11:26 / 15-10-2025
Xankəndidə III Milli Şəhərsalma Forumu başlayıb
11:08 / 15-10-2025
Leyla və Arzu Əliyevalar Berlində sərgidə - Fotolar
11:00 / 15-10-2025
Nazirlik Ramiz Quliyevin vəfatı ilə bağlı məlumat yayıb
10:46 / 15-10-2025
Yeni silah Rusiya və Çini təşvişə sala bilər
10:40 / 15-10-2025
Kobaxidze ATƏT sədri ilə görüşünü ləğv edib
10:38 / 15-10-2025
Müğənni 10 illik rekorda imza atıb
10:37 / 15-10-2025
"Azneft”in direktoru vəzifədən azad olunub
10:15 / 15-10-2025
Xalq artisti Ramiz Quliyev vəfat edib
10:09 / 15-10-2025
Qərbi azərbaycanlılarla bağlı tədbir keçirilib - Fotolar
09:39 / 15-10-2025
Süni intellekt təhlükəyə çevrilir - Xəbərdarlıq
09:38 / 15-10-2025
Bakı metrosunda qatarların hərəkətində problem yaranıb
08:58 / 15-10-2025
Sülh sazişində fələstin xalqının özəl hüququ nəzərə alınmayıb
08:49 / 15-10-2025
Sümükləri tapılan mamontun 45 min il yaşı var - Fotolar
08:32 / 15-10-2025
Dördqat “Gremmi” laureatı 51 yaşında vəfat edib
08:27 / 15-10-2025
Pakistan Əfqanıstanın mövqelərinə zərbələr endirib
08:21 / 15-10-2025
Suriyanın yeni lideri Moskvaya gəlir
08:15 / 15-10-2025
Tramp Çinin köməyi ilə Rusiyaya sürpriz edə bilər
00:03 / 15-10-2025
İlham Əliyevin ilk dəfə Azərbaycan prezidenti seçilməsindən 22 il ötür
22:49 / 14-10-2025
Adamı yerində belə oturdurlar...
22:14 / 14-10-2025
Ramiz Mehdiyevə 4 aylıq ev dustağı cəzası verilib - (Yenilənib)
21:22 / 14-10-2025
Vardanyanın məhkəməsində ifadələr dinlənilib
19:17 / 14-10-2025
Antimon Tacikistanı Avropanın diqqət mərkəzinə gətirib - Fotolar
19:04 / 14-10-2025
Metroda izdiham yaranıb, saatlardır kart işləmir
19:03 / 14-10-2025
İlham Əliyev Sülh Sammiti ilə bağlı növbəti paylaşım edib
18:01 / 14-10-2025
Sabiq icra başçısı vəfat edib
17:53 / 14-10-2025
Nazirliyin səlahiyyətlərindən biri ləğv edilib - Sərəncam
17:37 / 14-10-2025
Hikmət Hacıyev Litva səfiri ilə görüşüb
17:35 / 14-10-2025
Hərbi ekspert: ABŞ Yaxın Şərqə gətirdiyi silahları İrana qarşı yönəldəcək
17:06 / 14-10-2025
Sabiq icra başçısının həbs müddəti uzadılıb
17:02 / 14-10-2025
Keçmiş koordinator və xanımı casusluqda ittiham olunur
11:37 / 10-10-2025

00:42 / 11-10-2025

23:11 / 11-10-2025

22:29 / 10-10-2025

18:07 / 12-10-2025

18:04 / 11-10-2025

14:35 / 11-10-2025

09:00 / 12-10-2025

09:24 / 12-10-2025

12:31 / 10-10-2025

10:19 / 12-10-2025

09:07 / 12-10-2025

Məhəmmədhəsən xan Seyfəssəltənə: səltənətin kəsərli qılıncı - Fotolar
Tarix: 09-05-2020 23:03 | Bölmə: Ənvər ÇİNGİZOĞLU

Məlumat və mütailə azlığı, savadsızlığa xas olan amillər bir çox adını alim-aydın qoymuşların durumuna öz təsirini göstərmişdir. Avşar adı gələndə “Onlar Azərbaycan xalqının düşmənidirlər, ölkəni böldülər, Borçalını Gürcüstana verdilər” və türk demişkən, at getdi, örkən apardı. Tarix təhrif olunanda götürdüyün səmtdən yanılır, istiqamətini çaşırsan. Bir şəxsiyyətdən yazanda rəğbət və qərəzi kənara qoymalısan. Bizi sıxan ən ağrılı cəhət hələ də tariximizə kölgə salan alimciklərdir.
Avşarlar tək halda əsgər, cəm halında ordu idilər. Ordudan biri...
Məhəmmədhəsən xan Avşar elinin İmanlı oymağının Qasımlı tayfasındandır. Onun mənsub ilduğu soy I Şah Abbasın dönəmindən Azərbaycan (Təbriz) bəylərbəyliyinin Urmiya vilayətində hakim olmuşdu.
Babasının babası Rzaqulu xan Məhəmmədmusa xan oğlu 1768-ci ildə Kərim xan Zəndin fərmanı ilə Urmiyaya başçılıq etmişdi.

