənvər ÇİNGİZOĞLU
Ələvi ümumi ad kimi, Həzrət Əlinin tərəfdarlığını edənlərə deyilir. Həzrət Əli və ondan sonra gələn digər 11 İmamın tərəfdarı olanlar şiə, ələvi, cəfəri olaraq adlandırılırlar. Ələvilik - şiə məzhəbinin təriqətlərindən hesab olunur. Günümüzdə ələvilik təsəvvüfü müstəqil bir təriqət sayılır.
Bəzi bilgilərə görə, ələvilik Azərbaycanın qədim şəhərlərindən olan Həmədanda meydana gəlib. Nəqşibəndiyyə şeyxi sayılan Yusif Həmədani (d. 1048 - ö. 1140) bu inanc şəklini inkişaf etdirib. Yusif Həmədanidən dərs alan Əhməd Yəsəvi əsərlərini türkcə yazaraq ələvilik inancının xalq içində yayqınlaşmasına yardımçı olub. Yəsəvinin müridləri ələviliyi türk dilində türk yurdlarının fərqli yerlərinə daşıyıblar. Bu inanc sazla, sözlə və avazla bir yerdə təbliğ edilib.
Ələvilik - İslam dininә әsaslanan sinkretik dini inanc sistemidir. Bәzәn şiәliyin bir qolu adlandırılsa da, әlәvilәr özlәrini ortodoks şiәlәrdәn ayırır, ələviliyi mәzhәb kimi deyil, tәriqәt, daha doğrusu, dünya dini kimi sәciyyәlәndirirlәr.
İlk islam dövrlәrindә Əli ibn Əbu Talibin soyundan gәlәnlәr vә onun tәrәfdarları әlәvilәr adlanırdı. Müasir Türkiyә әlәvilәri üçün bu ad, әsasәn, XIX әsrin sonlarından istifadә olunmağa başlayıb, hәmin dövrәdәk әlәvi toplumları “qızılbaş” vә ya “bәktaşi” adlandırılıblar.
Qızılbaş adı müxtәlif mәnbәlәrdә Əlinin döyüşlәrdә taxdığı qırmızı tac, islamdan qabaqkı türk şamanların qırmızı baş geyimi, Şeyx Heydәrin öz ardıcılları üçün hazırlatdığı 12 zolaqlı qırmızı baş geyimi, Şah İsmayılın II Bәyazid zamanında Anadoludan Suriyaya keçirdiyi әsgәrlәrin başlarındakı qırmızı tәkkәlәr ilә әlaqәlәndirilir, yaxud ələvilik mühәmmirәdәn (qırmızıgeyimli hәrәkatların ümumi adı) olan xürrәmiliyin davamı (Ə. Gölpınarlıya görә) hesab olunur. İnanc vә ayinlәr sistemindәki bәnzәrliklәrinә görә çox vaxt ələviliklә eynilәşdirilәn әhli-hәqq onun Azәrbaycan vә İran qolu kimi xarakterizә edilir.
Ələviliyin köklәri X әsrdәn islamı qәbul etmәyә başlayan Orta Asiya (xüsusilә Xorasan) türklәrinә (türkmanlar, yәni müsәlman olmuş oğuzlara) gedib çıxır. Əmәvilәrin zülm vә tәqibindәn qaçan әksәr әhli-beyt tәrәfdarlarının İrana, oradan isә Orta Asiyaya yerlәşmәsi Əli kultunun Ərәbistandan Orta Asiyaya keçidini tәmin edib. Əmәvilәrin islam modeli nәticәsindә Orta Asiyada tәqribən 300 il tәxirә düşәn islamlaşma prosesi Xorasanın dini-mistik cәrәyanlarına daha yaxın olan, әsasәn әhli-beyt yönümlü sufi dәrvişlәrin fәaliyyәtlәri sayәsindә gerçәklәşib. Mәrkәzi әrәb hakimiyyәtinin formal islam modelindәn fәrqlәnәn vә türkmanların keçmiş dini-mistik әnәnәlәri (Göy Tanrı kultu, tәbiәt kultları, әcdada sitayiş vә s.) ilә sәslәşәrәk daha çox “Xalq islamı” kimi tәzahür edәn islam әnәnәsi türkmanların Anadolu Sәlcuqilәri dövründә Anadoluya köç etmәlәri ilә buraya yayılıb. Müasir anlamda ələvilik XIII әsrdә Anadoludakı etnik, dini vә sosial sintez nәticәsindә ortaya çıxmağa başlayıb, XVI әsrdә Sәfәvilәrin himayәsi ilә inkişaf edərə formalaşıb.
Köçәri türkmanlar vәfai, qәlәndәri, heydәri ocaqları әtrafında mәrkәzlәşir, әxilik, hürufilik kimi axınların içәrisindә mәnәvi vә ideoloji cәhәtdәn yetişirdilәr. Xorasan әrәnlәrindәn Hacı Bәktaş Vәli, Tapdıq Əmrә, Abdal Musa, Sultan Şücaәddin Vәli vә başqalarının Anadoluya köçmәlәri mәrkәzlәşmәni sürәtlәndirib. Qısa müddәtdә bütün Anadoluda nüfuz sahibi olmuş Hacı Bәktaş (1208–70) batini tәriqәtlәri öz әtrafında birlәşdirib vә tәşkilatlandırıb. Hacı Bәktaşın yaxın dostu olmuş Əxi Evrәn vә Baba İlyasın müridi sayılan Şeyx Ədәbalı vasitәsilә batini axın Osmanlı dövlәtinin ilkin köklәrinә bağlanıb, әxilәr (xüsusilә Şeyx Ədәbalı) Osmanlı dövlәtinin qurulmasında mühüm rol oynayıblar. Sultan I Orxanın Abdal Musa, әslәn azәrbaycanlı olmuş Geyikli Baba kimi әlәvi dәrvişlәri döyüşlәr zamanı yanında saxladığı qeyd olunur.
Ələvilər dinindən və dilindən asılı olmayaraq hamıya sevgi ilə yanaşır, başqa əqidə ardıcıllarına qarşı dözümlü davranırlar.
Ələvilik Allah, Muhəmməd (s.a.s), Əli (ə) müqəddəsliyini qəbul edən Həzrət Muhəmmədin (s.ə.s) yaxın silahdaşı, Əhli Beyt (ə.s) üzvü, birinci İmam Əli (ə) görüşlərini daşıyan təriqətdir. Ələvilik əsas cərəyandır. Bəktaşilik və qızılbaşlıq isə onun daxilində yaranıb. Yəni hər bir bəktaşi və qızılbaş özünü ələvi hesab edir. Əsasən Türkiyədəki ələvilərin babaqan və dədəgan qolları özlərini bəktaşi sayır.
Anadolu (Türkiyə) ələviliyinin təməl prinsiplərində bəktaşiyyə, heydəriyyə, yəsəviyyə kimi sufi təriqətlərinin, hürufiyyə və vəhdəti-vücud dünyagörüşlərinin təsiri aydın görünür. Hətta İslam düşüncəsinə yad olan tənasüx (reinkarnasiya) və hülul (kamil insanın vücudunda Allahın həll olması) ideyaları da ələviliyə yol tapıb. Bizcə bütün Türk təsəvvüf anlayışında yer alan tənasüh (reinkarnasiya), hülul (enkarnasiya), şəkil dəyişdirmək (metamarfoz), havada uçmaq (levitasiya) kimi mistik hallar birbaşa Buddizmdən qaynaqlanır.
Ələviləri şiələrdən (Cəfəri şiələrindən) fərqləndirən bir neçə cəhət vardır. Bu fərqləndirici cəhətlərin ən mühümü, olanların şiələr kimi Əhli-Beyt imamlarının fiqhinə tabe olmamalarıdır. Bu da, ələvilərlə şiələr arasındakı açıq fərqi göstərir.
Şiə məzhəbi Əhli-Beyt imamlarının imamət məqamına bağlanaraq onların etiqadını, fiqhini, əxlaqını bir bütün olaraq qəbul edirlər. Ələvilər isə Əhli-Beyt imamlarının təsəvvüf xəttini mənimsədiklərinə görə şiə məzhəbindən çox fərqlənirlər.