Ulu babası İmamqulu xan Rzaqulu xan oğlu (1758-1783) on bir il Urmiyanın müstəqil hakimi olmuşdu.
Babası Hüseynqulu xan İmamqulu xan oğlu Urmiyada anadan olmuşdu. Avşar elinin İmanlı oymağının Qasımlı tayfasına mənsub idi. 1798-ci ildən 1821-ci ilədək Urmiya xanlığını idarə etmişdi. Onun uluları növbə ilə Urmiyanın xanları və hakimləri olmuşlar. Bu vilayətə I Şah Abbas Səfəvinin dövründən başçılıq edirdilər.
Atası Allahyar xan Hüseynqulu xan oğlu Urmiyada doğulmuş və orda dünyasını dəyişmişdir. O, Nasirəddin şahın hakimiyyəti dönəmində orduda xidmət edirdi. Savadkuh ordusunun komandanı olmuşdu. Cahangir xanın vəfatından sonra Adyutantbaşı vəzifəsini daşımışdı.
Məhəmmədhəsən xan Allahyar xan oğlu Urmiya şəhərində doğulmuşdu. Tarixi ədəbiyyatda Həsən xan, hətta bəzi mənbələrdə Hüseyn xan kimi tanınır. O, mükəmməl mədrəsə təhsili almışdı. Sonra Hərbi məktəbdə oxumuşdu.
Məhəmmədhəsən xan Avşar Darai Adyutantbaşı və Seyfüssəltənə və Vəziri-Nizam və Sərdari-küll ləqəblərinə malik idi.
O, 1284-cü (1867) ildə Azərbaycandan Tehrana gəlir, Xərqan alayının yavəri vəzifəsinə təyin edilir. Mədrəsədə hicri qəməri 1292-ci (miladi 1875-ci) ildə ali hərbi təhsilini bitirdikdən sonra Kermanşah, Fars və Gürganda xidmət edir, Astrabada göndərilir. Atası Allahyar xan h.q. 1304-cü (miladi 1886-cı) ildə vəfat etdikdə onun rütbə və vəzifəsi Həsən xan Avşara verilir və o, bütün ordunun adyudantbaşı təyin edilir. Eyni zamanda Xərqan və avşarların 2 alayı və 300 nəfər atlı dəstəsi onun ixtiyarına verilir.
Məhəmmədhəsən xan h.q. 1309-cu (1891) ildə Seyfəssəltənə, 1315-ci (1897) ildə Vəziri-nizam, 1324-cü (1906) ildə Sərdari-küll ləqəblərini alaraq, Azərbaycan qoşunlarının rəisi təyin edilir.
Məhəmmədhəsən xan Avşar 1336-cı (1917) ildə vəfat etmişdir. (Mehdi Bamdad, Şərh-i hal-i rical-i İran dər-qərn-i XII, XII, XIV, V cild, səh.65-66.)

Məhəmmədhəsən xan Avşar Nişani-Qüds ordeni ilə təltif edilmişdi.
Məhəmmədhəsən xan Avşar Pərvinəddövlə xanım Seyfəssəltənə qızı Xələclə ailə qurmuşdu. Yarməhəmməd xan, Ələkbər xan, Əmir Qasım xan, Allahyar xan, Canməhəmməd xan, Əzizulla xan adlı oğlanları və Mehrtac xanım adlı qızı vardı.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Ənvər ÇİNGİZOĞLU
Bölməyə aid digər xəbərlər
11-04-2022, 21:25
Mazandaran alimi - Ənvər Çingizoğlu yazır
23-03-2022, 18:55
Rəşid Yasəmi: ədəbiyyatda nəciblik nümunəsi
17-03-2022, 09:49
Vahid Dəstigirdi: Nizaminin tədqiqatçısı
12-03-2022, 22:31
Ənvər ÇİNGİZOĞLU - Səid Nəfisi: Azərbaycan qəhrəmanı Babək Xürrəmdin əsərinin müəllifi
19-10-2021, 09:58
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədəli Füruği: siyasətçi, diplomat, tarixçi, tərcüməçi və millətçi kimi
16-10-2021, 01:06
Ənvər ÇİNGİZOĞLU - Hacıəli xan Rəzmara: Qurban bayramında doğuldu, terror qurbanı oldu
13-09-2021, 16:31
Ənvər ÇİNGİZOĞLU - Şəkinskilərin İran qolu haqqında... - Ənvər Çingizoğlunun araşdırması
10-09-2021, 17:27
Nəcəfqulu xan Sərşar: Qaradağın ağ gün görməmiş şairi
27-08-2021, 16:48
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədqulu xan Alar: inqilabda sərkərdə, işdə sərkar.. - Fotolar
20-08-2021, 13:38
Ənvər ÇİNGİZOĞLU - İsmayıl xan Şəfai: Tehran-43 konfransında şahın tərcüməçisi - Fotolar
16-08-2021, 15:51
Ənvər ÇİNGİZOĞLU - Seyid Məhəmməd Dəbirsiyaqi: tədqiq və tədrisin işığında - Fotolar
24-07-2021, 16:15
Ənvər ÇİNGİZOĞLU - Qaradağ elləri: beloğludan eloğluya qədər - Ənvər Çingizoğlu yazır