İslam təriqətləri terminologiyası baxımından isə ələvilik - ənənəvi şiə (cəfəri) məzhəbindən xeyli fərqlənən, bəzi ifrat inancları özündə ehtiva edən dini cərəyandır. Ələvilər çox zaman özlərini "əhli-həqq" adlandırırlar. Türkiyədə onlara "qızılbaş" deyirlər. Qızılbaşları bəzən əliallahilərlə eyniləşdirsələr də, bu, tamamilə yanlışdır.
Tarixdə bəzi alimlər ələvilərlə nuseyriləri eyniləşdirməyə çalışıblar. Lakin, ələvilərlə nuseyrilərin bir çox fərqli cəhətləri vardır. Ələvilər, onların nəzəriyyə və əqidələrini qəbul etmədiklərinə görə onları nuseyriyyəyə aid etmək olmaz. Çünki Nuseyriyyə 12-ci İmamın İmamətini qəbul etmir. Onlar İmam Əlini (Ona Allahın salamı olsun) də ilahiləşdiriblər. Nuseyrilər İmam Əlini namazda qılınc zərbəsi ilə vuran İbni Mülcəmi lənətləyənlərə qarşı çıxaraq, onu Həzrət Əlinin maddi aləmlə olan əlaqəsini kəsib, əbədi həyata qovuşdurduğu üçün çox sevirlər. Bütün bunlarla yanaşı, onlar şərabı da halal hesab ediblər.
Nuseyriyyə hicrətin beşinci əsrində İbni Nuseyr adlı şəxs tərəfindən meydana gəlib. O, özünü ələvi kimi qələmə verdiyi üçün son dövrün ələvi alimləri də özlərini onun davamçıları sayırlar.
Ələvilər insanın haqqa doğru yüksəlişində 4 mərhələnin mövcudluğunu qəbul edirlər. Bu, təsəvvüfdəki şəriət, təriqət, həqiqət və mərifət pillələridir.
Sıravi ələvilərin əksəriyyəti yalnız şəriət və təriqət mərhələlərini keçməyə qadirdirlər. Ələvi iyerarxiyasının zirvəsində duran dədələr və xəlifələr həqiqət və mərifət pillələrinə çata bilərlər. Ələvilər bu dörd pilləni "dörd qapı" adlandırır, hər qapının da 10 məqamdan ibarət olduğunu söyləyirlər.
Ələvi təriqətinin əsasında bu 4 qapı və 40 məqamı sistemi mövcuddur.
Ələviliyə görə, 4 qapı sıralama olaraq şəriət, təriqət, mərifət və sirri-həqiqətdən ibarətdir. Hər bir qapının 10 bölümü var ki, bu da 40 məqam sayılır. Şəriət məqamında iman gətirmək, elm öyrənmək, ibadətləri (namaz, oruc, cihad və sair) yerinə yetirmək, halallıq, nikah, heyz və nifasla nikahın haram olması, təmiz yemək, təmiz geyinmək və sair var.
Ümumi olaraq 10 məqam mövcuddur. Təriqət məqamında tövbə, müridlik, nəfslə mübarizə kimi məsələlər dayanır.
Üçüncü - mərifət məqamında ədəb, səbir və digər əxlaqi mərtəbələr dayanır.
Dördüncü - həqiqət məqamı isə sırf təsəvvüf məqamı olaraq Tanrıya yaxınlaşmağı nəzərdə tutur.
Ələvi inanc sistemində 3 əsas inanc - Allahın birliyinə inam, qəlbində ədavət olmamaq, pislik etməmək və təriqətin əmrlərinə sözsüz tabe olmaq və hər bir ələvinin yerinə yetirməsi vacib olan 7 əməl dayanır. Bunlar özündə ələvilər arasında qardaşlıq, sirr saxlamaq, zinadan qorunmaq, qeyri-qanuni cinsi yaxınlıqdan çəkinmə, əmanətdarlıq, Haqqa söhbət qılmaq və s. əməlləri birləşdirir.
Ələvi əlinə, belinə, dilinə sahib durmalıdır, yəni haram işlər görməməli, qeyri-qanuni əlaqələrdən uzaq olmalı və yalan danışmamalıdır.
Ələvilikdə ədəbiyyat və musiqi mühüm yerə malikdir. Ələvilər 7 şairə xüsusi ehtiram bəsləyirlər. Bunlar Seyyid İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Şah İsmayıl Xətai, Pir Sultan Abdal, Qul Himmət, Yəmini və Viranidir. Hacı Bəktaş Vəlinin də adı ələvilikdə xüsusi hörmətlə çəkilir.
Ələvi mərasimlərindən biri “mumsöndü” adlanır. Bu mərasimdə ələvilər 12 imamı təmsil edən 12 şam yandırır və sonra onları su ilə söndürürlər. Mumsöndü mərasimində kişilərlə yanaşı qadınların da iştirak etməsi sonralar ələvilərə düşmən olan qüvvələr tərəfindən guya bu mərasimlərdə əxlaqa zidd olan əməllərin icra edildiyi barədə şayiələrin yaranmasına səbəb olub.
Ələvilər məhərrəm ayının 10-da (aşura günündə) xüsusi matəm mərasimi keçirirlər. Bundan əlavə, Qədir-Xum günü (18 zilhiccə), Novruz bayramı (Həzrət Əlinin (ə) doğum günü sayılır), mübahilə günü (24 zilhiccə), hicrət gecəsi (Həzrət Əli (ə) həmin gecə Peyğəmbərin yatağına uzanmışdı) də müqəddəs sayılır.
Ələvilər klassik İslam ibadətlərini vacib saymırlar. Namaz, oruc, zəkat və həcc kimi vacib ibadətlər ələvilər tərəfindən simvolik şəkildə yozulur. Qədr gecələrinə keçən 3 gündə, məhərrəm ayının ilk 12 günündə oruc tutulur. Məhərrəmdən əvvəlki 3 günlük oruc məsumi-paklar orucu, məhərrəmdən sonrakı 3 günlük oruc isə Xızr orucu adlanır.
Ələvilikdə dəstəmaz, namaz, oruc kimi ibadətlər var. Amma onlar bildiyimiz İslam ibadətlərindən bir qədər fərqlidir. Ələvilikdə iki dəstəmaz var və “xarici dəstəmaz” deyilən yuyunma Quran ayələri əsasında həyata keçirilir. Ələvilərin ibadəti namaz, niyaz və duadan ibarətdir. Namaz gündə üç dəfə - gün çıxanda, günorta və günəş batanda qılınır və İslamda göstərilən namazdan tamamilə fərqlənir. Ələvi “niyaz”ı isə Quranda qeyd olunan səcdəyə dayanan ibadətdir. Ələvilər “cəm evləri”ndə toplaşaraq toplu halında “niyaz” edirlər. Ələvilikdə qiblə insanın camalıdır. Cəm halda toplanan ələvilər musiqi alətlərinin (xüsusən saz) müşayiəti ilə “həlqə namazı” deyilən və əyilib-durmalarla müşayiət olunan namaz qılırlar. Bu zaman ələvilər “Allah, Allah!” deyə hayqırırlar.
Qurban bayramından 20 gün keçəndən sonra hicri-qəməri təqvimi ilə yeni il başlayır. Ələvilər məhərrəm ayının ilk günündən başlayaraq məhərrəm orucunu niyyət edir. Bundan 3 gün öncə “pak-məsum” orucu tuturlar. Bu isə İmam Hüseynin (ə) əmisi oğlu Müslim ibn Əqilin qətlə yetirilən iki azyaşlı oğlu - İbrahim və Məhəmməd üçün tutulur. Bu, Məhərrəm ayının 12 günü tutulan orucla birlikdə 15 gün davam edən və “Məhərrəm orucu” adlandırılan ibadətdir. 15 günlük orucdan sonra Məhərrəm ayının 13-də oruc başa çatır və ələvilər İmam Hüseynin (ə) oğlu Zeynulabidinin Kərbəlada sağ qalması şərəfinə qurban kəsir.
Ələvilər Məhərrəm ayında əyləncəli məclislər keçirməz, toy, nişan, sünnət olmaz, ət yeməz, bıçağa və digər kəsici alətlərə əl sürtməzlər, qurban kəsilməz, ər-arvad arasında cinsi münasibətlər dayandırılar. Ələvilər Kərbəla şəhidlərinin susuzluğunun dəhşətini əyani şəkildə, necə deyərlər, “öz dəriləri”ndə hiss etmək üçün bu dövrdə su içməzlər, susuzluqlarını yalnız tərkibində su olan qidalarla yatırarlar. Onlar saç-saqqalını da qırxmazlar.
Ələvilik cərəyanında saz xüsusi önəm daşıyır. Saz aşığı ələvi ibadətinin ayrılmaz hissəsidir. Demək olar ki, bütün mərasim və ibadətlərdə sazdan istifadə edən ələvilərin gündəlik həyatında da bu çalğı alətinin böyük rolu var. Səmah, yəni ələvilərin günahdan təmizlənmə mərasimində saz mühüm rol oynayır.
Cümə günləri ələvilər qadınların da qatıldığı cəm mərasimini təşkil edirlər. Bu mərasimin daha kiçik miqyaslı variantına dərnək deyirlər. Cəm mərasimi Qurandan bir surə və ya ayə oxunuşu ilə açılır, sonra xüsusi zikrlər deyilir. Mərasim ibadətdən daha artıq, musiqili-ədəbi məclis təsiri bağışlayır. Bu tədbirlərdə Həzrət Əlini (ə) və digər imamları mədh edən şeirlər deyilir, nəğmələr oxunur.
Təbii ki, ələvilik dedikdə göz önünə gələn ilk kəlmələrdən biri də “cəm” sözüdür. “Cəm”lər, “cəm evlər”i ələvi təriqətində mühüm rol oynayır. Ələvilikdə “cəm” olmadan ibadətlər qəbul olunmaz. Ələvilikdə bir çox cəm evləri, o cümlədən Qurban cəmləri, Görgü cəmləri, Bayram cəmləri, Abdal Musa cəmləri və təbii ki, inancın sütunu olan “qırxlar cəm”ləri dayanır.
Ələvi inancına görə, Həzrət Əli (ə) ələvilik təriqətini qurarkən yanındakı 40 nəfərlə ilk dəfə bir yerə yığıldı və beləliklə, “40-lar cəmi” yarandı. “40-lar cəmi” əslində müsəlman dünyasının mason (bəzi mənbələr XIX əsrdə ələvi-bəktaşilərlə masonlar arasında ciddi əlaqələrin olduğunu qeyd edir) sistemi sayılan ələviliyin inzibati sistemidir.
12 xidmət sütununa bölünən cəm xidməti aşağıdaakı strukturlardan ibarətdir:
“40-lar cəmi” xidmətçilərinin başında mürşid (dədə) dayanır. Mürşid Peyğəmbəri (s.a.s), İmam Əlini (ə) təmsil edir.
Qeyd edək ki, dədə, ələvilərin inanc öndəridir. Dədə anlayış olaraq böyük, ata deməkdir. Dədənin başqa bir adı isə seyiddir. Bunun mənası babanın soy olaraq on iki imamdan, Həzrət Əli, Həzrəti Məhəmməd soyundan gəlmələridir. Yəni "Övladı Rəsul"dur.
Dədəlik öndərlikdir. Dədə, cəmiyyətin bütün problemlərinə həll yolu tapa bilən insandır. Bu səbəbdən dədə olmaq üçün müəyyən bir təhsil sahibi olmaq lazımdır.
2-ci sırada rəhbər dayanır ki, o da İmam Hüseyni (ə) təmsil edir.
3-cü pillədə gözçü adlandırılan və simvolik olaraq Əbuzər Qəffarini təmsil edən şəxs dayanır.
4-də Cabir Ənsarini təmsil edən çıraqçı (dəlilçi) qərarlaşır.
5-də Bilal Həbəşini təmsil edən zakir (dua və mahnıları ifa edən),
6-da süpürgəçi (təmizliyə baxan),
7-də meydançı,
8-də qurban kəsilməsinə və ərzaq paylanmasına nəzarət edən niyazçı,
9-da ibriqçi (ərəbcə “çaydan” deməkdir, ibadətə gələnlərin dəstəmaz almasına nəzarət edir),
10-da qapıçı adlandırılan qarovulçular rəhbəri,
11-də peyikçi adlandırılan qasid,
12-də ev üzvlərinə yemək paylanmasına cavabdeh olan şəxs dayanır.
Bu vəzifələrin hər biri İslam Peyğəmbəri (s.a.s) dönəmində yaşamış bir səhabəyə nisbət verilir və qeyd olunduğu kimi, təkcə “cəm evi”ndə ibadət edənlərə xidmət anlamı vermir, həm də bütövlükdə ələvi təriqətinin sütunlarını təşkil edir. Kifayət qədər mistik çalarlara malik olmasına, eləcə də səmavi dinlərin əsas prinsiplərindən kənara çıxmasına baxmayaraq ələvilik bir təriqət olaraq özünü qoruyub saxlaya bilir. Bütün İslam məzhəbləri ələviliyi əsl İslamdan kənar cərəyan sayır. O cümlədən son illərdə ələvilərin özləri arasında İslam məzhəblərinə meyllərin artdığı hiss olunur. Xüsusən də bir sıra məsələlərdə cəfəri məzhəbi ilə görüşləri üst-üstə düşdüyü üçün (İmam Əli (ə) və Əhli-Beytə məhəbbət mövzusunda) ələvilərin bir qismi cəfəri məzhəbinə keçir.
Ələvi ənənəsində qadın hüquqları mühüm yer tutur. Kişilər yalnız bir qadınla evlənmək hüququna malikdirlər. Boşanmaq, habelə, boşanmış qadınla evlənmək ələvilikdə günah sayılır. Bundan başqa, ələvilər adam öldürməyi, zina etməyi və oğurluğu da günah bilirlər.
Ələvilik hal-hazırda Türkiyə ərazisində daha geniş yayılıb. Amma Orta Asiya və Xorasan əsilli dərvişlər vasitəsilə inkişaf etdirildiyi ehtimal olunur.
Ələvilərin əksəriyyəti Türkiyənin Sivas, Ərzincan, Tokat, Malatya, Qəhrəman Mərəş məntəqələrində məskunlaşıb. Ələvilərin üçdən-bir hissəsi İstanbul bölgəsində yaşayır.
Qeyd edək ki, Türkiyədə ələvilik geniş yayılıb və bu ölkədə ələvilərin sayının 10 milyondan çox olduğu bildirilir. Eyni zamanda ölkənin siyasi, mədəni həyatında xeyli sayda tanınmış ələvi var. Bundan əlavə, Şimali İraq və Qərbi İran ərazisində, eləcə də, Balkan ölkələrində ələvi icmaları mövcuddur.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Ənvər ÇİNGİZOĞLU
Bölməyə aid digər xəbərlər
11-04-2022, 21:25
Mazandaran alimi - Ənvər Çingizoğlu yazır
23-03-2022, 18:55
Rəşid Yasəmi: ədəbiyyatda nəciblik nümunəsi
17-03-2022, 09:49
Vahid Dəstigirdi: Nizaminin tədqiqatçısı
12-03-2022, 22:31
Ənvər ÇİNGİZOĞLU - Səid Nəfisi: Azərbaycan qəhrəmanı Babək Xürrəmdin əsərinin müəllifi
19-10-2021, 09:58
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədəli Füruği: siyasətçi, diplomat, tarixçi, tərcüməçi və millətçi kimi
16-10-2021, 01:06
Ənvər ÇİNGİZOĞLU - Hacıəli xan Rəzmara: Qurban bayramında doğuldu, terror qurbanı oldu
13-09-2021, 16:31
Ənvər ÇİNGİZOĞLU - Şəkinskilərin İran qolu haqqında... - Ənvər Çingizoğlunun araşdırması
10-09-2021, 17:27
Nəcəfqulu xan Sərşar: Qaradağın ağ gün görməmiş şairi
27-08-2021, 16:48
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədqulu xan Alar: inqilabda sərkərdə, işdə sərkar.. - Fotolar
20-08-2021, 13:38
Ənvər ÇİNGİZOĞLU - İsmayıl xan Şəfai: Tehran-43 konfransında şahın tərcüməçisi - Fotolar
16-08-2021, 15:51
Ənvər ÇİNGİZOĞLU - Seyid Məhəmməd Dəbirsiyaqi: tədqiq və tədrisin işığında - Fotolar
24-07-2021, 16:15
Ənvər ÇİNGİZOĞLU - Qaradağ elləri: beloğludan eloğluya qədər - Ənvər Çingizoğlu yazır